Lirəni xilas etmək mümkün olacaqmı?
24.11.2023 [10:41]
Mübariz FEYİZLİ
Artan mənfi xarici təsirlər fonunda qardaş Türkiyənin milli valyutası olan lirənin məzənnəsində müşahidə edilən dalğalanmalar Azərbaycanda da diqqətlə izlənilir ki, bu da təsadüfi deyil. Azərbaycan dövlət və cəmiyyət olaraq Türkiyənin inkişafını, iqtisadiyyatının möhkəmlənməsini istəyir. Verilən məlumatlara əsasən, son vaxtlarda, o cümlədən də noyabr ayında bütün region dövlətlərinin valyutaları -Azərbaycan manatı istisna olmaqla - dollar qarşısında dəyər itirib. Bu sıraya həmçinin Türkiyənin milli valyutası da daxildir. Bəs perspektivdə lirəni hansı tale gözləyir?
Türkiyə Prezidentinin nikbinliyi
Qardaş ölkənin dövlət başçısı ölkənin milli valyutasının gəlləcək taleyi ilə bağlı nikbin danışıb. “Türk lirəsinin ucuzlaşması başa çatıb, valyutanın dollar qarşısında möhkəmlənməsi ehtimalı yüksəkdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. “İnflyasiyanın azaldılması proqramımız çox güman ki, lirənin dəyərinin real qiymətləndirilməsinə gətirib çıxaracaq. Beləliklə, lirənin ucuzlaşması prosesi başa çatıb, möhkəmlənməsi ehtimalı yüksəkdir”, - deyə dövlət başçısı bildirib.
R.T.Ərdoğan qeyd edib ki, hakimiyyət konstruktiv islahatlar və düzgün iqtisadi siyasət həyata keçirməklə investorların etimadını qazanır ki, bu da likvidlik axınına və lirənin real məzənnəsinə gətirib çıxarır: “Nəticədə ağıllı artım (iqtisadiyyatda - red.) olacaq və eyni zamanda, inflyasiya da azalacaq”.
Sərt pul siyasəti
Cari il iyun ayının əvvəlində Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə başa çatan prezident seçkilərindən sonra qardaş ölkədə yeni hökumət formalaşdırılıb. Yeni hökumətin qarşısına qoyulan ən əsas vəzifələrdən biri iqtisadiyyatın inkişafına nail olunması, o cümlədən də yüksək həddə çatan inflyasiyanın cilovlanması, buna səbəb olan daxili və xarici amillərin önlənməsi ilə bağlıdır. Xatırladaq ki, seçkilər ərəfəsində və seçkilərdən sonra bu ölkədə inflyasiyanın yüksək dinamika ilə artımı müşahidə olunub. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, iyul ayında ölkədə inflyasiya 47,83%-ə kimi artıb. İyun ayında bu rəqəm 38,21% təşkil etmişdi.
Bu ilin oktyabr ayında isə Türkiyədə illik inflyasiya cüzi azalıb.Türkiyə Statistika Təşkilatının məlumatına əsasən, cari ilin oktyabr ayında inflyasiya 61.36%-ə kimi enib. Sentyabr ayında bu rəqəm 61.53% təşkil etmişdi. Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə doğru istiqamətlənmişdi. İnflyasiyanın artımı ilk növbədə əhalinin gəlirlərinə böyük zərbədir. İzlənilən proseslər fonunda əməkhaqqı artımlarının səmərəsi hiss olunmur. Artan inflyasiya insanların qazancını udur”.
Türkiyənin yeni hökuməti iqtisadi inkişafa nail olmaq, o cümlədən də inflyasiyanı cilovlamaq üçün müəyyən tədbirlər görür. Qardaş ölkədə baş verən proseslər nəzərə alınmaqla sərt pul siyasəti davam etdirilir. Hökumət yenilənəndə Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. Xatırladaq ki, TCMB-nin yeni heyəti iyun ayında işə başlayanda ölkədə uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi. Həmin vaxtdan bəri lirənin uçot dərəcəsi davamlı olaraq artırılır. TCMB-in pul siyasəti komitəsi faiz dərəcəsini əvvəlki aylarda olduğu kimi, oktyabrda da 5 baza bəndi artıraraq 30%-dən 35%-ə qaldırıb. Bununla da Türkiyə Milli Bankı Hafize Gaye Erkanın sədrliyi ilə ardıcıl 5-ci dəfə faiz artımına gedib. Qeyd edək ki, cari ilin iyun ayında Hafize Gaye Erkan vəzifəyə gəldiyi zaman faiz dərəcəsi 6,5 bənd artırılaraq 8,5%-dən 15%-ə qaldırılmışdı. İyulda faiz dərəcəsi 2,5 baza bəndi artırılaraq 17,5%-ə, avqustda 7,5 bənd artırılaraq 25%-ə, sentyabrda isə 5 bənd artırılaraq 30%-ə yüksəldilib. Oktyabr ayında 5 baza bəndi artımla, 5 aylıq dövrdə lirənin faiz dərəcəsi 26,5 baza bəndi artırılıb.
TCMB açıqlamalarında uçot dərəcəsinin artırılmasında əsas hədəflərdən birinin inflyasiyanın cilovlanması olduğunu əsaslandırır. Burada həqiqət payı yox deyil. Sərt pul siyasəti inflyasiyanın cilovlanmasını şərtləndirən mühüm vasitələrdən biridir. Heç şübhəsiz ki, qurumun uçot dərəcəsinin artırılmasını özündə ehtiva edən qərarı istehlak xərclərinin azalmasında özünü göstərəcək.
Ölkəyə yeni investisiyaların cəlb edilməsi
Türkiyədə iqtisadiyyatın inkişafının təmin olunması məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın və hökumətin yeni komandasının atdığı ən təsirli addımlardan biri də ölkənin investisiya cəlbediciliyinin artırılmasıdır. Bu tədbirlər iqtisadiyyatın maliyyə aclığının qarşılanmasına hesablanıb. Rəcəb Tayyib Ərdoğan son seçkilərdə növbəti dəfə inamlı qələbə qazandıqdan sonra körfəz ölkələrinə ilk səfərə gedib. Onun körfəz turnesinə geniş maliyyə imkanlarına malik Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələr daxil idi. Təsadüfi deyildir ki, analitiklər Türkiyənin dövlət başçısının körfəz ölkələrinə səfərini daha çox “iqtisadi turne” kimi səciyyələndiririrdilər. Bu da onunla bağlıdır ki, Türkiyənin dövlət başçısının ərəb dövlətlərinə üçgünlük səfərə çıxmasında ölkəyə iri həcmlərdə investisiyaların cəlb olunması əsas prioritetlərdən biri olub.
Körfəz səfəri çərçivəsində xarici investisiyaların Türkiyəyə cəlb edilməsinin prioritet kimi nəzərdə tutulması hazırda qardaş ölkədə yaşanan iqtisadi problemlərlə, o cümlədən də maliyyə sahəsindəki mövcud vəziyyətlə bağlıdır. Xatırladaq ki, Türkiyənin 2023-cü ilin ilk yarısında cari əməliyyatlar hesabının kəsiri əhəmiyyətli dərəcədə artıb. Kəsiri doldurmaq üçün ən optimal yollardan biri zəngin ehtiyatlara və maliyyə resurslarına malik ərəb ölkələrindən sərmayələrin cəlb edilməsidir. Verilən xəbərlərə görə, Türkiyənin dövlət başçısının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanan sənədlər birbaşa investisiyalar, müdafiə sənayesi, enerji və rabitə sahələrini əhatə edib. Prezident R.T.Ərdoğanın körfəz turnesi çərçivəsində ikinci dayanacağı Qətər olub. Qətər Türkiyə iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 18% artaraq təxminən 2,2 milyard dollara çatıb. İndiyədək iki ölkə arasında diplomatiya, təhsil, səhiyyə, mədəniyyət, dini işlər, mətbuat, təhlükəsizlik, ticarət və s. sahələr üzrə çoxsaylı müqavilələr imzalanıb. Həmin müqavilələrin icrası da yüksək səviyyədə təmin olunur. R.T. Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Türkiyə ilə BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata əsasən, razılaşmaların ümumi dəyəri 50,7 milyard dollardır. Ehtimal olunur ki, ölkəyə daxil olacaq sərmayələr milli valyutanın dəyər itirməsini səngidəcək. Analitiklərin qənaətinə görə, R.T.Ərdoğanın lirənin taleyi ilə bağlı nikbin danışması da onun formalaşdırdığı yeni hökumətin atdığı addımlardan qaynaqlanır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

