Regionlarda fəal məşğul əhalinin əmək bazarına inteqrasiyası genişlənir
29.12.2018 [09:30]
2018-ci ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib
Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkə üzrə iqtisadi fəallığı artırmaqdan və bu əsasda yerli sakinlərin məşğulluğunu təmin etməkdən ibarətdir. Bu kontekstdə qarşıya qoyulan hədəfə çatmaq üçün reallaşdırılan tədbirlərin nəticələri sevindiricidir. Son 15 ildə ölkə üzrə təxminən 2 milyona yaxın yeni iş yerləri yaradılıb ki, onların da böyük qismi daimi olmaqla bölgələrin payına düşür. Regionlarda yaradılan yeni istehsalatlar, aqrar sektorda pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük olan sahələrin inkişafının diqqət mərkəzində saxlanılması insanların məşğulluğuna, həmçinin onların gəlir imkanlarının artmasına öz müsbət təsirini göstərib.
Eyni zamanda, respublikamızda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fəal məşğulluq tədbirləri həyata keçirilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, 2018-ci ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Perspektivdə yeni bir istiqamət kimi “İşçinin dostu” proqramına başlanılacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda 2018-ci ilin əvvəlindən bəri 4398 yeni iş yeri açılıb
Ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da iqtisadiyyatının inkişafı, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bölgədə əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni iş yerləri, müəssisələr yaradılır.
Ağdam rayon statistika idarəsindən bildiriblər ki, 2018-ci ilin doqquz ayında rayonda 4398 yeni iş yeri açılıb. Onun da 335-i daimi, 4063-ü mövsümidir. Hazırda Ağdam rayonunda əmək ehtiyatlarının sayı 128,8 min nəfərdir ki, bunun da 125,6 mini əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalidən, 2,6 mini iqtisadiyyatla məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı əhalidən, 0,6 mini iqtisadiyyatla məşğul olan yeniyetmələrdən ibarətdir. Əmək ehtiyatlarının 99,6 min nəfərini və ya 77,3 faizini iqtisadi fəal əhali təşkil edir. İqtisadi fəal əhalinin 94,3 mini iqtisadi-sosial sferada məşğul olanlardır. Rayon üzrə məşğul əhalinin 47,6 mini kənd təsərrüfatı, 1,8 mini emal sənayesi, 0,2 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bolüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, 8 mini tikinti, 15,3 mini ticarət, nəqliyyat vasitələrinin təmiri, 1,6 mini nəqliyyat və anbar təsərrüfatı, 0,9 mini turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,1 mini informasiya və rabitə, 0,1 mini maliyyə və sığorta, 0,2 mini daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,3 mini peşə, elm və texniki fəaliyyətlə, 0,1 mini inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,8 mini dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,5 mini təhsil, 2,4 mini əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,5 mini istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,5 min nəfəri isə digər sahələrdə xidmətlərin göstərilməsi ilə məşğul olur.
Naxçıvanda fəaliyyət göstərən “Zümrüd Geyim” MMC-də daha 45 yerli sakinin məşğulluğu təmin olunub
Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni binası istifadəyə verilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni istifadəyə verilmiş binada köynək istehsalı sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və ayrı-ayrı iş otaqları var. İstehsal sahəsi təhlükəsizlik kameraları, havalandırma qurğuları, yanğından mühafizə və xüsusi işıqlandırma sistemləri ilə təchiz edilib.
Burada Yaponiya, Avstraliya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisədə gündə 1000 ədəd köynək, kişi və uşaq alt geyimləri istehsal etmək mümkündür. Burada 13 çeşiddə məhsul istehsal olunacaq və daxili bazarın tələbatını ödəyəcək.
İstehsal sahəsində 45 yeni iş yeri açılıb. İşçilər xüsusi geyimlə təmin olunublar. “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova bildirib ki, daxili bazarın yerli istehsal məhsulları ilə təmin olunması üçün dövlət dəstəyi sayəsində sahibkarlıq subyektlərinin, özəl müəssisələrin yaradılmasının mühüm əhəmiyyəti var. Bu müəssisələrdən biri olan “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxili tələbatın ödənilməsində iştirak edir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 800 min manat vəsait sərf olunub. Bunun 485 min manatı muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondundan ayrılmış kredit vəsaiti, 315 min manatı isə daxili imkanlar hesabına ödənilib.
Samuxda özünüməşğulluq proqramı çərçivəsində ailələrə aktivlərin verilməsinə başlanılıb
Respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanan özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisinin bildirdiyinə görə, özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb. Eyni zamanda, yeni ailələrin proqrama cəlb olunması prosesi davam etdirilir. 2018-ci ilin noyabr ayında Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim olunub.
Aztəminatlı ailələrin fərdi təsərrüfatlarını, şəxsi bizneslərini qurmaqla özünüməşğulluğuna və gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edən özünüməşğulluq proqramının Samux rayonunda da icrasına start verilib. Rayon Məşğulluq Mərkəzinin direktoru Ağalar Cəfərov bildirib ki, özünüməşğulluq proqramında biznes layihələri keçərli olan 50 aztəminatlı ailəyə aktivlərin verilməsinə başlanilib. İndiyədək 32 ailədən 6-na südlük, 11-nə isə ətlik istiqamətli iribuynuzlu heyvan, 4 ailəyə 21 baş qoyun, 1 nəfərə isə xidmət sahəsi üçün avadanlıq verilib.
Regionlarda peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği diqqət mərkəzində saxlanılır
Son illərdə respublikanın bölgələrində peşəyönümü işinin təşkilinə və peşə təhsilinin təbliğinə də xüsusi diqqət göstərilir və bəhs olunan istiqamətdə müxtəlif tədbirlər reallaşdırılır. Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və Qax Peşə Liseyində “Kənd təsərrüfatı və turizm müəssisələri ilə duala-bənzər peşə təhsili və təlimi üzrə əməkdaşlıq mexanizmi” mövzusunda “Dəyirmi masa”lar keçirilib. Bəhs olunan “Dəyirmi masa”lar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər Peşə Təhsili və Təliminin yaradılması” (EDVET) pilot layihəsi çərçivəsində təşkil edilib. Görüşlərdə adıçəkilən təhsil mərkəzlərinin rəhbər heyəti və istehsalat təlim ustaları, regionun turizm və kənd təsərrüfatı müəssisələrinin nümayəndələri, layihənin əməkdaşları və ekspertlər iştirak ediblər.
“Dəyirmi masa”larda turizm və kənd təsərrüfatı sahələri (“bitkiçilik mütəxəssisi”, “heyvandarlıq mütəxəssisi”, “aqroservis mütəxəssisi”, “turizm təşkilatçısı”, “mehmanxana inzibatçısı” və “turizmdə iaşə xidmətləri üzrə mütəxəssis” ixtisasları) üzrə modulların nəzəri və praktiki hissələri, işəgötürənlərin imtahan komissiyalarında aktiv iştirakına dair müzakirələr aparılıb, duala-bənzər istehsalat təcrübəsinin məzmun və şərtləri, təqvim modeli müəyənləşdirilib.
Eyni zamanda, İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsilalanlarının “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təliminin yaradılması” pilot layihəsi çərçivəsində Qəbələ Konserv Zavoduna info-turu təşkil edilib. İnfo-tur zamanı tələbələr avtomatlaşdırılmış meyvə şirəsi istehsalı laboratoriyası ilə tanış olublar. Onlar meyvələrin sıxılması, konsentratlaşdırılması, həmçinin filtrasiya, şüşə və qablaşdırılma, gigiyena qaydaları barədə məlumatlandırılıblar. Tələbələr həmçinin limonad və soyuq çay istehsalı, kartof emalı müəssisələrində istehsal prosesini izləyiblər.
Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzi yaradılır
Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasının hüquqi-normativ sənədlərinin inkişaf etdirilməsi, Kompetensiya Mərkəzində təchizat, alət və maşınların quraşdırılması, əmək bazarını araşdıraraq 3 yeni təhsil proqramı (kurikulumlar) və tədris vəsaitlərinin hazırlanması, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizminin pilot olaraq icra edilməsidir.
Layihə çərçivəsində cari ildə 3 kurikulum (“Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis” və “Dağ-mədən işləri üzrə mütəxəssis”) və 16 modul dərslik hazırlanıb. Sənaye istiqaməti üzrə əlavə 3 ixtisasa dair kurikulum və dərsliklərin hazırlanması da nəzərdə tutulur. Bununla yanaşı, Gəncədə kurikulum və modulların hazırlanması üzrə təlimlər keçirilib. Layihənin icrası istiqamətində “İnformal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Qaydalar”ın layihəsi hazırlanıb və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

