Təhsil proqramlarının açılmasına dair...
07.05.2024 [10:44]
Yeni tələblər müəyyənləşdi
Şagirdlərin bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında bir sıra mühüm amillər var. Həmin amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir. Ona görə də istənilən ölkənin inkişaf etmək üçün atacağı ilk addımlardan biri təhsil səviyyəsinin yüksəldilməsidir.
Dövlətimiz də təhsili əsas prioritet sahələrdən biri hesab edir. Və bu sahədə mühüm addımlar atır. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.
Bu günlərdə yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblər müəyyənləşib. Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi qərarla təhsil proqramı təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır.
Qərarda qeyd edilib ki, təhsil proqramı ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. Eyni zamanda, təhsil proqramı yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabət mühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmalıdır.
Həmçinin təhsil proqramı adına və təlim nəticələrinə görə, digər təhsil proqramının adını və təlim nəticələrini təkrarlamamalıdır. Təhsil proqramının təlim nəticələrinə uyğun peşələr üzrə peşə və kvalifikasiya standartları olmalı, təhsil müəssisəsi təhsil proqramına (ixtisasa) uyğun olaraq tədris prosesini həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz olunmuş auditoriyaya, laboratoriyalara, emalatxanalara, fənn kabinetlərinə və sair maddi-texniki bazaya və infrastruktura malik olmalıdır.
Eyni zamanda təhsil müəssisəsinin təhsil proqramına uyğun tədris-metodiki, elmi-tədqiqat və informasiya resursları və elmi-pedaqoji/mühəndis-pedaqoji heyəti olmalıdır.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, təhsil proqramlarının hazırlanmasında müasir dünya standartlarının əsas götürülməsi vacibdir. O, qeyd edib ki, tədris planı əsasında bütün fənlər üzrə təhsil proqramları tərtib olunur: “Tədris proqramlarında bir sıra mühüm faktlar öz əksini tapmalıdır: Fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları. Öyrənilən materialın tematik məzmunu. Fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı. Dünyagörüşünün əsas elementlərinin siyahısı. Fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər. Tədris avadanlığının və əyani vəsaitlərin siyahısı. Tövsiyə edilən ədəbiyyat. Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir. Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur. Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir. Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə müxtəlif cür həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris planı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər”.
Ekspert qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması xüsusi bacarıq və qabiliyyət tələb edir: “Xalqın ideologiyasının təbliğində belə proqramların rolu əvəzsizdir. Şübhəsiz ki, bu sahədə ciddi yeniliklərin olması arzuediləndədir. Azərbaycanda müxtəlif layihələr çərçivəsində bu istiqamətdə mühüm işlər görülür. Sözsüz ki, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir. Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş və əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların geniş şəkildə canlandırılmasında internet resurslarının rolu danılmazdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

