Tarixi qərar
06.09.2022 [10:05]
Xəzərdə əməkdaşlığın yeni səhifəsi
M.FEYİZLİ
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya baş tutan uğurlu səfəri çərçivəsində keçirdiyi görüşlərdə, mətbuata verdiyi müsahibələrdə ölkəmizin Xəzər dənizinin ona aid olan sektorunda xarici şirkətlərlə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verib. Bu layihələr sayəsində respublikamız Avropanın enerji xəritəsini yeniləməyə nail olub. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibəsində ölkəmizin Xəzərdə enerji əməkdaşlığının region dövlətlərini əhatə etdiyinə də diqqət çəkib. Bu kontekstdə iki sahilyanı dövlətin- dost ölkələr olan Azərbaycanla Türkmənistanın enerji əməkdaşlığı da xüsusi əhəmiyyətə malikdir. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Dövlətimizin başçısı bəhs olunan müsahibəsində Türkmənistanla “Dostluq” yatağı üzrə imzalanan sənədin önəminə diqqət çəkərək vurğulayıb: “Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik. İndi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf dayanır. Bu, qaz deyil, əsasən neft yatağıdır”.
“Dostluq” yatağı üzrə əməkdaşlıq
Azərbaycan Xəzərin dostluq, əməkdaşlıq dənizinə çevrilməsinə güclü siyasi iradə nümayiş etdirir. Bu gün Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər hövzəsi üzrə bu və digər sənədlərin imzalanmasında Azərbaycan fəal iştirak edib və proseslərə özünün sanballı töhfələrini verib. Azərbaycan, həmçinin Xəzərin sərvətlərindən birgə əməkdaşlıq çərçivəsində istifadə olunmasının tərəfdarıdır. Bu baxımdan “Dostluq” yatağının işlənməsi layihəsinin Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni bir səhifə açdığını deyə bilərik.
Sirr deyil ki, indiyədək Xəzər dənizində geoloji-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə sıx bağlı olub. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. Azərbaycan neftçilərinin və geoloqlarının səyləri nəticəsində 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb, 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri” yatağı aşkar edilib. “Dostluq” yatağının aşkar edilməsi də Azərbaycanın geoloqlarının axtarışlarının nəticəsində mümkün olub. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Sonradan rəmzi olaraq “Dostluq” adı verilən bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq keçmiş SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
Keçmiş SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı bizim neftçilər tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün digər məsələlər kimi, “Dostluq” yatağının da müştərək qaydada istismarının həyata keçirilməsinə zəmin formalaşdırıb. Dəyərləndirmələrə əsasən, yataqda təqribən 50 milyon tondan çox çıxarıla bilən neft ehtiyatı və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğunu proqnozlaşdırırlar.
Transxəzər layihəsinə dəstək
Azərbaycan indiyədək özünün zəngin enerji resurslarını istehlakçılara çatdırmaqdan ötrü şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Azərbaycanın əsas investorlardan biri qismində çıxış etdiyi həmin marşrutlarla bu gün həm ölkəmizin enerji resursları, həm də digər Xəzəryanı ölkələrin nefti Avropa məkanına çatdırılır. Gələcəkdə Qazaxıstanın və Türkmənistanın qazının da Azərbaycanın yaratdığı infrastruktur vasitəsilə ixrac perspektivləri mövcuddur. Bunun üçün Transxəzər layihəsi reallaşdırılmalıdır. İndiyədək son 15 il ərzində bununla bağlı müzakirələr aparılsa da, hələlik layihənin reallaşdırılması istiqamətində hansısa bir addım atılmayıb. Azərbaycanın təcrübəsi təsdiqləyir ki, belə ixrac kəmərlərinin inşası təşəbbüsü təchizatçı ölkələrdən gəlməlidir. “Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16

