2017-ci ildə ölkəmizdə barama istehsalını 120 tona çatdırmaq nəzərdə tutulub
11.05.2017 [10:14]
Regionlarda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib
Azərbaycanın regionlarında istehsal və ixrac imkanlarının genişləndirilməsi baxımından perspektivli sahələrdən biri də baramaçılıqdır. Yeni şəraitdə bölgələrdə baramaçılığın inkişafı bir çox cəhətdən böyük əhəmiyyət daşıyır. Belə ki, baramaçılıq həm əhalinin məşğulluğunun təmin olunmasında, həm də ölkədə yüngül sənayenin xammalla təchizatında mühüm rol oynaya bilər. Eyni zamanda, baramanın dünya birjalarında satışı ilə bağlı hər hansı problem yoxdur. Bu məhsula hər zaman böyük tələbat var. Onun satışından ölkəmiz böyük məbləğdə valyuta qazana bilər.
Hazırda ölkənin 37 rayonunda baramaçılıq inkişaf etdirilir
Azərbaycanın əlverişli coğrafi iqlim xüsusiyyətləri kifayət qədər gəlirli sahə olan baramaçılığın qarşısında geniş inkişaf perspektivləri açır. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, respublikamızda tarixən baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Bir sıra bölgələrdə, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında ta qədimdən yerli əhalinin məşğulluğunun təmin olunmasında baramaçılıq mühüm rol oynayıb. Yeni şəraitdə bu ənənələr dirçəldilir və baramaçılıq 37 rayonda inkişaf etdirilir.
Ötən ildən başlayaraq respublikamızda baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir. Dövlət bu gəlirli sahədə istehsalın artırılmasına həm siyasi, həm də maddi dəstək göstərir. 2016-cı ildən bəri respublikamızda yaş baramanın tədarük qiyməti üç dəfə artırılaraq 3 manatdan 9 manata qaldırılıb. Bundan başqa, ötən il İrandan və Çindən gətirilən ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın ayrı-ayrı rayonundan olan fermerlərə pulsuz paylanılıb. Bütün bu və ya digər tədbirlər fermerlərdə, ailə təsərrüfatlarında baramaçılığa böyük maraq oyadıb.
Barmaçılığın inkişafı baxımından respublika üzrə zəruri yem bazasının yaradılmasının da böyük önəmi var. Respublikamızda baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti arasında imzalanmış tender müqaviləsinə əsasən ötən ilin dekabr ayında ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirilib. Respublikaya gətirilmiş tut tingləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında ölkənin 37 rayonuna paylanılıb və aqrotexniki qaydalara əməl edilməklə sahələrdə əkilib. Tinglər Çin texnologiyası əsasında, cərgələrarası məsafə 2 metr və tinglərarası 50 santimetr olmaqla, əvvəlcədən qazılan, eni və dərinliyi 50-60 santimetr olan çalalara basdırılıb.
Ayrı-ayrı regionlarda isə baramaçılığın etibarlı yem bazasının yaradılması məqsədilə daha genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, ötən il Zaqatala rayonunun ərazisində 147 min ədəd tut tingi əkilərək yeni bağlar salınıb. Rayonun kümçüləri cari ildə barama istehsalını iki dəfədən çox artıraraq 13,5 tona çatdırmaq əzmindədirlər.
Baramaçılığın inkişafı istiqamətində Şəki rayonunda əldə olunan nəticələr də məmnunluq doğurur. Belə ki, 2016-cı ildə müvafiq dövlət qayğısından ruhlanan şəkili kümçülər “Şəki-İpək” ASC-yə 9 ton 751 kiloqram barama təhvil veriblər. Şəkili kümçülər barama istehsalını daha da artırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədlə ötən payız mövsümündə rayonun ərazisində 75 min ədəd tut tingi əkilib. Bunlardan 50 min ədədi “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli cinslərdir. Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərindən 25 mini də bu rayonun ərazisində əkilib.
Baramaçılığın inkişafına böyük diqqət göstərilən rayonlardan biri də Tovuzdur. Barama istehsalının artırılması üçün ötən ildən başlayaraq təsərrüfatlarda lazımi yem bazası yaradılır. 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərinin ərazisində xaricdən gətirilmiş 10 min ədəd çəkil tingi əkilib. Eyni zamanda, təsərrüfatlarda 30 minə yaxın yerli tut tingi yetişdirilir. Cari ildə rayon üzrə 10 tona yaxın barama istehsal etmək nəzərdə tutulub.
Qazax rayonunda da baramaçılığın geniş inkişaf perspektivləri var. Rayonun kümçüləri cari ildə barama istehsalını 4500 kq-a çatdırmağı planlaşdırıblar. Kümçülər barama istehsalını artırmaq üçün ötən mövsümdən yeni tut bağları salmağa başlayıblar. Rayondakı ayrı-ayrı kəndlərin ərazisində 4,5 hektar sahədə baramaçılığın inkişafı üçün 22 min ədəd yeni çəkil tingləri basdırılıb ki, bunun da 20 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir.
Hədəf barama istehsalını 2019-cu ildə 1300 tona çatdırmaqdır
Respublikamızda baramaçılığın inkişafı məqsədilə görülən tədbirlər öz müsbət nəticələrini verir. Ötən il ölkə üzrə 70 ton barama tədarük olunub. Cari ildə bu göstəricinin ən azı 3 dəfə artacağı proqnozlaşdırılır. Hədəf isə barama istehsalını 2019-cu ildə 1300 tona çatdırmaqdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində diqqəti qarşıda duran vəzifələrə çəkərək deyib: “Dövlət öz vəsaiti hesabına bütün lazımi məsələləri həll edir, tingləri gətirir və baramaçılıq da inkişaf edir. Keçən il 70 ton yaş barama tədarük olunub. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton və bəlkə də, bundan çox yaş barama tədarük ediləcək”.
Azərbaycan Prezidentinin cari ildə barama istehsalının artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu toxumları (qrena) tədarük edilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunub və kümçülərə əvəzi ödənilmədən paylanılıb. “Bu il barama istehsalını 3 dəfədən çox artırmağı hədəfləmişik. İpəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən proqrama uyğun olaraq barama istehsalının hər il artırılması nəzərdə tutulur”. Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qax Damazlıq İpəkçilik Stansiyasında aran rayonlarının kümçülərinə ipəkqurdlarının paylanılması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə müsahibəsində ifadə edib.
Dövlət tərəfindən baramaçılığın inkişafına böyük dəstək göstərildiyini vurğulayan nazir müavini bu il yaş baramanın hər kiloqramına 5 manat subsidiyanın veriləcəyini, eyni zamanda, “Şəki-İpək” ASC tərəfindən də istehsalçılara 4 manat ödəniləcəyini diqqətə çatdırıb. “Ümumilikdə, təhvil verdiyi bir kiloqram yaş barama üçün istehsalçı 9 manat alacaq. Bu, istehsalçılara çox böyük dəstəkdir, qısa zaman ərzində xeyli əlavə gəlir deməkdir. Orta hesabla bir kümçü mövsüm ərzində 200-300 kiloqram barama təhvil versə, 1800-2700 manat qazanc əldə edəcək”, - deyə İlham Quliyev bildirib.
Kümçülərlə söhbət zamanı İlham Quliyev baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, baramaçılıqla məşğul olan ailələr digər təsərrüfat sahələrindən ayrılmadan bir ay, ay yarım müddətində əlavə gəlir əldə edə, qazanclarını artıra bilərlər. Diqqətə çatdırılıb ki, ötən il baramaçılıqdan 1254 kümçü ailəsi yararlanıb. Cari mövsümdə isə baramaçılıqla məşğul olan ailələrin sayı 3 dəfədən çox artacaq.
Tədbirdə kümçülərə daha bir xoş xəbər verilib. Bildirilib ki, yaxın gələcəkdə Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun yenidən qurulacaq. Stansiyada kümçüləri damazlıq barama toxumu ilə təmin edəcək yeni zavod fəaliyyətə başlayacaq. Beləliklə, xaricdən barama toxumu gətirməyə ehtiyac qalmayacaq.
Regionlarda kümçülər iş başındadırlar
Hazırda Azərbaycanın barama bəslənilən əksər bölgələrində kümçülər iş başındadırlar. Ötən il İmişli rayonunda 4 ton barama istehsal olunub. Kümçülər bu il istehsalı 4 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə ötən il 37 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud bağlara qulluq göstərilib. Bir qədər bundan əvvəl isə 300 qutu (5 min 700 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 142 kümçüyə paylanılıb.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon sakinlərinin bu sahəyə marağını artırıb. Şaverdilər kənd sakini Səxavət İsmayılov ötən il 200 kiloqram barama istehsal edərək 1800 manat gəlir əldə edib. İpəkçi bu mövsüm 500 kiloqram məhsul istehsal etmək üçün kifayət qədər inkubasiya olunan ipəkqurdu toxumu götürüb.
Ötən il Yevlax rayonunda 1825 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Yevlax Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, artıq Qax Damazlıq İpəkçilik Stansiyasından 200 qutu (3800 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 120-dən çox ailəyə paylanılıb. Cari mövsümdə rayon üzrə 10 ton barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, Yevlax rayonunda baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 90 min ədəd tut tingi əkilib.
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla həyata keçirilir. Rayon Kənd Təsərrüfat İdarəsinin məlumatına əsasən, ötən il rayonda 3 ton 75 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 5 ton barama istehsal etmək nəzərdə tutulub və bunun üçün 100 qutu (1900 qram) inkubasiya olunan ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

