Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

24.06.2026 [22:34]

Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin dizaynı təqdim edilib.

AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, yeni dizaynla qüllədə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks olunub. Təqdimat mərasimində Dubay polisi tərəfindən xüsusi nümayiş də keçirilib.

Bildirilib ki, 89 metr hündürlüyündə olan yeni qüllə hava limanının gündəlik fəaliyyətində mühüm rol oynayır. Qüllədə fəaliyyət göstərən idarəetmə mərkəzi təyyarələrin gəlişi, yola düşməsi və hərəkətinin təhlükəsizliyini təmin edir.

Qeyd olunub ki, 1960-cı ildə fəaliyyətə başlayan Dubay Beynəlxalq Hava Limanı hazırda dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilir.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30