Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr, aqrar sahədə aparılan islahatlar regionların dinamik inkişafını təmin edib

Qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr, aqrar sahədə aparılan islahatlar regionların dinamik inkişafını təmin edib

18.03.2020 [09:05]

Həyata keçirilən işlər Şirvan bölgəsinə daxil olan rayonların da iqtisadi potensialının artmasına geniş şərait yaradıb
(əvvəli ötən sayımızda)

Vurğulayaq ki, rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Təsadüfi deyil ki, hesabat ilində ümumi məhsul istehsalının 38,1 faizi bu sahənin payına düşüb. Rayon ərazisinin 113973 hektarı (55 faiz) kənd təsərrüfatı təyinatlı torpaqlardır. 2019-cu ilin məhsulu üçün 29443 hektarda payızlıq, 3490 hektarda yazlıq bitkilər olmaqla 32933 hektar sahədə əkin aparılıb. 30386 hektar sahədə dənli və dənli-paxlalı bitkilər biçilmiş və hər hektarından 35,1 sentner olmaqla 106 min 505 ton məhsul istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 1709 ton və ya 1,6 faiz çoxdur. Taxıl biçini optimal müddətdə başa çatdırılıb, məhsulun vaxtında və itkisiz yığılması həyata keçirilmişdir. 935 hektar kartof sahəsinin hər hektardan 148,1 sentner olmaqla 13850 ton məhsul istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 3435 ton və ya 33 faiz çoxdur. İntensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkilmiş 220 hektar sahənin hər hektarından daha yüksək, 40 tondan çox məhsul götürülüb. Üzüm, tütün, barama, meyvə-tərəvəz istehsalında da uğurlu nəticələr qazanılıb.
Eyni zamanda, 2020-ci ilin məhsulu üçün 30165 hektar sahədə payızlıq səpin aparılıb. Bu da əvvəlki illə müqayisədə 722 hektar çoxdur. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurlu olub. Bütün göstəricilər üzrə məhsul istehsalı inişilki ilə nisbətən xeyli artıb.
Yeri gəlmişkən, İsmayıllı rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, təkcə ötən il 3909 baş heyvanda süni mayalanma aparılıb, 2085 baş cins buzov alınıb. Alınan cins buzovlara görə 1507 nəfər heyvan sahibinə 176 min 200 manat subsidiya ödənilib. Qeyd edək ki, dövlət tərəfindən hər cins buzova görə subsidiyanın verilməsi bu sahəyə marağı artırıb və son vaxtlar fərdi təsərrüfatlarda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər daha sürətlə aparılır.
Ötən il Şirvan bölgəsinə daxil olan Şamaxıda da uğurlar əldə edilib. 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, Şamaxıda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, eləcə də nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2019-cu ildə Şamaxıda 2018-ci illə müqayisədə ümumi daxili məhsulun həcmi 23,1 faiz artaraq 322,2 milyon manat olub. Tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artaraq 132,1 milyon manat təşkil edib. İqtisadiyyatın bütün göstəriciləri üzrə artımla yadda qalan 2019-cu ildə rayonda üzümçülüyün inkişaf etdirilməsi əsas prioritet məsələ olub. Ötən il üzümlüklərin sahəsi artaraq 1809,3 hektara çatıb, məhsuldarlıq bir il ərzində 4405 ton artıb. Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, habelə turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Şamaxıda ölkəmizdə ilk dəfə olaraq birinci Üzüm və Şərab festivalı keçirilib.
Hesabat ilində rayonun sosial həyatında da müsbət dəyişikliklərin çoxluğu diqqəti cəlb edir. Yığıncaqda fərdi yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyməsi ilə nəticələnən zəlzələnin fəsadlarından bəhs edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində bu fəsadların aradan qaldırılması ilə əlaqədar görülən işlərdən danışılıb. Bildirilib ki, ötən il Şamaxıda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış evi tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir.
Şamaxı rayonunda keçən il həmçinin 1403 daimi iş yeri açılıb. İnişil isə açılan daimi iş yerlərinin sayı cəmi 714 olub. Beləliklə də, keçən ildə artım əvvəlki ilə nisbətən iki dəfəyə yaxın olub. Rayon icra hakimiyyətindən bildirilib ki, ölkəmizdə yaradılan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) nəzdindəki “DOST İş Mərkəzi”ndə rayon üzrə keçən il 420 yeni iş yeri açılıb.
Özünüməşğulluq proqramı çərçivəsində 2018-ci illə müqayisədə 85 ailə çox olmaqla, 172 ailə öz layihəsini təqdim edərək uğur qazanıb. Onlardan 136 ailəyə aktivlər təqdim olunub. 132 ailəyə 198 baş damazlıq inək, 660 baş xırdabuynuzlu heyvan və 54 ton yem, 4 ailəyə isə 60 arı ailəsi verilib.
Ötən il rayonda “ASAN xidmət”mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaq.
Yığıncaqda bildirildiyi kimi, “Nəsimi ili” çərçivəsində Şamaxıda 10-dan çox beynəlxalq və ölkə əhəmiyyətli tədbir və konfrans keçirilib, rayona 130 minə yaxın turist gəlib, onların da 33 faizi xarici turistlərdir.
Məruzə ətrafında çıxış edənlər 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər. Həmçinin zəlzələdən sonra ziyan dəymiş yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikinti, bərpa və təmirinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr, aqrar sahədə aparılan islahatlar regionların dinamik inkişafını təmin edib, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb ki, bu uğurlardan Ağsu rayonuna da pay düşüb. Bu barədə Ağsu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan şura iclasında məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin hesabat məruzəsində 2019-cu il ərzində yaradılan yeni istehsal sahələri barədə ətraflı məlumat verilib. Belə ki, Ərəbsarvan kəndində ümumi ərazisi 1252 hektar olan “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin qurulması işləri davam etdirilib, ümumi ölçüsü 500 hektar olan sahədə pivot suvarma sistemi qurulub. Nəqliyyat-texnika parkı, yem zavodu və toxum fabriki yaradılıb, ətlik və südlük heyvandarlığın inkişafı məqsədilə 2000 başlıq heyvandarlıq kompleksi inşa edilib.
Onu da qeyd edək ki, bu ilin arxada qalan ayları ərzində Ağsu rayonunda heyvandarlıq sahəsində məhsul istehsalı artıb. Rayon statistika idarəsindən bildirilib ki, ötən iki ayda diri çəkidə ət istehsalı 3,8 ton və ya 0,5 faiz artaraq 800 ton olub. Habelə, süd istehsalı 9,4 ton və ya 0,2 faiz artaraq 4595 tona, yumurta istehsalı isə 93 min ədəd və ya 3,7 faiz artaraq 2 milyon 597 min ədədə çatıb.
Rayonda bağçılığın inkişafına da xüsusi yer verilib, 2016-2019-cu illərdə badam bağlarının sahəsi genişləndirilərək 105,5 hektara çatdırılıb. Təkcə 2019-cu ildə 53 hektar sahədə badam bağı salınıb. “Padar Aqro” MMC-nin kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisi davam etdirilib, Gəgəli bələdiyyəsi ərazisində toxumçuluq təsərrüfatı və heyvandarlıq kompleksi genişləndirilib. Nüydü bələdiyyəsi ərazisində və Daşdəmirbəyli kəndində taxıl saxlama anbarları kompleksi istifadəyə verilib.
Hesabat məruzəsində təmir-tikinti işləri, o cümlədən mədəniyyət sarayı, yol, məktəb, körpələr evi-uşaq bağçası və digər sosial sahələrdə xeyli layihələrin reallaşdırıldığı diqqətə çatdırılıb. Rayonda 2019-cu ildə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 11 milyon manat artaraq 212,7 milyon manat olub. Kənd təsərrüfatı 11,1 faiz artıb, istehsalçılara dövlət maliyyə yardımı davam etdirilib. Ənənəvi məhsullardan sayılan barama istehsalının bərpası ilə bağlı işlər sürətləndirilib. Baramaçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2019-cu illərdə 196,5 min tut tingi əkilib ki, bunun 47,5 mini ötən ilin sonunda gətirilən tinglərdir. Hesabat ilində 9,96 ton barama tədarük olunaraq emal müəssisələrinə satılıb.
2019-cu ildə 28 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şirələr, alkoqollu içkilər və şərabların satışından daxil olan gəlirlər 2018-ci illə müqayisədə 14 dəfə artaraq 21 milyon manat çatıb. Hesabat ilinin sonuna istehsalatda çalışan işçilərin sayı 825 nəfər olub. Müəssisələrin məhsulları yerli bazarlarda satılmaqla yanaşı, bir çox inkişaf etmiş ölkələrə də ixrac olunur. Bunların sırasında ABŞ, Yaponiya, Fransa, Kanada, Rusiya, Çin, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr var.
Novruz bayramı ərəfəsində isə Ağsu şəhərinin küçə və parklarında təmizlik, yaşıllaşdırma və abadlıq işləri geniş vüsət alıb. Bayrama hazırlıq çərçivəsində görülən təmizlik, yaşıllaşdırma və abadlıq işlərinə 80-ə yaxın işçi qüvvəsi cəlb olunub. Hazırda işlər şəhərin mərkəzində, Ağsu çayının sol sahilindəki Heydər parkında, o cümlədən sağ sahildəki Bələdiyyə parkında, habelə Azərbaycan, Heydər Əliyev prospektlərində, mərkəzdəki idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin həyətlərində aparılır. Şəhərin mərkəzində işlər bir neçə günə yekunlaşacaq. Sonra işlər Bakı-Şamaxı-Yevlax yolunun şəhərin ərazisindən keçən hissəsində, habelə şəhərin digər ərazilərində davam etdiriləcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30