10 270 338 nəfər olduq!
20.06.2026 [09:15]
Əhalinin artımında müsbət dinamika...
Azərbaycanda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramları demoqrafiya və əhalinin inkişafına müsbət təsirini göstərməkdədir. Demoqrafik siyasət-dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin say və struktur dinamikasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasətdir. Əhalinin doğum sayı, nikah, boşanma, yaş strukturu və onun ölüm miqdarına təsir edən demoqrafik siyasət geniş mənada ya əhalinin artması ilə eyniləşdirilir, ya da onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir.
Məlumdur ki, hər bir ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlıdır. Bu mənada əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Demoqrafik siyasətin düzgün qurulması isə əhalinin siyahıyaalınması prosesinin nəticələrindən çox asılıdır. Ölkənin sosial-iqtisadi vəziyyəti əhali artımında mühüm rol oynayır.
Dünya əhalisinin sayında müsbət gözlənti
BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı yaxın illərdə artacaq və 8 milyard nəfərdən çox olacaq. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həllolunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.
Ümumiyyətlə, adətən ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin sakinlərinin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur.
Ölkəmizdə əhalinin sayı 0,1 faiz artıb
Dövlət Statistika Komitəsi (DSK) ölkəmizdə doğum, ölüm, nikah və boşanma sayı ilə bağlı son rəqəmlərin hesabatını təqdim edib. Bu barədə Komitənin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd olunub. DSK-dan verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 7987 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10 270 338 nəfərə çatıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
980 əkiz, 39 üçəm doğulub
DSK-dan həmçinin bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 28631 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb. Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Bu dövrdə ölkədə 21277 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,1-dən 6,3-ə qədər artıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46

