Azərbaycanın bölgələrində tütün yığımı uğurla davam edir
21.09.2017 [10:25]
Regionlarda tütünçülüyün inkişafı bütövlükdə sosial-iqtisadi inkişafa öz töhfələrini verir
Məlum olduğu kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə digər sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafında da əsaslı dönüş yaranıb. Daha dəqiq desək, reallaşdırılan müvafiq proqramlar, həmçinin atılan addımlar sayəsində kənd təsərrüfatının bütün sahələrində tərəqqi əldə edilib. Və son illərdə ölkəmizdə əsaslı şəkildə inkişaf etdirilən sahələrdən biri də tütünçülükdür. Məlumat üçün bildirək ki, tütünçülük kənd təsərrüfatının ən çox mənfəət gətirən sahələrindən biridir. Tütünçülükdə aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi hesabına hər hektardan təxminən 1000 manat mənfəət əldə etmək mümkündür.
Beləliklə, Prezident İlham Əliyevin tütünçülüyün inkişafına göstərdiyi diqqət və qayğı sayəsində son illərdə ölkəmizdə bu sahədə xeyli iş görülüb. Göstərilən hərtərəfli dövlət dəstəyi isə öz növbəsində fermerlərin tütün əkininə marağının artmasına səbəb olub və nəticədə əkin sahələri genişlənib. Ənənəvi növdən olan tütünlərin istehsalı bərpa olunub, həmçinin daha qiymətli tütün növlərindən olan “Virciniya” və “Berley” növlü tütünlərin istehsalı artırılmaqdadır. Eyni zamanda, ölkəmizdə tütün əkinlərinin coğrafiyası genişləndirilir, tütünçülüklə məşğul olan fermerlərin sayı ilbəil artır.
Bir sözlə, dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və son məhsula görə subsidiyanın verilməsi bu sahənin inkişafını daha da stimullaşdırır. Bu isə öz növbəsində tütün əkininin çoxalmasına təkan verir. Vurğulamaq yerinə düşər ki, 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatıb. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılıb.
“Azərtütün” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermer təsərrüfatlarından 9 min 691 ton “Virciniya” növlü yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu məntəqələrdə, ümumilikdə, 1137 ton quru tütün istehsal edilib. Tütün qəbulu və quru tütün istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək artıb. Bu barədə “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib. Cəmiyyətin rəsmisi bildirib ki, indiyədək Zaqatala məntəqəsi fermerlərdən 3 min 605 ton, Qax məntəqəsi 3 min 106 ton, Şəki məntəqəsi isə 2 min 980 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu məntəqələrdə olan 172 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər gün məntəqələrin hər birinə qurudulmaq üçün orta hesabla 50 tonadək yaşıl tütün kütləsi daxil olur.
Zaqatala rayonunun Üçüncü Tala kəndindən olan fermer Sadık Mamkayev üçüncü ildir ki, tütünçülüklə məşğuldur. Fermer bildirib ki, ötən il 8 hektar tütün sahəsindən 100 tona yaxın məhsul əldə edib. Dövlətin dəstəyindən yetərincə yararlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 16 hektara çatdırıb. İstehsalçı indiyədək emal məntəqəsinə 80 ton yaşıl tütün kütləsi təhvil verib. Zaqatalalı fermer cari mövsümdə 170-180 ton tütün istehsal etməyi qarşıya məqsəd qoyub.
Sadık Mamkayevin həmkəndlisi Vidadi Səfərov da bu il tütün əkini sahəsini iki dəfə artıraraq 6 hektara çatdırıb. Fermer cari mövsümdə tütün istehsalını 50-60 tona çatdırmağı düşünür.
Bu məsələ ilə bağlı konkret faktlara istinad edək. Bu il oğuzlu fermerlər 200 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 31 hektarına “Virciniya” növlü ətirli, 169 hektarına isə yerli tütün sortları əkilib. Hazırda təsərrüfatlarda tütünün sahələrdən yığılması və qurudulması işləri mütəşəkkil şəkildə davam edir. Fermerlər bu günədək sahələrdən 920 ton yaşıl tütün kütləsi yığaraq qəbul məntəqəsinə təhvil veriblər. Bundan əlavə, fermerlər indiyədək yetişdirdikləri yerli tütün sortlarından 75 ton quru tütün istehsal ediblər. Bu barədə AZƏRTAC-a rayon İcra Hakimiyyətindən məlumat verilib. Rayonun Padar kəndindən olan fermer Qərib Yunusov ikinci ildir ki, tütünçülüklə məşğul olur. O, ötən il 3 hektar sahədə yerli tütün sortları yetişdirib, yaxşı da məhsul götürüb. Bundan ruhlanan fermer cari mövsümdə tütün əkini sahələrini 4 dəfə genişləndirərək 12 hektara çatdırıb. Hazırda onun təsərrüfatında 13 nəfər mövsümi işçi çalışır. Sahələrdən yığılan tütün ipə düzülərək açıq hava şəraitində qurudulur. Fermer indiyədək 3 tona yaxın quru tütün istehsal edib. Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. 10 illik fasilədən sonra Qəbələdə ikinci ildir tütün əkilir. Ötən il rayonda 50 hektar sahədə tütün əkən fermerlər dövlət dəstəyindən bəhrələnərək, bu il əkin sahələrini xeyli genişləndiriblər. Tütün rayonun Mamaylı, Şamılı, Böyük Əmili və Kiçik Əmili kəndlərində əkilib. Fermerlər tütün bitkisinin becərilməsi üçün lazımi aqrotexniki qulluq işləri aparıb və bol məhsul əldə ediblər. Hazırda sahələrdə məhsul yığımı davam etdirilir. Ötən bir ay ərzində 70 hektar tütün sahəsindən 53 ton məhsul tədarük olunub. Tütün kənd sakinləri tərəfindən əl əməyi ilə yığılır, qurudulur və “Şəki” Tütün Korporasiyasına təhvil verilir.
Rayonda tütün istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış sortlara üstünlük veriblər. Qəbələdə 66 hektar sahədə “İmmunium-558” və 4 hektar sahədə “Berley” sortundan olan tütün əkilib. Bu növlərdən olan tütün bitkisinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 35-40 ton, quru halda isə 3,5-4 ton məhsul götürmək mümkündür.
Qeyd edək ki, rayonda 22 torpaq mülkiyyətçisi tərəfindən 70 hektar sahədə tütün əkilib, onun becərilməsi və məhsulun toplanılması prosesinə 180-dən çox yerli sakin cəlb olunub. Bu da kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə, dolanışıq şəraitinin yaxşılaşmasına müsbət təsir edir. Məlumata görə, ötən il Qəbələdə 50 hektar tütün sahəsindən 19 ton məhsul tədarük olunub. Bu il rayonda 200 tondan çox tütün istehsalı gözlənilir. Dövlət tərəfindən verilən subsidiyadan bəhrələnən fermerlər gələn il daha geniş sahədə tütün əkini aparmağı planlaşdırırlar.
Ötən il rayonda 20 hektar sahədə tütün əkib bol məhsul tədarük edən tovuzlu fermerlər isə cari ildə tütün sahələrini 50 hektaradək genişləndiriblər. İkinci ildir ki, tütünçülüyə maraq göstərən fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda rayonda tütün yığımının qızğın çağıdır. İndiyədək sahibkarlar Zaqatala tütün kombinatına 5 ton 300 kiloqram quru tütün təhvil veriblər. Rayonda tütünçülüyün yenidən bərpası nəticəsində 200-dək kənd sakini işlə təmin olunub. Xatırladaq ki, ötən il 20 hektarda tütün becərən fermerlər 3140 kiloqram məhsul istehsal ediblər.
Qazax rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, ötən il rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib ki, bunun da 30 hektarı Kosalar kəndindədir. Rayonda tütün yığımı uğurla davam etdirilir. Bu günədək 50 ton tütün yığılıb. Cari ildə Balakən rayonunun təsərrüfatlarında isə 528 hektar sahədə tütün əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 27 hektar artırılıb. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Balakənli fermerlər bu günədək emal müəssisəsinə 617 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil veriblər. Bundan əlavə, fermerlər indiyədək 25,5 ton quru tütün də istehsal ediblər. Builki mövsümdə rayonda quru tütün istehsalının 250 tona çatdırılması nəzərdə tutulur. Hazırda tütünçülük sahəsində 1400 nəfərdən çox mövsümi işçi çalışır.
Talalar kəndindən olan fermer Nurlan Əhmədov bu il həmkəndliləri ilə birlikdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Əkin sahəsi ötən illə müqayisədə 11 hektar genişləndirilib. İndiyədək sahələrdən 130 ton yaşıl tütün kütləsi yığılıb. İstehsalçılar mövsümün sonunadək sahələrdən daha 200 ton yaşıl tütün toplamağı düşünürlər. Püştətala kəndindən olan fermer Şamsu Bayramova da rayonda iri tütün istehsalçılarından hesab olunur. Fermer bildirib ki, ötən il 7 hektar sahədə “Virciniya” növlü ətirli tütün yetişdirib, 100 tona yaxın yaşıl tütün əldə edib. Dövlətin dəstəyindən ruhlanan fermer builki mövsümdə əkin sahələrini artıraraq 33 hektara çatdırıb. O, bu günədək emal müəssisəsinə 60 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil verib. Mövsümün sonunadək məhsul istehsalının 200 tona çatacağı gözlənilir. Rayonda tütün yığımı davam edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

