Qədim İpək yolu boyunca...
07.09.2023 [11:10]
Başlanğıcını Şərqi Çin dənizi sahilindəki Sinan şəhərindən götürüb Avropa və Asiyanın bir çox ölkələrini birləşdirən 13 min kilometrlik tarixi İpək yolunun bərpası ideyası region ölkələri tərəfindən güclü şəkildə dəstəklənir. Bu istiqamətdə işlərə ötən əsrin doxsanıncı illərinin əvvəllərindən start verilib. 1993-cü ildə Avropa İttifaqı tərəfindən qəbul olunan TRASEKA (Trans-Europe-Caucasus-Asia) proqramı tarixi İpək yolunun bərpası istiqamətində çox mühüm addım oldu. Həmin ilin mayında Avropa Birliyi Komissiyasının təşəbbüsü ilə Brüsseldə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Avropa, Qafqaz və Asiyanı birləşdirən bütün növ kommunikasiyaların inkişaf etdirilməsinə dair bəyannamə imzalandı. Bu bəyannamə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq sənəd idi. Sənədin müddəalarına uyğun olaraq dəhliz boyunca yerləşən ölkələrin uzlaşdırılmış fəaliyyəti çərçivəsində mühüm əhəmiyyət daşıyan bir sıra layihələrin icrası həyata keçirildi ki, bunların sırasında da tarixi İpək yolunun bərpası xüsusi yer tutur.
Ulu Öndərin strateji baxışları və tarixi xidmətləri
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində - 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn ulu öndər Heydər Əliyevin zamanı qabaqlayan strateji baxışları həmişə yolumuzu işıqlandırıb və ölkəmizə böyük fayda gətirib. Müdrik siyasətçi olan Heydər Əliyev o dövrdə Azərbaycanın məruz qaldığı çətinlikləri düzgün dəyərləndirərək vəziyyətdən çıxmaq naminə respublikamıza valyuta daxilolmalarını təmin etmək üçün prioritet istiqamətləri müəyyənləşdirdi. Nəqliyyat-kommunikasiya sektoru da bu sırada yer alırdı. Bu prioriteti müəyyənləşdirərkən Ulu Öndərimiz ölkəmizin coğrafi yerləşməsi, tarixi ənənələr, respublikada yeni neft erasının başlanması kimi fundamental amilləri əsas götürmüşdü. Heydər Əliyev qəti şəkildə əmin idi ki, enerji seqmenti ilə yanaşı, nəqliyyat-kommunikasiya sektorunu da inkişaf etdirməklə Azərbaycana valyuta daxilolmalarını təmin etmək üçün imkanlar kifayət qədər genişdir.
Tarixdən bəllidir ki, Azərbaycan qədim İpək yolunun üzərində mühüm məntəqələrdən biri olub. Marşrutun yenidən canlandırılması ölkəmizə böyük dividentlər gətirə bilərdi. Bu perspektivi nəzərə alan Heydər Əliyev bəhs olunan marşrutun bərpası, Azərbaycanın nəqliyyat-logistika imkanlarının dünyaya təqdim edilməsi istiqamətində fəaliyyətə başladı. Respublikamız 1993-cü ilin may ayında Brüsseldə təşkil edilmiş konfransda TRASE?A proqramının təşəbbüskarlarından biri qismində çıxış edib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub.
Ulu Öndərin səyləri ilə vaxt itirilmədən TRASEKA Proqramı çərçivəsində nəzərdə tutulan layihələrin icrasına start verilib. Görüləsi işlər çox idi. Gənc müstəqil respublikamızın tranzit daşımaları baxımından cəlbediciliyini artırmaq üçün uzunmüddətli daxili sabitliyi təmin etmək, yüksəksəviyyəli infrastruktur qurmaq, milli qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq, Transxəzər marşrutu üzərində yerləşən dövlətlərlə koordinasiyalı fəaliyyət qurmaq lazım idi. Heydər Əliyevin tapşırıqlarına uyğun olaraq işlər eyni vaxtda müxtəlif istiqamətlərdə aparılırdı. Onun ardıcıl səyləri sayəsində TRASEKA proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasına beynəlxalq nəqliyyat dəhlizlərinin inşası və müasir infrastruktur təminatının formalaşdırılması məqsədilə təxminən 20 milyon avro həcmində dəstək verilib. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək TRASEKA Proqramında nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə reallaşdırılması məqsədilə 255 milyon ABŞ dolları həcmində kredit cəlb edib. Ümumilikdə, istər TRASEKA proqramı, istərsə də onun tərkib hissəsi olan tarixi İpək yolunun bərpa edilməsi XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
“İpək Yolu iqtisadi kəməri”nin iştirakçısı olan Azərbaycan
Azərbaycanla dünyada ikinci ən böyük iqtisadiyyata malik Çin arasında genişlənən əlaqələr həmçinin nəqliyyat sektorunu əhatə edir. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycanın ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər boyunca qurduğu müasir infrastruktur “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə, regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Hazırda Çinin təşəbbüsü ilə Orta Dəhlizin dəmir yolu seqmentinin inkişaf etdirilməsi layihəsinin icrasına start verilib. Söhbət Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu bağlantısının təmin edilməsindən gedir. Yeni layihə də Xəzər dənizi vasitəsilə Azərbaycana istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Prezident İlham Əliyev cari ilin yanvar ayında Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində “Bir kəmər, bir yol” layihəsi sayəsində daşımaların artdığından məmnunluğunu ifadə edib. “Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İpək yolu vasitəsilə mədəni bağlantılar
Tarixi İpək yolu üzərində yerləşən ölkələr böyük qədim və müasir sivilizasiyaların daşıyıcılarıdırlar. Bərpa olunan marşrutla bu mədəniyyətlər yenidən qovuşur və yeni mədəni bağlar yaranır. Sentyabrın 6-da Çinin Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin də qatıldığı sərgidə Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına eksponatlar, mədəniyyət abidələri, fotolar, kitablar, təsviri incəsənət nümunələri nümayiş olunur. Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində Çin Kommunist Partiyasi (ÇKP) Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar.
İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37
