Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Cari ilin birinci rübü şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub

Cari ilin birinci rübü şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub

20.04.2018 [10:24]

Hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb, müsbət makroiqtisadi göstəricilər əldə edilib
Müstəqil Azərbaycan Respublikası sabitliyin təmin olunduğu və unikal inkişaf modelinə malik dövlət kimi dünyada böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, ölkə vətəndaşlarının effektiv sosial müdafiəsinin həyata keçirilməsini də şərtləndirib. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Respublikada davamlı şəkildə islahatlar aparılır və bu islahatlar neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasına istiqamətlənib. Əlbəttə, Azərbaycanın yüksək inkişaf dinamikası əldə etməsində uğurla reallaşdırılan regional inkişaf proqramlarının da mühüm rolu var. 2004-cü ildən həytata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları regionların həyatında əzəmətli nailiyyətlər əldə olunmasını təmin edib. Dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin infrastruktur təminatının güclənməsi və iqtisadi aktivliyin artması bütövlükdə regionlarda həyat standartlarının yüksəlməsinə də töhfə verib. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, cari ilin birinci rübü də şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub.
Gəncə şəhərində ümumi məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz çox olub
Şübhəsiz, görülən işlər regionlarda müxtəlif sahələrdə qazanılan nailiyyətləri əks etdirən statistik göstəricilərdə də aydın ifadə olunur. Bunu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələrdə səsləndirilən fikirlər də təsdiq edir. Məsələn, Gəncə şəhərində bu məqsədlə keçirilən konfransda vurğulanıb ki, şəhərdə 2018-ci ilin birinci rübü ərzində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb, müsbət makroiqtisadi göstəricilər əldə edilib. Birinci rübdə şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz çox olmaqla, 236 milyon manat təşkil edib. Şəhər əhalisinin bir nəfərinə düşən ümumi məhsulun həcmi 709 manata bərabər olub ki, bu da ötən ilin birinci rübünə nisbətən 28,5 faiz çoxdur. Şəhər üzrə istehsal olunan məhsulun 71,9 faizi qeyri-dövlət bölməsinin payına düşüb. Qeyd olunub ki, yanvar-mart aylarında ümumi məhsulun 47,6 faizi sənayedə, 33 faizi ticarətdə və nəqliyyat vasitələrinin təmirində, 12,3 faizi tikintidə, digər hissəsi isə nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya sahələrində qeydə alınıb. Ümumi məhsulun 59,9 faizi iqtisadiyyatın istehsal, 40,1 faizi isə xidmət sahəsində əldə olunub. Ümumi məhsul buraxılışının xüsusi çəkisi iqtisadiyyatın dövlət bölməsində 28,1 faiz, qeyri-dövlət bölməsində isə 71,9 faiz təşkil edib.
Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Məhz sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin 3 ayı ərzində 112 milyon 283 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çox sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şəraitin nəticəsidir ki, bu gün özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 70,6 faizini təşkil edib. Ümumi istehsalın 92,9 faizi sənaye mallarının istehsalı, 7,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Ötən dövrdə Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi isə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac olunub.
Beyləqan rayonunda tikinti-abadlıq işləri davam etdirilib
Cari ilin birinci rübü Beyləqan rayonu üçün də kifayət qədər uğurlu olub. Belə ki, hesabat dövründə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 52,8 milyon manat olub ki, bu da rayonda görülən işlərin uğurlu nəticələr verdiyini təsdiqləyir. Bu dövrdə əsas kapitala 13,2 milyon manat investisiya yönəldilib, 13 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. Üç ay ərzində 418-i daimi olmaqla, 693 yeni iş yeri yaradılıb.
Birinci rübdə rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, İkinci Dünya müharibəsi zamanı 1941-1945-ci illərdə həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılıb. Hesabat dövründə 222 hektar şəkər çuğunduru, 377 hektar kartof, 995 hektar tərəvəz, 97 hektar bostan bitkiləri əkilib. 9560 hektarda pambıq əkilməsi üçün fermer və torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb. Birinci rübdə rayonda iribuynuzlu heyvanların baş sayı 162 baş artaraq 58 min 802 başa, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301 min 832 başa çatıb, 2484 ton ət, 11 min 63 ton süd istehsal olunub.
Göyçayda 4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunub
Bu ilin birinci rübündə Göyçay rayonunda isə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz və ya 849,5 min manat artaraq 53 milyon manat olub. Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Hesabat dövründə aqrar sahədə müəyyən uğurlar əldə olunub. 1461,5 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 53,5 hektar və ya 3,8 faiz çoxdur. Faraş tərəvəz istehsalının artırılması məqsədilə birinci rübdə ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılıb və artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Şəhadət, Hacalıkənd, Şəkər, Mallışıxlı, Qarabaqqal, Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm və Qarayazı kəndlərində ümumilikdə 84,5 kilometr məsafədə lildən təmizləmə işləri aparılıb, 15 hidrotexniki qurğu təmir edilib. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən rayonun Kürdşaban, Mallışıxlı və Çərəkə kəndləri ərazisində təsərrüfatlararası və təsərrüfatdaxili kollektorlarda 8,2 kilometr məsafədə lildən təmizləmə işləri görülüb.
Həmçinin 2018-ci ilin birinci rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 3,6 milyon manat vəsait yönəldilib, tikinti təşkilatları tərəfindən 2,4 milyon manatlıq inşaat işləri görülüb. Bu da ötən dövrlə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi təmin olunub, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq, 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 24 fevral tarixli Sərəncamına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular, o cümlədən 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilib, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Hesabat dövründə rayonun Çaxırlı kəndinə yeni təbii qaz xəttinin çəkilişi başa çatdırılıb və əhaliyə təbii qaz verilişi bərpa edilib. Bununla da rayonda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb. Hazırda Ləkçiplaq və Çərəkə kəndlərində təbii qaz xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
Rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində də müəyyən işlər görülüb. Hazırda Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi davam etdirilir. Həmçinin Göyçay şəhərinin ərazisində küçələrin və yaşayış binalarının həyətlərinə asfalt örtüklərin vurulması işlərinə başlanılıb. Rayonda yeni avtovağzal binasının tikintisi başa çatmaq üzrədir. Göyçayda hər cür şəraiti olan “Təzə bazar”ın açılması rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Ümumi sahəsi 9 min kvadratmetr və 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satan şəxslər üçün normal şərait yaradılıb. Rayonda emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə “AzNar” QSC-nin şərab sexi üçün yeni avadanlıqlar alınıb.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30