Azərbaycanın regionlarında xalçaçılığın yeni inkişaf mərhələsi başlayıb
17.01.2018 [10:13]
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda bildirilir ki, yaxın iki ildə respublikanın bölgələrində xalçaçılıq müəssisələrinin sayı 30-a çatdırılacaq
Məlum olduğu kimi, bu gün yüksək inkişaf göstəricilərinə malik olan Azərbaycan, eyni zamanda, dünyada xalçaçılıq diyarı kimi tanınır. Uzun əsrlər boyu ölkəmizin demək olar ki, bütün bölgələrində insanlar son dərəcə gözəl naxışlı nəfis xalçalar toxuyaraq öz dolanışıqlarını təmin ediblər. Ümumiyyətlə, Azərbaycanda xalçaçılığın şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir. Bu xalçaçılıq məktəblərində toxunan xalçalar dünyanın məşhur muzeylərinin ekspozisiyalarını bəzəyir və özünə böyük tamaşaçı auditoriyası qazanır.
Bu məqamda qeyd edək ki, yeni şəraitdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsinə yönələn siyasət çərçivəsində regionlarda xalçaçılıq sahəsində ənənələrin dirçəldilməsi istiqamətində də mühüm addımlar atılır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2016-cı il mayın 5-də imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb və dövlət başçısının tapşırığını əsas tutan bu qurum regionlarda yeni xalçaçılıq müəssisələrinin açılması istiqamətində zəruri tədbirlər görür.
Respublikanın daha 20 rayonunda xalçaçılıq müəssisələri yaradılacaq
Beləliklə, fəaliyyətə başlamasından az vaxt ötməsinə baxmayaraq, “Azərxalça” respublikanın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarında öz filiallarının yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirib. Artıq ASC-nin ayrı-ayrı regionlar üzrə filialları uğurla fəaliyyət göstərir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun məlumatına əsasən, növbəti iki ildə cəmiyyət respublikanın daha 20 rayonunda filialların yaradılmasını, bununla da onların ümumi sayının 30-a çatdırılmasını və 5 minə yaxın vətəndaşın daimi iş yeri ilə təmin edilməsini nəzərdə tutur.
“Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün ölkəmiz həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensiala malikdir. Bununla bağlı fikirlərini ifadə edən V.Muradov KİV-ə müsahibəsində “Bölgələrdə işlərimiz yalnız filialların yaradılması ilə məhdudlaşmır. Respublika ictimaiyyəti Sumqayıt Sənaye Parkında “Azərxalça” ASC-nin Əyirici-Boyaq Fabrikinin yaradılması haqqında məlumatlıdır. Bu fabrikin beş rayonda regional yun və boyaq bitkiləri tədarükü məntəqələrinin yaradılması istiqamətində də işlər görülür. Boyaq bitkilərinin və yun təsərrüfatlarının xammal ehtiyatları öyrənilir, mütəxəssislər toplanır. Bu fabrik fəaliyyətə başladıqdan sonra Azərbaycan xalçaçılığının xammal problemi həll olunacaq. Biz artıq xaricə təmiz yun, yun iplik, təbii boyaq maddələrinin ixracına da başlaya biləcəyik”, - deyib.
25 ildən sonra Ağdamda yenidən Qarabağ xalçaları toxunur
Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən Qarabağ xalçaları toxunmağa başlayıb. “Azərxalça” ASC-nin Quzanlı qəsəbəsində inşa edilən filialında tikinti işləri başa çatıb. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar, satış salonu və sairdən ibarət olan müəssisə lazımi inventar, dəzgahlar, avadanlıq və xammalla təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Müəssisənin həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.
Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub ki, onlardan da 150-si xalçaçı qadınlar olacaq. Artıq filialda işləyəcək qadınlara xalça toxumağın sirləri öyrədilir.
Ömrünün qırx ilini xalçaçılığa həsr etmiş Əməkdar Mədəniyyət İşçisi Ceyran Əliyeva bu qədim el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara öyrədir. Onun sözlərinə görə, xalçaçılıq nənələrimizin əllərinin hərarətindən, gözlərinin nurundan yaranmış bir sənətdir. Xalqımız min illərdir xalçaçılıq ənənələrini yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində 25 ildir ki, Qarabağda xalçalar toxunmurdu. Xalçaçılıq sənəti Qarabağda itmək üzrə idi. Bu gün “Azərxalça” ASC tərəfindən Ağdamda filialın yaradılması Azərbaycan xalça sənətinə, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə böyük töhfədir.
Məlumat üçün bildirək ki, filialda əsasən məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən olan qadınlar xalçaçılıq peşəsinə yiyələnirlər. Onlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.
“Azərxalça” ASC-nin Quba filialında toxunan ilk xalça satışa hazırdır
Ötən il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılan “Azərxalça” ASC-nin Quba filialının ilk məhsulu satışa hazırdır. Artıq müəssisədə toxunan xalçaların kəsiminə başlanılıb.
Filialın direktoru Nəzakət Novruzova bildirib ki, müəssisə yanvar ayının sonuna kimi 30 kvadratmetrə yaxın xalça təhvil verəcək. Hazır olan nümunələr Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunan xalçalardır. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunur. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.
Nəzakət Novruzova qeyd edib ki, hazırda müəssisədə 100-ə yaxın işçi çalışsa da, iş üçün müraciət edən toxucuların sayı kifayət qədərdir. “Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirdi ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Prezidentimizin dediyi bu faktlar bizi sevindirir və işimizə məsuliyyətlə yanaşmağa sövq edir. Çalışırıq işçilərin sayını daha da artıraq”, - deyə filial müdiri vurğulayıb.
Filialdakı xalçaçılar Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Bu barədə danışan Nəzakət Novruzova bildirib ki, onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər: “Tədris-hazırlıq kursu bu gün də fəaliyyətini davam etdirir. Bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alırlar. Yeni işçilərin cəlb olunması daha çox xalçanın toxunmasına imkan yaradacaq. Planlarımız çoxdur. İşə çox həvəslə başlamışıq. Quba zonası ənənəvi xalçaçılıq zonasıdır. Burada xalçaçılığa maraq çox yüksəkdir”.
“Azərxalça” ASC-nin Quba filialında yanvarın 20-dək xalça kəsiminin ilk mərhələsi başa çatacaq. Hazır xalçalar “Azərxalça” ASC-yə təhvil veriləcək. Həmin xalçalar xarici ölkələrdə keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq. Bununla yanaşı, filialın xalça-satış salonunda da “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 160 nəfərdən çox işçinin çalışması nəzərdə tutulub. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
İsmayıllıda yaradılan xalça fabrikində 170-dək xalçaçı çalışacaq
Yeni xalça fabriklərindən biri də İsmayıllıda yaradılıb. “Azərxalça” ASC-nin İsmayıllı filialında inşaat işləri artıq başa çatıb. Fabrikdə toxuculuq, sərgi-satış zalları, qonaq otağı, yemək zalı, anbarlar və xidmət otaqları var. Zal və otaqlar lazımi avadanlıqlarla təchiz edilib.
Xalça fabrikində 170 nəfər işləyəcək ki, onlar da əsasən qadınlar olacaq. Təşkil edilən iki aylıq kurslarda burada çalışacaq gənc xalçaçı qızlar da hazırlanıb. Təcrübəli xalçaçı Ruhiyyə Süleymanova müxbirimizlə söhbətində deyib: “Prezidentimizin diqqət və qayğısı, həyata keçirilən Dövlət proqramları rayonlarda nəinki kənd təsərrüfatının, sənayenin də inkişafına güclü təkan verir. Rayonumuzda tikilən xalça fabriki bunun bariz nümunəsidir. Burada qadınlarımız, gənc qızlarımız işləyəcək, həm də qədim sənətimiz yaşadılacaq. Fabrikdə “Gülüstan”, “Qollu çiçək”, “Şirvan”, “Tirmə”, “Xiləfşan”, “Zeyvə”, “Qarabağ nəlbəkigülü” kimi incə və zərif naxışlı xalçalar toxunacaq”.
Azərbaycan xalçaları “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılır
Bir sözlə, Azərbaycanda xalçaçılıq ənənəsinin yaşadılması, xüsusilə bu sahəyə dövlət dəstəyinin göstərilməsi sevindirici haldır. Uzun illərdir ki, nənələrimiz tərəfindən toxunan qədim xalçalarımız bundan sonra kütləvi şəkildə istehsal olunacaq. Azərbaycan xalçalarına dünya bazarlarında olan böyük marağı nəzərə alsaq, əminliklə söyləmək olar ki, xalça fabriklərinin məhsulları ölkəmizin həm ixrac potensialı, həm də Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradacaq.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri V.Muradovun sözlərinə görə, “Azərxalça” ilk məhsullarını “Made in Azerbaijan” brendi altında Almaniyanın Hannover şəhərində ənənəvi DOMOTEX beynəlxalq sərgisində, həmçinin Nyu-Yorkda növbəti beynəlxalq xalça sərgisində təqdim edib. “Bu tədbirlər zamanı əl ilə toxunmuş Azərbaycan xalçalarına dünya bazarlarında böyük tələbatın olduğunu müşahidə etdik. Bu isə “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu təsdiqləyir”, - deyə V.Muradov vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

