Regionlarda mükəmməl su təchizatı sisteminin yaradılması istiqamətində ardıcıl işlər görülür
21.07.2017 [09:03]
Bölgələrdə həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycanda həyata keçirilən inkişaf strategiyası bütün sahələrin paralel tərəqqisini özündə ehtiva edir. Bu istiqamətdə müxtəlif sahələri əhatə edən mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında infrastruktur layihələrin reallaşdırılması mühüm yer tutur. Ümumiyyətlə, reallaşdırılan infrastruktur layihələri sırasında etibarlı su təchizatına nail olunması ilə bağlı layihələrə xüsusi diqqət yetirmək lazımdır.
Qeyd etmək lazımdır ki, regionlarda əhalinin içməli su təminatının yüksək səviyyəyə qaldırılması prioritetlərdən biri kimi müəyyənləşdirilib. Hazırda regionlarda həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarma sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. O da vurğulanmalıdır ki, 2013-cü ildə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox mühüm nailiyyətdir. İstifadəyə verildiyi vaxtdan indiyədək su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinə verilib. Taxtakörpü su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilmiş 11 min hektara yaxın yeni suvarılan torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Xızı, Siyəzən və Şabran rayonlarında il ərzində daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və meliorativ vəziyyət yaxşılaşdırılacaq.
Yeri gəlmişkən, əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məsələn, Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib. Bununla yanaşı, Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi nəticəsində su mənbəyi işğal altında olan Goranboy rayonunun 8 min hektar sahəsinə su çatdırılıb, daha 18 min hektardan çox sahəyə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsi cari ildə suvarma suyu ilə təmin ediləcək.
Digər tərəfdən, Qax rayonunda yaradılmış “Qax Aqropark”a məxsus 1500 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb. Bununla yanaşı, Dünya Bankının krediti ilə İmişli, Ağcabədi, Saatlı və Goranboy rayonlarında 9 min hektardan çox əkin sahələrinin su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Eyni zamanda, Şabran, Siyəzən, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında içməli su və kanalizasiya şəbəkələrində, çirkab sutəmizləyici qurğularında tikinti işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən isə bu ilin 6 ayı ərzində torpaqların su təminatının yaxşılaşdırılması və münbitliyinin artırılması sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, su anbarlarına 278 milyon kubmetr su ehtiyatı toplanıb. Bununla yanaşı, şoranlaşmanın qarşısını almaq və suyun itkisiz çatdırılması məqsədilə 165 kilometr magistral kanal, 233 kilometr ara arxları və 19 kilometr kollektor lildən təmizlənib, 36 kilometr yeni suvarma boru xətti çəkilib. Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanıb, bu günə qədər 3 kilometr magistral boru xətti və müxtəlif diametrli borularla 26 kilometr suvarma xətti çəkilib. Uzunoba Su Anbarına sugətirən kanalın 650 metr, suaparan kanalın isə 940 metr hissəsi beton panellərlə üzlənib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə çay və selovlarda 19 kilometr istiqamətləndirici bənd tikilib, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb.
Eyni zamanda, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilib. Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 35 kilometr kanalizasiya xətti, 37 kilometr içməli su xətti çəkilib, 1103 ev kanalizasiya şəbəkəsinə qoşulub və sayğac quraşdırılıb. Şərur rayonunda isə müxtəlif diametrli borularla 52 kilometr içməli su xətti, 10 kilometr kanalizasiya xətti çəkilib, 713 ev birləşməsi aparılıb. Layihəyə uyğun olaraq Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb, Ordubad rayonunda isə 2 subartezian quyusu qazılıb.
Sadalananlarla yanaşı, regionlarda sakinlərin təmiz içməli su ilə təmin olunması sahəsində ardıcıl işlər görülür. Məsələn, Şəmkir rayonunun İrmaşlı kəndində sakinlərin təmiz içməli su ilə normal təminatı istiqamətində işlər aparılır. Belə ki, kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə su boruları yenilənir, suyun sakinlər arasında bərabər bölünməsi istiqamətində işlər həyata keçirilir.
Kürdəmir rayonunun 12 kəndində isə içməli su təchizatı sistemləri yaradılacaq. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq kəndlərdə layihələrin icrası davam etdirilir. Sərəncama əsasən, 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin yaradılması nəzərdə tutulur. Həmin kəndlərin 12-si Kürdəmir rayonundadır. Layihəyə uyğun olaraq rayonun Qarabucaq qəsəbəsi, Qurdbayram, Ucarlı, Cəyli, Mürtülü, Qaraqocalı, Qağacılı, Yeni Şıxımlı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli, Şahsevən kəndlərində su təchizatı sistemləri yaradılacaq. Hazırda 6 kənddə (Mürtülü, Qağacılı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı) layihələrin icrası intensiv şəkildə davam etdirilir. Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur. Kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 29 kilometr olan su xətlərinin 14 kilometrlik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Ümumilikdə Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.
Ümumiyyətlə, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama müvafiq olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilmiş və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcəkdir. 7 kəndi su ilə təmin etmək üçün 36 kilometr uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 kilometrlik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaqdır. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.
Bununla yanaşı, Prezident İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair Sərəncamına uyğun olaraq Salyanda 14 yaşayış məntəqəsini içməli su ilə təmin etmək üçün ümumi uzunluğu 11 kilometr olan yeni su xəttinin tikintisi yekunlaşmaq üzrədir. Kəndlərə suyun Şirvan-Muğan qrup su kəmərindən verilməsi nəzərdə tutulub. Artıq rayonun Qırxçıraq, Seyidsadıqlı, Alçalı və Qızılağac kəndlərində layihənin icrasına başlanılıb. Yaxın günlərdə digər kəndlərdə də tikinti-quraşdırma işləri həyata keçiriləcək. Yeni su xətti ilə 30 min sakin keyfiyyətli su ilə təmin olunacaq. Layihə çərçivəsində rayonun 14 kəndində 37 bulağın tikintisi nəzərdə tutulur. Bulaqlardan artıq 20-nin inşası başa çatdırılıb. Su xəttinin tikintisinin cari ilin avqust ayında yekunlaşması nəzərdə tutulub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

