/ / Bayram günlərində regionlarda istirahət edən əcnəbi və yerli turistlərin sayında artım müşahidə olunub
Bayram günlərində regionlarda istirahət edən əcnəbi və yerli turistlərin sayında artım müşahidə olunub
09.01.2020 [09:28]
Yeni il bayramı günlərində Şəki Xan Sarayını hər gün 3 minədək turist ziyarət edib, “Şahdağ” Turizm Mərkəzində 17 mindən çox qonaq qış turizm bazasından yararlanıb
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda qeyri-neft sektorunun daha çox gəlir gətirən əsas sahələrindən olan turizm bütün dünyada iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri hesab edilir. Ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsində turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən irimiqyaslı işlər böyük rol oynayıb.
Qeyd etmək gərəkdir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın turizm sahəsinin inkişafına davamlı diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Bu baxımdan, Dövlət Turizm Agentliyinin (DTA) turizm sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir. Son illərdə Dövlət Turizm Agentliyi tərəfindən turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyərlərimizi qorumaq və tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək yönündə kompleks işlər aparılıb.
Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın 2019-cu ildə Beynəlxalq səyahət və turizm rəqabətqabiliyyətliliyi reytinqində (The Travel and Tourism Competitiveness Report 2019) 140 ölkə arasında tutduğu yer açıqlanıb. Ölkəmiz turizm sektorunun bir çox tanınmış liderini qabaqlayaraq 71-ci yerdə qərarlaşıb.
Bütün bunlar, həmçinin regionların sosial-iqtisadi inkişafı fonunda görülən işlər nəticəsində ölkəmizə gələn əcnəbi turistlərin sayı artır. Vurğulanmalıdır ki, 2019-cu ilin sonunda - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində regionlarımıza gələn əcnəbi və yerli turistlərin sayında da artım baş verib. Məsələn, Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Hər il olduğu kimi, bu il də bayram tətili günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Ötən ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən sonra yerli və xarici turistlərin bu qədim diyara marağı daha da artıb. Yeni il bayramı günlərində Şəki Xan Sarayını hər gün 3 minədək turist ziyarət edib. Onların bir qismi bilet alıb bələdçi ilə birlikdə Xan Sarayı ilə yaxından tanış olub. Digərləri isə qoruğun ərazisini gəzib, sarayın həyətində xatirə şəkilləri çəkdirib, yaxınlıqdakı “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə baş çəkiblər. Ümumiyyətlə, bayram günlərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gün ərzində 4-6 minədək turist gəlib. Yeni il bayramı günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylər, sənətkarlıq emalatxanaları, həmçinin Xan Sarayının qapıları səhərdən axşamadək qonaqların üzünə açıq olub. Bayram günlərində xarici turistlər arasında Rusiyadan, Avropa ölkələri olan İspaniya, Fransa, Almaniya və İngiltərədən, ərəb ölkələrindən gələnlər üstünlük təşkil ediblər. Məsələn, Xavyer Sançes Arjona Şəkiyə ailəsi ilə birlikdə İspaniyadan gəlib. İxtisasca hüquqşünas olan qonaq hazırda Madrid şəhərində yaşayır. Azərbaycana ilk dəfə gəldiklərini bildirən ispan turist ölkəmizlə bağlı təəssüratlarını bölüşüb: “Azərbaycana səfərimizin ilk dörd gününü paytaxt Bakıda keçirdik. Bakının gözəlliyi, qədim binaları, memarlıq abidələri və müasir üslubda olan arxitekturası bizi valeh etdi. Paytaxtla tanışlığımızdan böyük zövq aldıq. Hiss olunur ki, Bakıda çox böyük quruculuq işləri aparılır”.
Qonaq bildirib ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra qısa müddətdə, yəni 28 ildə çox böyük nailiyyətlər qazanıb. Az ölkə tapılar ki, belə qısa müddətdə bu qədər irəliləyişlər əldə etsin. 25-30 il keçəndən sonra Azərbaycan tamamilə fərqli bir ölkə olacaq, dünyanın ən inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanacaq. Yeni ilin gəlişini Gəncədə qeyd etdiklərini bildirən ispan turist deyib: “Azərbaycanda Yeni ilin bu səviyyədə qeyd olunduğunu bilmirdik. Bakı şəhəri bütünlüklə bayramsayağı bəzədilmişdi, şəhərin hər yerində bayram əhval-ruhiyyəsi hökm sürürdü, insanların üzündə sevinc hissi var idi”.
Xavyer Sançes bildirib ki, Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında, səfər edəcəkləri regionlar barədə müəyyən məlumatlar əldə ediblər. Azərbaycanın qədim diyarı Şəkiyə səfərlərindən də məmnun qaldıqlarını vurğulayan ispan qonaq deyib: “Şəhərin qədimliyi, daş döşənən küçələri, məhəllələri, tarixi abidələri, təbiəti, şəhəri əhatələyən uca dağlar, bir sözlə, gördüyümüz hər bir şey çox xoşumuza gəldi. Bura gələndən sonra öyrəndik ki, şəhərin qədim hissəsi, həmçinin yenicə tanış olduğumuz Xan Sarayı ötən il UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, bizi çox sevindirdi. Saray Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir”.
Bakı şəhər sakini Namiq Mahmudov da bayram tətilini ailəsi ilə birlikdə şimal-qərb bölgəsində keçirir. Azərbaycanın bölgələrinə səfər etməyi çox xoşladığını bildirən paytaxt sakini deyib: “Hər il bayram günlərində ailəmlə birlikdə respublikamızın müxtəlif bölgələrinə səyahətə çıxıram. Bu dəfə bayram tətilini Şəkidə keçirməyi qərara aldıq. Hər dəfə Şəkiyə gələndə mütləq Xan Sarayını ziyarət edirəm. Bu sarayı ilk dəfə məktəb illərində görmüşəm. Buraya nəvələrimlə gəlmişəm. Qoy onlar da Azərbaycanın tarixi abidələrini, görməli yerlərini yaxından tanısınlar”.
Bayram ərəfəsində Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) təşəbbüsü və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə ilk dəfə “Yeni il bazarı” da təşkil olunub. Şəhərin mərkəzindəki parkın qarşısında təşkil edilən yarmarkada quraşdırılmış Yeni il çadırlarında yerli sakinlərin əl işləri, dulusçuluq məmulatları, “ABAD”çıların hazırladıqları suvenirlər sərgilənib və satışı həyata keçirilib. Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru Səbinə Yadullayeva bildirib ki, yarmarkanın xidmətlərindən hər gün yerli sakinlərlə yanaşı, şəhərin qonaqları, o cümlədən əcnəbi turistlər də yararlanıblar. Yarmarkada yerli və xarici ziyarətçilər üçün Şəki DMT-nin informasiya məntəqəsi də fəaliyyət göstərib. Burada regionun hotelləri, turlar və digər xidmətlər haqqında məlumat almaq mümkün olub. “Yeni il bazarı” 2020-ci il yanvarın 5-dək davam edib.
Qeyd edək ki, Şəki rayonunun Kiş kəndindəki qədim alban məbədi də ilin bütün fəsillərində rayona gələn yerli və xarici turistlərin, həmçinin qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. Vurğulayaq ki, 2019-cu ildə Kiş məbədini 28 min 334 turist ziyarət edib. Turistlərin sayı əvvəlki illə müqayisədə 1100 nəfərdən çox artıb. İl ərzində Kiş məbədinə dünyanın 76 ölkəsindən turist gəlib. Bu barədə məlumat verən Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova deyib ki, ötən il məbədi ziyarət edənlərin 17 min 102 nəfəri xarici turistlər olub. Məbədi ziyarət edən əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 2 min 868 nəfər artıb. Bundan əlavə, ötən il məbədə gələnlərin 7 min 266 nəfərini yerli turistlər, 631 nəfərini rəsmi qonaqlar, 3 min 335 nəfərini isə məktəbli və tələbələr təşkil edib.
İlhamə Hüseynova bildirib ki, 2019-cu ildə Kiş alban məbədini ziyarət edən xarici turistlər arasında İsraildən gələnlər çoxluq təşkil edib - 3 min nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Rusiyadan 1880, Almaniyadan 1863, Cənubi Koreyadan 1650 nəfər ziyarət edib. İtaliya, ABŞ, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrdən də xeyli sayda turist gəlib.
Xatırladaq ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə reallaşdırılıb. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü qoyulub.
Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Naxçıvan Muxtar Respublikasında turizmin ən gözəl ünvanlarından biri olan Şahbuz rayonunun Ağbulaq kəndində də yerli sakinlərin və turistlərin istirahətinin mənalı təşkili məqsədilə bayram tədbiri təşkil edilib. Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının, uşaq musiqi məktəblərinin bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Milli birliyimizə, həmrəyliyimizə, sarsılmaz dövlətçiliyimizə, müstəqilliyimizə, yurdumuza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib və rəqslər ifa olunub. Şaxta baba və Qar qız balacalara hədiyyələr paylayıblar. Tədbirdə ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. İsti təndir lavaşı, çöçə və şirniyyatlar, sacda bişirilmiş kətələr və kəndin bir çox təbii nemətləri qonaqlara təqdim olunub. Tədbirdə qədim dövlətçilik tariximizi özündə əks etdirən antik əşyaların sərgisi də təşkil edilib. Bayram şənliyində iştirak edən yerli əhali və turistlər ictimai-iaşə xidmətinin təşkilindən və Ağbulaqda yaradılan şəraitdən razılıqlarını bildiriblər.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

