Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

28.04.2026 [17:20]

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31