Pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
14.05.2020 [10:43]
Rayonlarda pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər
Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Xüsusilə, ixracyönümlü və ənənəvi məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında irəliləyişə yol açıb. Məsələn, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirlərinin gücləndirilməsi, onlara verilən subsidiyaların, tədarük olunan məhsulun alış qiymətinin artırılması bu sahəyə marağı gücləndirib.
Yeri gəlmişkən, bölgələrimizdə mövsümi pambıq əkini artıq, demək olar ki, yekunlaşdırılıb. Məsələn, Hacıqabul rayonunda çiyid səpini başa çatıb. Ötən il 780 ton xam pambıq istehsal edən hacıqabullu pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar. Artıq 26 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və "Aqrolizinq" ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 270 hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə tutulduğundan 10 hektar çoxdur. Səpin aparılan sahələrdə normal bitiş alınıb.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə də çiyid səpini uğurla aparılıb. Bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 4157,63 hektarı "Azərpambıq" MMC və 1420 hektarı "P-Aqro" MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanılıb. Bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub. Artıq sahələrin böyük bir hissəsində bitiş alınıb və becərmə işlərinə başlanılıb. Qeyd edilməlidir ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
Salyan rayonu da özünəməxsus pambıq şöhrəti ilə tanınan bölgələrimizdən hesab edilir. Rayonda bu mövsüm 4 min 867 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. May ayının ilk günlərində havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində ümumilikdə 280–290 hektar sahədə çiyid səpin aparıblar və əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstəriğlər. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırması məqsədilə rayonda xüsusi qərargah yaradılıb. Qeyd edilməlidir ki, rayonda iri fermerlərlə yanaşı, artıq kiçik pay torpağı olan təsərrüfat sahibləri də "ağ qızıl" yetişdirməyə başlayıblar. Ötən il Salyanda 4 min 788 hektar sahədə pambıq əkilib və 15 min 928,5 ton xam pambıq tədarük olunub.
Saatlı rayonunda da çiyid səpini son mərhələyə qədəm qoyub. Qeyd edək ki, ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 41 min 813 ton xam pambıq istehsal edən Saatlının "ağ qızıl" ustaları cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar. Bu mövsüm Saatlıda 13 min 783 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. 2 min 950 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Mayın əvvəlinə olan məşlumata görə, səpin aparılan sahələrin 3 min 701,8 hektarı "MKT" MMC-yə, 2 min 776 hektarı "Azərpambıq" MMC-yə, 3 min 385 hektarı "Aqro AZ" MMC-yə, 886,7 hektarı isə "P-Aqro"ya məxsusdur. İlkin səpin aparılmış sahələrdə normal bitiş alınıb. Qeyd edək ki, bu il Saatlıda 45 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.
Çiyid səpininin uğurla aparıldığı rayonlar sırasında Neftçala rayonunda da var. Cari təsərrüfat ilində rayonda 5 min hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bildirilməlidir ki, ötən il 16 min 74 ton pambıq istehsal edən rayonun "ağ qızıl" ustaları cari ildə 5 min 988 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpini mütəşəkkil aparan əkinçilər işin yaxşı təşkili nəticəsində gün ərzində 350-400 hektar sahəyə çiyid səpiblər. Məhsul istehsalçıları müqavilə bağladıqları "Neftçala MKT və İK" MMC və "Aqrolizinq" ASC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf ediblər. Artıq rayonun Xol zonasında ilkin səpin aparılmış 200 hektardan çox sahədə yaxşı bitiş alınıb. Ötən il 28 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayan Boyat kənd sakini Mürsəl Qafarov bu günə kimi əkəcəyi 50 hektar pambıq sahəsinin 20 hektarında səpin aparıb. "Ağ qızıl" ustası bu il becərdiyi sahənin hər hektarından azı 35 sentner məhsul götürmək niyyətindədir. Pambıqçı bu istəyinə çatmaq üçün səpini aqrotexniki qaydada həyata keçirir. Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 78 hektar pambıq sahəsindən 16 min 74 ton məhsul toplayıblar.
Yevlax rayonunda isə çiyid səpini davam edir. Yevlaxlı pambıqçılar mayın 12-nə kimi 2166,7 hektarda səpin həyata keçiriblər. Qeyd edək ki, bu il rayon ərazilərində 2230,57 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçı ilə 1680,57 hektarı "MKT İstehsalat Kommersiya" MMC və 550 hektarı "P-Aqro" MMC ilə olmaqla müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, fermerlər lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 1380 hektarında bitiş alınıb və becərmə işlərinə başlanıb. Yevlax pambıqçılarının builki hədəfi hər hektardan 30 sentnerdən çox olmaqla, 7 min ton məhsul istehsal etməkdir. Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.
Sabirabad rayonu da pambıqçılıq üzrə şöhrət qazanan rayonlarımızdandır. Ötən il 25 min 210 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 9 min 389 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunub və digər lazımi köməkliklər göstərilib. Səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə toxum səpinini son mərhələyə çatdırıblar. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə 170-180 hektar sahəyə çiyid səpilib. İlkin səpin aparılmış 3 min 385 hektar sahədə normal bitiş alınıb. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə çiyid səpini yekunlaşdırılır. Bu il rayonda 2953,33 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. "MKT İstehsalat Kommersiya" MMC, "Azərpambıq" MMC və "P-Aqro" MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub. Artıq sahələrin mühüm hissəsində bitiş alınıb və becərmə işlərinə başlanılıb. Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasınsa birinci yerdə dayanıblar.
Bunlarla yanaşı, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırıblar. Cari mövsümdə rayon ərazisində 670 hektar sahədə çiyid səpilib. "Azərpambıq" MMC və "P-Aqro" MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Səpin optimal müddətdə aparıldığı üçün mayın ilk günlərində 80 hektara yaxın sahədə bitiş alınıb. Hazırda sahələrin suvarılmasını həyata keçirən pambıqçılar yaxın günlərdə kultivasiya işlərinə başlayacaqlar. Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Azərbaycanda ilk dəfə olaraq Türkiyənin "May 344" pambıq toxumunun sınaq əkini aparılıb. Hər hektarda 45-50 sentner məhsul verən "May 344" pambıq toxumu respublikamıza Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən gətirilib və müxtəlif torpaq tiplərində sınaqdan çıxarılır. Ucar rayonunda sınaq əkini 2 hektar sahədə aparılıb. Sınaq əkini respublikamızda yeni, ilk dəfə istifadə edilən monitorlu çiyidsəpənlə aparılıb. Monitorda səpinin gedişinə, torpağa düşən toxumun miqdarına tam nəzarət olunur. Bu texnika gübrə diskləri ilə təchiz edilib və əkinlə birlikdə sahəyə ammofos gübrəsi də verilib. Ammofos bitkinin boy artımı və məhsuldarlığı üçün çox əhəmiyyətlidir. Səpinin ənənəvi şəkildə aqrotexniki qaydalara uyğun becərilməsi təmin olunacaq. "May 344" pambıq toxumunun sınaq əkini İmişli, Saatlı və Beyləqan rayonlarında da aparılıb. Qeyd edək ki, ötən il Ucarda Çin texnologiyası ilə 10 hektarda pambıq əkilib və hər hektardan 60 sentnerdən çox məhsul götürülüb. Bu il də Ucar-Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə daha 16 hektarda əkin aparılıb. Fermerlər “May 344” pambıq toxumundan bizim torpaqlarda da yaxşı məhsuldarlıq gözləyirlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

