Hökumət təmizlənir!
27.07.2022 [09:47]
Görülən işlər bir məqsədə xidmət edir...
Nicat PAŞA
Dövlətin əsas məqsədi vətəndaşların sosial rifahının daha yaxşılaşdırılması, məmur-vətəndaş münasibətlərində mövcud olan bəzi boşluqların aradan qaldırılması, bununla da əhalinin firavan yaşamasının yüksək səviyyədə təmin edilməsidir. Dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyev öz davranışı, gördüyü işlərlə məmurlar üçün ən gözəl nümunəyə çevrilib. O, dəfələrlə dövlət məmurlarını məsuliyyətlərini artırmağa səsləyib ki: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.
Heç kim qanundan üstün ola bilməz
Bütün bunlara baxmayaraq, əfsuslar olsun ki, ölkə liderinin apardığı dövlət siyasətinə kölgə salmağa çalışan, tutduqları vəzifədən sui-istifadə edən məmurlar hələ də var. Bununla da məmur-vətəndaş münasibətlərində ciddi problemlər yaşanır. Lakin dövlət başçımızın da dediyi kimi, heç kim qanundan üstün ola bilməz. Tutduğu vəzifədə saxtakarlığa, qanunsuzluğa yol vermiş məmurlarla mübarizə tədbirləri ən sərt şəkildə həyata keçirilir. Ölkəmizin rəhbəri bəzi vəzifəli şəxslərin fəaliyyətini hər zaman xüsusi diqqət mərkəzində saxlayır, ciddi nöqsanlara yol verən məmurlara ən sərt cəza tədbirlərinin görülməsi ilə bağlı öz tapşırıqlarını verir.
Artıq bir neçə ildir ki, kadr islahatları, gəncləşmə siyasəti geniş vüsət alıb. Savadlı, idarəetmə qabiliyyəti yüksən olan, yüksək potensiallı şəxslərin, ələlxüsus gənclərin rəhbər vəzifələrə təyin edilməsində məqsəd bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşlara göstərilən dövlət xidmətlərinin və şəffaflığın səviyyəsinin daha da yüksəldilməsidir.
İcra başçıları nümunə olmalıdırlar
Ölkəmizdə kadr islahatları, korrupsiyaya qarşı sərt mübarizə tədbirləri bu gün də davam etməkdədir. Dövlətimizin başçısı iki gün öncə Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələlər barədə bir daha danışıb: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Ciddi xəbərdarlıq
Dövlətimizin başçısı vəzifə səlahiyyətlərini aşan, fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlara bir daha ciddi xəbərdarlıq edib. Prezident İlham Əliyev idarəetmədə ciddi islahatların aparıldığı barədə də söz açıb: “Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.
Beləliklə, qeyd edilən məqamlar onu deməyə əsas verir ki, son vaxtlar ölkəmizdə həyata keçirilən çoxvektorlu islahatlar, idarəetmə sahəsininin daha da təkmilləşdirilməsi, ümumilikdə görülən işlər bir məqsədə xidmət edir: vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasını təmin etmək, ölkəmizi daha da gücləndirmək.
Xəbər lenti
Hamısına baxAnalitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45

