Ölkədaxili turizmin inkişaf etdirilməsi yönündə mühüm tədbirlər görülür
14.03.2020 [10:20]
Ölkəmizin turizm potensialı haqqında onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək
(əvvəli ötən sayımızda)
ATB-nin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov isə ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib ki, ATB hazırkı vəziyyəti nəzərə alaraq strategiyasında müəyyən dəyişikliklər edib: “Bu dəyişikliklər yalnız cari ilin birinci yarımilliyində olan fəaliyyətlər üçün nəzərdə tutulub. Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşviq olunması üçün təkliflər etmişik. Mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik”.
B.Əsgərov qeyd edib ki, müxtəlif layihələrdə rəqəmsallaşmaya keçilib: “Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Bir daha yenidən düşünək, vəziyyətə fokuslanaq və təklif etdiyimiz məhsulları daha da yaxşılaşdıraq”.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə mövcud vəziyyətə toxunaraq deyib ki, yaranmış durum indiki dövrdə daxili turizmin inkişafına müsbət təsir edə bilər. Bununla yanaşı, Kənan Quluzadə deyib ki, mövcud vəziyyətin turizmə təsirinin qarşısını almaq üçün DTA-nın ssenariləri var və əsasən marketinq siyasətində dəyişikliklər edir: “Dünya üzrə səyahətlərin azalması prosesi gedir, bu proseslərin turizm bazarına təsiri olacaq. Amma bu təsirin hansı həcmdə olacağını demək çətindir. Bütün bunları nəzərə almışıq və alternativ ssenarilərimiz var. Artıq səylərimizi digər bazarlara yönəldəcəyik”.
Ölkəmizin turizm potensialının tanıdılması məqsədilə turagentlərin Azərbaycana infoturu təşkil olunub
Bu arada ATB-nin təşkilatçılığı ilə Rusiyanın “Profi+travel” portalında təşkil olunmuş təlim layihəsində qalib gələn turagentlərin Azərbaycana infoturu təşkil olunub. DTA-dan bildirilib ki, Azərbaycanla tanışlıq səfərində layihə müddətində ölkəmizə turlarının aktiv satışını həyata keçirən 10 ən aktiv turagent statusunu qazananlar iştirak ediblər.
Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər, eləcə də qış turizmi imkanları barədə məlumatlandırılması məqsədilə Bakı, Qobustan, Quba və Qusara səfərlər təşkil edilib.
Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Tolyatti, Saratov, Samara və Yaroslavl şəhərlərini təmsil edən turoperatorlarla 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında görüşlər zamanı əməkdaşlıq imkanları qiymətləndirilib.
Qeyd edək ki, “Profi+travel” portalında 6 ay davam edən onlayn təlim layihəsinin sonunda rusdilli ölkələri təmsil edən turagentlər Azərbaycanın turizm potensialı, hotellər və turizm marşrutları haqda yerləşdirilən materialları mənimsəyiblər.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya Turoperatorlar Assosiasiyasının (RTA) ekspertlərinin fikrincə, Cənubi Qafqaz ölkələri turoperatorların müştəriləri arasında getdikcə daha çox populyar olur. “Delfin” şirkətinin baş direktoru Sergey Romaşkinin sözlərinə görə, bu gün Rusiya turoperatorları arasında Azərbaycanın mövqeyi Ermənistanla müqayisədə qat-qat güclüdür. “Muzenidis Travel” şirkətinin nümayəndəsi Aleksandr Tsandekidi deyib: “Ermənistan Rusiya bazarında hələlik savadlı və ən başlıcası fəal irəliləyə bilmir, Azərbaycan isə bunu bacarır”. A.Tsandekidi daha sonra vurğulayıb: “Azərbaycan turizm axınının sanballı artımını nümayiş etdirir, bu ölkədə artım dinamikası Ermənistanla müqayisədə daha yüksəkdir”. Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya turizm bazarında çox fəal təbliğ olunur. Ölkənin bu sahədə büdcəsi hələlik çox böyük olmasa da, məsələyə yanaşma düzgündür.
RTA-nın saytında yerləşdirilmiş materialda qeyd edilir ki, 2018-ci ildə Azərbaycanda Dövlət Turizm Agentliyi yaradılıb. Gidlər Assosiasiyasında sertifikatlaşdırma sistemi tətbiq edilir. Cari ilin may ayında isə Azərbaycanda otellərin milli təsnifat sisteminin işə salınması nəzərdə tutulur. Bu sistem müvafiq xidmətləri dünya səviyyəsinə çatdırmağa imkan verəcək. Ölkədə müxtəlif turizm məhsulları fəal inkişaf etdirilir. Məsələn dağlarda piyada marşrutlar təşkil olunur, ölkədə çoxlu genişmiqyaslı tədbirlər, o cümlədən dünya səviyyəli “JARA” musiqi festivalı keçirilir. Bu il Azərbaycanda Avro-2020 matçları və F-1 Azərbaycan Qran-Prisi keçiriləcək.
Aleksandr Tsandekidi deyib: “Bütün bunlar onu göstərir ki, ölkədə turizmin inkişafına çox ciddi yanaşırlar. Əlbəttə, biz bu bazarda fəal iş aparırıq. Ötən ildən Azərbaycanda bizim turistləri qəbul edən ofisimiz fəaliyyət göstərir. Cari ilin yanvar ayında Bakıda iki “Bomo Hotel” açılıb. Ola bilsin ki, bu otellər Azərbaycanda “Mouzenidis Group” mehmanxanalar şəbəkəsinin sonuncu otelləri olmayacaq. Biz ilk dəfə olaraq, Azərbaycanın çimərlik otellərinə qabaqcadan bronlama aksiyası keçirmişik”.
TUİ şirkətində də Azərbaycana böyük ümid bəsləyir, tələbatın artacağını gözləyirlər. Turoperatorun mətbuat xidmətində bildiriblər: “Biz bu istiqaməti təbliğ edəcək, o cümlədən seminarlar və vebinarlar keçirəcəyik. Azərbaycana turlar satışını dinamik paketlərin bronlanması sisteminə daxil edəcək, otellərin siyahısını genişləndirəcəyik”.
“ANEX Tour” şirkətində də Azərbaycana turlar satışının artacağını gözləyirlər. Şirkətin mətbuat xidmətindən deyiblər: “Ötən ilin yekunlarına görə, bu istiqamətdə 35 faiz artım olub. Bronlama yaxşı gedir. Belə güman etmək üçün tam əsas var ki, bu il də artım olacaq”.
Şirkətdən qeyd ediblər ki, Azərbaycana Rusiyadan gələn turistlərin sayını hər il artırmaq üçün bütün zəruri şərait var. Ölkənin şərq koloriti, ləzzətli mətbəxi, memarlığı, qonaqpərvərliyi, yay fəslində dənizdə istirahət etmək imkanı səyahətçiləri cəlb edir. Ölkədə müalicəvi turizm də inkişaf edib, turistlər neftlə müalicə kimi nadir imkandan bəhrələnə bilərlər. Azərbaycanda mövcud olan dil mühiti də böyük üstünlükdür, çünki əhalinin çox hissəsi rus dilində danışa bilir.
“ANEX Tour” şirkətinin təmsilçisi deyib: “Bizim təkliflər çeşidində təkcə otellərdə yaşamaq paketləri deyil, tamdəyərli ekskursiya turları da var və belə turlara tələbat az deyil”.
Ekspertlərin sözlərinə görə, ümumiyyətlə bu il tur satışlarının xeyli artacağı gözlənilir. Məsələn, Sergey Romaşkin əmindir: “Yaz mövsümü üçün Azərbaycana bronlama göstəriciləri keçən ilin müvafiq göstəricilərindən yüksəkdir. Hələlik bu artım 10 faizdir. Lakin tezlikdə satışın daha da fəallaşacağı gözlənilir”.
Azərbaycan turizm baxımından böyük potensiala malikdir
Qazaxıstanın “Qazax Turizm” Milli Şirkətinin sədr müavini Kayrat Sadvakasov bildirib ki, ölkəsində Azərbaycana böyük maraq var: “Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Qazaxıstan turizm sahəsində Azərbaycan təcrübəsindən istifadə etmək istəyir”.
K.Sadvakasovun sözlərinə görə, son illər iki ölkə arasında sürətlə inkişaf edən və strateji xarakter alan münasibətlər turizm sahəsinin inkişafına da təsirsiz ötüşməyib. Statistik məlumatlara görə təkcə ötən iki il ərzində Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 50 faizədək artım qeydə alınıb. Qazaxıstanda ölkəmizi daha çox əlverişli coğrafi mövqeyinə, hər mövsümə uyğun turizm imkanlarına, dəniz və çimərlik turizminə, tarixi məkanlarına, milli mətbəx və ev sahibliyi etdiyi Avroviziya, Avropa Oyunları, Formula-1 kimi kütləvi yarışlarla xatırlayırlar. Elə bu üstünlüklər Azərbaycana marağın artmasının əsas səbəbləri kimi göstərilir.
K.Sadvakasov Qazaxıstan turistlərinin maraq dairəsini də açıqlayıb: “Bizim vətəndaşları daha çox çimərlik, qastronom turizmi maraqlandırır. Bu səbəbdən də daha çox buna uyğun özlərinə istirahət axtarırlar. Amma tədricən tendensiya dəyişir və indi macəra turizmi önə çıxmağa başlayıb. Qazaxıstandan hər il 11 milyondan artıq insan səyahət edir. Onlardan çoxu biznes səyahətidir. Yaxşı ki, indi Azərbaycan Hava Yolları bizim ən böyük şəhərimiz olan Almataya uçuşlar təşkil edir və bu gələcək inkişaf üçün stimuldur”.
Ekspertin qənaətinə görə, informasiya çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, qarşılıqlı şəkildə məlumatlandırma tədbirləri görmək lazımdır: “Hesab edirəm ki, biz öz turoperatorlarımızı Azərbaycana göndərməli, sizin turopeatorlar isə bizim ölkəyə gəlməlidir. Eyni zamanda, mediaturlar təşkil etmək lazımdır. Biz informasiya turlarına qatılmaq istəyən Azərbaycan turoperatorlarını dəstəkləməyə hazırıq”.
“Qazax Turizm” Milli Şirkətinin sədr müavini Azərbaycanın turizm məkanları haqqında da müsbət fikirlər səsləndirib: “Ötən il Azərbaycanda olduq və Bakını çox sevdik. Həm iqlimi əlverişlidir, həm də tarixi yerləri və Xəzər sahili çimərlikləri var. Bu dənizsevərlərə də yaxşı imkanlar açır. Həmçinin Naftalan haqqında eşitmişəm və bizim qazaxıstanlı turistlərə səhiyyə turizmi, Naftalan çox maraqlıdır. Hazırda Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində turizm sahəsində Qazaxıstanın Azərbaycanla sıx əməkdaşlığı var. Düşünürəm ki, bu ideyanı davam etdirmək lazımdı. Biz Azərbaycanla və digər türkdilli ölkələrlə işləməyə hazırıq”.
Ekspertin sözlərinə görə, Azərbaycan turizm baxımından digər qonşularına nisbətən daha böyük potensiala sahibdir: “Ortaq tarixi köklər, mədəniyyətin və milli adət-ənənələrin bənzərliyi də qazaxıstanlı turistləri Azərbaycana cəlb edən amillər sırasındadır”.
Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı vizasız rejim haqqında sazişə dəyişikliklər barədə protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Qazaxıstan vətəndaşları bu ölkələrin ərazisində 30 gün ərzində qeydiyyatsız qala, 90 gün ərzində isə vizasız yaşaya bilərlər.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

