Ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir
18.07.2017 [09:35]
Bunu kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə əldə olunan nəticələr də təsdiqləyir
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində digər sahələr kimi kənd təsərrüfatı da inkişaf edir. Eyni zamanda 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan işlər öz növbəsində aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır və bu baxımdan bölgələrimizdə əsaslı tədbirlər görülür, yeni əkin sahələri salınır. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Elə ayrı-ayrı rayonlarda son vaxtlar əldə edilən nəticələr də deyilənləri təsdiqləyir. Məsələn, verilən məlumatlara görə, bu il Xaçmaz rayonunun təsərrüfatçıları şaftalı bağlarından bol məhsul yığıblar. Hazırda bağlardan şaftalının “Zolotoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır. Məlumatlarda qeyd olunub ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Kənd sakinləri bildirirlər ki, Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi isə qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Vurğulayaq ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır.
Bu il Saatlı rayonunda fermerlər 817 hektar sahədə tərəvəz əkiblər və sahələrdə bol məhsul yetişib. İndiyədək 225 hektar sahədən 106 ton məhsul götürülüb. Torpaq mülkiyyətçiləri ən yüksək nəticəni kartof sahələrindən əldə ediblər. Onlar əkdikləri 377 hektar sahədən 5 min 890 ton məhsul götürərək hər hektarın məhsuldarlığını 187,6 sentnerə çatdırıblar. Rayonun tərəvəz sahələrindən məhsul yığımı davam edir.
Verilən məlumatlara əsasən tovuzlu sahibkarlar da cari ildə bol tərəvəz yetişdiriblər. Tərəvəzçiliklə məşğul olan tovuzlu fermerlər sahələrdən hələlik 11346 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 7495 ton çoxdur. Tərəvəz yığımı davam edir.
Eləcə də Tovuz rayonunda bu il sahibkarlar 7375 hektar sahədə bol məhsul yetişdiriblər. Sahibkarlar artıq 950 hektar sahənin məhsulunu yığıblar. Sahələrdən 17 min 794 ton kartof əldə olunub. Hektardan orta məhsuldarlıq 187,3 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 650 hektar, tədarük olunan məhsul 12 min 220 ton, hektardan orta məhsuldarlıq isə 1,5 sentner artıqdır. Rayonda kartof yığımı davam edir.
Ağstafa rayonunda da kartof yığımına start verilib. Yerli təsərrüfatçıların bildirdiklərinə görə, bu il məhsulun bolluğu onları növbəti mövsümdə kartof sahələrini artırmağa həvəsləndirir. Qeyd edilməlidir ki, vaxtında aparılan aqrotexniki qulluq, fermerlərin torpağa bağlılığı və bu sahəyə göstərilən dövlət qayğısı elə yığılan məhsulun bolluğundan müşahidə olunur. Hazırda Ağstafada kartofçuluq üzrə ixtisaslaşma gedir və təsərrüfatçıların bu sahədə təcrübəsi, səriştəsi getdikcə artmaqdadır. Rayonun Qırılı kəndində traktorla yığımı aparılan kartof da həm məhsuldarlığı, həm də keyfiyyəti ilə seçilir. Təsərrüfat sahibi Ülfət Zeynalabdıyev bildirib ki, beş hektara yaxın sahədə kartof əkib və ötən ilə nisbətən bu il məhsuldarlıq 20-30 faiz çoxdur. Ötən il hektardan 20 ton məhsul götürulmüşdüsə, bu il 30 tona çatır. Gələcəkdə əkin sahələrinin 10 hektara çatdırılacağı proqnozlaşdırılır. Qeyd olunmalıdır ki, fermerlər məhsullarını vaxtında bazara çıxara bilirlər. Vaxtilə bəzi sahələrdə kartof dəmyə üsulu ilə becərilirdisə və məhsul da əldə etmək çətin olurdusa, artıq müasir texnologiya - yağış yağdırma üsulu ilə kartof becərilir və məhsuldarlıq da sahibkarların ürəyincədir. Suvarmada çətinliyin yaşanmaması sonda məhsulun bolluğuna səbəb olur. Bu da fermerləri torpağa bağlayır, onlarda növbəti ildə daha geniş sahələrdə bu bitkini becərməyə maraq yaradır.
Bununla yanaşı, ağstafalı fermerlər 700 hektar sahədə günəbaxan əkiblər. Ötən illə müqayisədə bu il Ağstafada 200 hektardan artıq sahəyə günəbaxan əkilib. Rayonun aran hissəsindəki kəndlərin demək olar ki, əksəriyyətində bu təsərrüfat sahəsinə maraq böyükdür. Məhsuldarlığı ilə seçilən günəbaxan həm də yaxşı gəlir gətirir. Ağstafalı fermerlər də bu səbəbdən hər il günəbaxan sahələrini bir qədər də genişləndirirlər. Fermerlər bildirirlər ki, ötən il günəbaxanı sınaq üçün əkiblər. Nəticənin yaxşı olması isə bu il sahənin daha da genişləndirilməsinə səbəb olub. Təsərrüfatçılar deyirlər ki, 1 hektar günəbaxanı becərib başa gətirmək üçün təxminən 800-900 manat xərc çəkirlər. Bunun müqabilində əldə etdikləri gəlir isə qənaətbəxş olur. Məsələn, ötən il hektara 2,5 ton günəbaxan götürən fermerlər məhsulun kiloqramını 80 qəpiyə - 1 manata satıblar. Bu mövsüm də qiymətlərin bu civarda olacağı gözlənilir. Rayonda əsasən yağ istehsalı üçün əlverişli olan günəbaxan yetişdirilir. Toxuma gəlincə isə, fermerlər Rusiyadan gətirilən sortlara daha çox üstünlük verirlər.
Qeyd edək ki, bitkinin yığımına avqust ayında başlanılacaq. Mürəkkəbçiçəklilər fəsiləsindən olan günəbaxandan daha çox bitki yağının istehsalında istifadə olunur. Çünki günəbaxan yüksək vitaminliliyi və yağlılığı ilə digər bitkilərdən seçilir.
Qərb bölgəsinə daxil olan Qazax rayonunda aqrar sahədə uğurlu nəticələr əldə edilib. Belə ki, bu il həmin rayonda 520 hektar sahədə ilk dəfə şəkər çuğunduru əkilib. Bunun 70 hektarı Aşağı Salahlı kəndinin payına düşür. Sahibkarlar sahələrdə yaxşı çıxış əldə ediblər ki, bu da yüksək məhsuldan xəbər verir. Fermer Aqil Sarıyev bildirib ki, bu il 3 hektarda şəkər çuğunduru əkib. Çuğundur əkini ilk dəfə aparılsa da məhsuldarlıq yüksəkdir. Təxminən hər hektardan 70-75 ton məhsul götürülməsi planlaşdırılır. Gələcəkdə isə şəkər çuğunduru sahəsinin 10-15 hektara çatdırılması proqnozlaşdırılır.
Rayonda üzümçülüyə də maraq getdikcə artmaqdadır. Bu sahənin gəlirli olduğunu nəzərə alan təsərrüfat sahibləri gələcəkdə bağların ərazisini artırmaq fikrindədirlər. Rayonun Hüseynbəyli kəndində sahibkar Tapdıq Nəbiyevin 4 hektar üzüm bağı var. Bağda bütün aqrotexniki işlər həyata keçirilib və hazırda yaşıl budama, suvarma və dərmanlama prosesi aparılır. Ötən il hektardan 10 tona qədər məhsul götürdüyünü deyən bağ sahibi bu il də üzüm bağından bol məhsul əldə edəcəyinə inanır.
Tapdıq Nəbiyev bildirib ki, gələcəkdə üzüm bağını genişləndirərək 10 hektara çatdırmaq və təsərrüfatında işçi sayını da artırmaq fikrindədir. Bağ sahibi 1 hektardan bu il 10 tondan çox üzüm götürəcəyini bildirir.
Bu il Ağcabədi rayonunda da 58 min 947 hektar sahədə əkin işləri aparılıb. Əkinlərin 20 min 575 hektarı dənli və dənli paxlalı bitkilər, 13 min 608 hektarı texniki bitkilər, 1659 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 23 min 105 hektarı yem bitkiləridir. Əkin sahələrinin tərkibində dənli bitkilər xüsusi yer tutur. Cari ilin yazında həmçinin 1804 hektarda dən üçün qarğıdalı və ilk dəfə olaraq 13,2 hektarda qarabaşaq bitkisi səpilib.
Rayonda texniki bitkilərin əkin sahəsi də genişlənməkdədir. Belə ki, texniki bitkilərin xüsusi çəkisi 2014-cü ildə 4,2 faizdən 2017-ci ildə 23,1 faizə qədər artıb. Texniki bitkilərin 9550 hektarını pambıq, 2010 hektarını şəkər çuğunduru, 2041 hektarını soya bitkisi təşkil edir. 2016-cı illə müqayisədə texniki bitkilərin əkin sahəsi 2,4 dəfə, o cümlədən pambıq əkinləri 2,6 dəfə, şəkər çuğunduru əkinləri 2,5 dəfə, soyanın əkini isə 1,7 dəfə çoxdur.
Rayonda kartof, tərəvəz və bostan bitkilərinin 99,9 faizi şəxsi təsərrüfatlarda əkilir. 2017-ci ilin məhsulu üçün 176 hektar kartof, 871 hektar tərəvəz və 612 hektar ərzaq üçün bostan bitkiləri əkilib ki, bu da 2016-cı ilə nisbətən 12,4 faiz artıqdır. Hazırda rayonda taxıl biçini, kartof, tərəvəz və meyvə yığımı davam edir.
Xaçmaz rayonunda isə fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə iki dəfədən çoxdur. Məhsulun bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun 20-dən sonra başlayacaqlar. Rayonda fındıq yığımı avqustun sonunadək davam edir.
Təsərrüfatçılar bildirirlər ki, fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Məsələn, şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Fermerlərin sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 7-8 kiloqram məhsul yığılır. Məhsuldarlığın ikiqat artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 5 min hektara yaxın fındıq bağından 4 min ton məhsul əldə ediblər. Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

