Ali dəyərlərimizdən biri...
29.10.2024 [08:34]
Ölkəmizdə insan hüquq və azadlıqları necə qorunur?
Hər kəsə bəllidir ki, inkişaf etmiş sivil cəmiyyətlərin əsasını qanunlar əsasında hazırlanmış idarəetmə mexanizmi təşkil edir. Bu mexanizm olan bütün ölkələrdə isə insan hüquqları yüksək səviyyədə qorunur. Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlər təsdiq edilib. Ölkəmizdə çoxsaylı uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından da mühüm imkanlar yaradıb.
Əslində insan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir. Bu hüquqlar bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər bir insan ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər hüquqlara malikdir. Bu, o deməkdir ki, həmin hüquqlar heç vaxt insanlardan alına bilməz.
Demokratiyanın inkişafına əhəmiyyət veririk
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu ilk vaxtlarda humanizm prinsipləri bir o qədər də diqqət mərkəzində deyildi. Lakin Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq: “Bu gün ölkəmizdə insan hüquqlarının qorunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, ölkə başçısı bununla əlaqədar bir neçə dövlət proqramını təsdiqləyib və bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi daha da artıb. Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycanda demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlət başçısının xüsusi önəm verdiyi məsələlərdəndir. Məsələn, imzalanan əfv sərəncamları minlərlə ailəyə sevinc bəxş edir. Bir hüquq müdafiəçisi kimi, əminliklə deyirəm ki, dünyada heç bir ölkə başçısı insan hüquqlarının müdafiəsi istiqamətində belə qətiyyətli qərarlar qəbul etməyib. Bunu tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, hüquq müdafiəçiləri də etiraf edirlər”.
Beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər...
Ç.Qənizadə qeyd edib ki, beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən mötəbər sənəd BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsidir: “Bəyannamədə deyilir ki, hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. Azərbaycan 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaqla bu Konvensiya Konstitusiyamızın 148-ci maddəsinə müvafiq olaraq milli qanunvericiliyin tərkib hissəsinə çevrilib. Həmçinin Azərbaycan insan hüquqlarının qorunması sahəsində mühüm beynəlxalq sənədlərə, o cümlədən BMT Baş Məclisi tərəfindən qəbul edilən “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan davranış və cəza növünə qarşı” Konvensiyaya qoşulub.
Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub”.
Hüquq müdafiəçisi bildirib ki, insan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür: “Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr daim Azərbaycan tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.
Hər birimizin üzərinə məsuliyyət düşür...
Dövlətimizin daha da gücləndirilməsi, həmçinin insan hüquqlarının qorunması istiqamətində siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu prosesdə bir vətəndaş kimi hər birimizin üzərinə məsuliyyət düşür. Ölkəmizdə həssas qrupdan olan, 30 il işğaldan əziyyət çəkən keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəmiz davam edir. Birinci Qarabağ müharibəsində itkin sayılan 4 minə yaxın insanın, həmçinin 44 günlük Vətən müharibəsindən sonra mina terrorundan əziyyət çəkən vətəndaşlarımızın hüquqları ilə bağlı haqq səsimiz dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Biz ədaləti tələb edirik. Torpaqlarımızın azadlığına müvəffəq olduğumuz kimi, haqqı tapdanan, işgəncələrə məruz qalan insanlarımızın da taleyi ilə bağlı haqq səsimizin eşidiləcəyinə və haqqın, ədalətin bərpa olunacağına da inanırıq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır/
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

