Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Çay bazarında inhisarçılıq qiymət artımlarına səbəb olur

Çay bazarında inhisarçılıq qiymət artımlarına səbəb olur

02.03.2011 [14:15]

“Azərsun-Holdinq” şirkətinin istehsal etdiyi çay məhsulları süni şəkildə bahalaşır
Prezident İlham Əliyev: ... Azərbaycan daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının süni şəkildə bahalaşması yolverilməzdir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır və İqtisadi İnkişaf Nazirliyi, digər qurumlar istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməlidir. Həm inzibati tədbirlər görməliyik, eyni zamanda, inhisarçılıqla mübarizə, bax, ən gözəl addım olacaqdır...
... Azərbaycanda 93 faiz ət istehsal olunur, demək olar ki, burada vəziyyət yaxşıdır. Quş əti istehsalı artıbdır, hazırda özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə, daha çox idxaldan asılıyıq. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik. Ona görə o sahələrdə ki, biz idxaldan asılı deyilik, orada qiymətin süni artımına qətiyyən yol vermək olmaz.
ötən saylarımızda ölkəmizin qida bazarına nəzarət edən “Azərsun-Holdinq” şirkətinin istehsal etdiyi bir sıra ərzaq məhsullarının qiymətlərini süni şəkildə artırmasını və daxili bazarda inhisarçılıq meyillərini son dövrlər daha da gücləndirdiyini qeyd etmişdik. Qiymət artımına təsir edə biləcək iqtisadi faktorlar olmadığı halda, bu şirkətin qida məhsullarını bahalaşdırmasını haqsız rəqabətin təzahür formalarından biri kimi dəyərləndirmişdik. Bir neçə gün keçməsinə baxmayaraq, topdansatış və pərakəndə ticarət məntəqələrində yenə də qiymətlərin artımı müşahidə olunur. çox təəssüf ki, “Azərsun-Holdinq”ə məxsus satış mərkəzləri yenə də ticarət məntəqələrinə verilən qida məhsullarını baha qiymətə satır.
Ticarət məntəqələrində son günlər şəkər tozu, bitki yağları və digər məhsullarla bərabər, “Azərsun-Holdinq” tərəfindən istehsal olunan çayların da qiymətləri artıb. Son bir ayda müxtəlif əmtəə nişanlı qablaşdırılmış çayların qiymətlərində 10-20 qəpik artım baş verib.
Xatırladaq ki, ölkəmizdə çay məhsullarının əsas istehsalçısı “Azərsun-Holdinq” şirkətlər qrupuna aid “Sun Tea” şirkətidir. Bu şirkətin özünün bölgələrdə bir neçə fabriki fəaliyyət göstərir. ölkə ərazisində istehlak olunan çayların demək olar ki, 90-95 faizi bu şirkətə məxsusdur. Bu gün insanların istifadə etdikləri “Azərçay”, “Məryəm”, “Final”, “Pürrəngi”, “Paşaçay” və digər markalı qablaşdırılmış çaylar bazarı tamamilə əhatə edib. ümumiyyətlə, şirkət 1996-cı ildən başlayaraq, çay istehsalı ilə məşğuldur.
ölkəmizdə çaya olan illik tələbat əsasən xaricdən gətirilən xammal hesabına yerli istehsal müəssisələrində emal olunan çay hesabına ödənilir. Hazırda respublikamızda təxminən 655 ton çay yarpağı istehsal olunur ki, bu da tələbatın 7-8 faizini ödəyir. Vaxtilə respublikamızda il ərzində 31 min ton çay yarpağı toplanırdı ki, bu da yerli tələbatdan 3 dəfə çox idi. Hazırda çay plantasiyalarının əkin sahələri 20 dəfəyə yaxın azalıb. Buna görə də, çay emalı üçün xammal daha çox xarici dövlətlərdən gətirilir. İdxal edilən xammal hesabına ölkəmizdə emal olunan çayla həm yerli tələbat ödənilir, həm də digər ölkələrə çay ixrac olunur.
Göründüyü kimi, çay bazarına nəzarət edən “Azərsun-Holdinq” müxtəlif ölkələrdən gətirilmiş xammal hesabına çay emal edir. Mütəxəssislər deyirlər ki, hazırda qablaşdırılmış çayların əksəriyyəti keyfiyyətsiz və dadsızdır. çaylar daha çox tullantıların təkrar istifadəsi yolu ilə hazırlanır. Daha doğrusu, onu müəyyən kimyəvi preparatlar qatmaqla emal edirlər, bəzən fermentləşdirirlər, bəzən boyaq maddələri əlavə edirlər və təkrar istehsal edirlər. Ekspertlərin qənaətinə görə, adətən, yaxşı çay spesifik ətrə, xüsusi rəngə malik olmalıdır. Onların tərkibi əsasən kofein, tanin, A, B və digər vitaminlərdən ibarət olmalıdır. Adətən, yaxşı çaylar soyuyub 18 dərəcəyə düşür və köpüyündən asılı olaraq qaymaqlanma yaradır.
İndiki çaylara süni ətirlər qatılır. çay istehsal etmək üçün əvvəlcə yarpaqları yığıb, soluxdururlar, sonra məhsul qurudulur və fermentləşdirilir, qablaşdırılır. çay çeşidlənərək növünə, dadına, tamına, keyfiyyətinə görə fərqləndirilir. Titesterlər çayı analiz etdikdən sonra çayın hansı markada, qabda, standartda olması ilə bağlı qiymət verirlər. çay natural halda və təbii ətri tam yerində olmalıdır, ona qatqı əlavə etmək düzgün deyil. Amma çay fabrikləri daha çox müxtəlif qatqılarla emal prosesini həyata keçirirlər. çayların tərkibinə xarici dövlətlərdən gətirilmiş müxtəlif boyalar qatılır. Xüsusilə də paket şəklində buraxılan çayların tərkibində müxtəlif kimyəvi maddələrin miqdarı daha çoxdur. Yaxşı çay dəmləmək üçün 200 milliqram qaynar suya 2 çay qaşığı dəm əlavə edib, beş dəqiqə saxlayırlar. çay dəm alarkən onun yarpağının tərkibindəki qidalı komponentlər ekstraksiya yolu ilə suyun tərkibinə keçir və bu, çayın dadlı olmasına səbəb olur. Digər tərəfdən, çay adətən, qaynar suda dəm almalıdır və onun rəngi və dadı qaynar suda üzə çıxır. Amma hazırkı çaylar ilıq suda da rəng verir, bu isə açıq-aşkar onun qatqısını göstərir. Bundan başqa, çay dəmlənəndən iki-üç saat sonra öz keyfiyyətini və tamını itirir. çaydan qəribə iy gəlir və lilli çöküntü meydana çıxır.
Bu gün Azərbaycan dünyada ən keyfiyyətli çay istehsal etmək imkanlarına malikdir. Xüsusilə də Lənkəran-Astara bölgəsində çay plantasiyalarını dirçəltmək üçün sərmayə lazımdır. Təəssüf ki, “Azərsun-Holdinq” şirkəti bu bazarı inhisarına aldığından rəqabət imkanları məhduddur. Şirkət cənub zonasındakı bütün çay fabriklərini ələ keçirərək azad biznes mühitinin inkişafını əngəlləyir. Buna görə də, yüksək keyfiyyətli, rəqabətədavamlı yerli çay istehsalı yox dərəcəsindədir. Halbuki, Lənkəran çayı ilə dünya çay istehsalçılarını rəqabətdə geri qoymaq olar. Bunun nəticəsidir ki, “Sun Tea”nın istehsal etdiyi məhsullar Qafqaz və Orta Asiya ölkələrindən kənara çıxa bilmir.
Bu bölgədə çayçılığın bərpası və yenidən qurulması üçün genişmiqyaslı işlərə ehtiyac var. Əks halda, yenə də qatqılardan ibarət, keyfiyyətsiz çay içməyə məhkumuq. İnhisarçılığın olması rəqabət mühitinin qarşısını almaqla bərabər, həm də liberal qiymətlərin, yəni, bazarın tələb-təklifinə uyğun qiymət siyasətinin formalaşmasına mane olur. Bu tendensiya hazırda müşayiət olunan süni qiymət artımına rəvac verir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1289 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30