Gender bərabərliyi...
15.02.2025 [09:14]
Mühüm tədbirlər baş tutdu
Bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində mühüm işlərin görüldüyünü qeyd edib. O, həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.
Son 5 ildə müraciətlərin sayı 3,3 dəfə artıb
Məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqqında məlumat verən B.Muradova, ötən il bu istiqamətdə Komitəyə 594 müraciətin daxil olduğunu bildirib. O, qeyd edib ki, 2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciət sayı 3,3 dəfə artıb.
B.Muradova qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 8 sənəd layihəsinin təsdiq edildiyini, Komitəyə müvafiq qurumlardan daxil olan 12 sənəd layihəsinə rəy və təkliflərin verildiyini, 31 fərman, dövlət proqramı, strategiya və milli fəaliyyət planının icra edildiyini, 4 müxtəlif mövzuda hesabat və təhlilin hazırlandığını vurğulayıb.
COP29 çərçivəsində “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” mövzusu üzrə keçirilən dəyirmi masadan, “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi”, “Şəffaflıqda Gender” mövzusunda yüksək səviyyəli tədbirlərdən bəhs edən sədr, ICESCO və Dövlət Komitəsi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalandığını bildirib.
890 ailəyə səfərlər təşkil edilib
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Uşaq və Ailələrə Dəstək mərkəzlərinin xidmətlərindən 25354 nəfər faydalanıb, 890 ailəyə səfərlər təşkil edilib və 10 “Açıq qapı” günü keçirilib. Ötən il Komitəyə 3628 vətəndaş müraciəti daxil olub, 12 region üzrə qəbullar təşkil edilib.
B.Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, media nümayəndələri tərəfindən daxil olan 198 müraciətin təmin edildiyini, jurnalist və blogerlərin iştirakı ilə təlim proqramlarının, media turların təşkil olunduğunu bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib. O, ötən il ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra statistik göstəriciləri diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə gender məsul şəxslərin fəaliyyətinin gücləndirilməsinin və bələdiyyələrə yeni seçilmiş qadınlara istiqamətlənən təlimlərin keçirilməsinin, gender komissiyalarının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin birinci yarısı üçün qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Daha sonra məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxış dinlənilib. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət istiqamətləri qeyd olunub. Bildirilib ki, bu istiqamətlərə məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinqin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi və.s daxildir.
Sonra müzakirələr aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib. Yekunda çıxış edən Bahar Muradova, cari ildə də yeni istiqamətlərin müəyyənləşdirilərək, mühüm tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Qadınlarımız elmdə nəzərəçarpacaq uğurlar əldə edirlər
Qeyd edək ki, bu günlərdə ölkəmizdə gender bərabərliyi ilə bağlı başqa bir tədbir də baş tutub. Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, Azərbaycanda tarixən təhsilə və akademik fəaliyyətə geniş çıxışı olan qadınlar və qızlar elmdə, o cümlədən rəhbər vəzifələrdə nəzərəçarpacaq uğurlar əldə ediblər.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlıqlar, o cümlədən qadınlar və qızlar üçün texniki bacarıqların inkişafına yönəlmiş proqramlar da bu sahədə əsas rol oynayır: “Biz gənc qadınların və qızların elm sahəsində fəaliyyətini genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirmişik. Azərbaycanın xoşbəxtliyi ondan ibarətdir ki, elmi tədqiqatlarda qadınların rolunun yüksəldilməsinə mühüm töhfələr vermiş çox sayda görkəmli qadın alimləri var”.
Qeyd edək ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəil artırır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 - sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

