Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını birləşdirən milli məfkurə kimi
11.07.2020 [09:35]
Azərbaycançılıq xalqımızın tarixi keçmişini, milli dəyərlərini - adət-ənənələrini, dilini və mədəniyyətini əks etdirən, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət edən universal ideoloji formuladır
(Əvvəli ötən sayımızda)
Dünya azərbaycanlılarını birləşdirən milli məfkurə olan azərbaycançılıq müasir dövrdə yeni keyfiyyət çalarları ilə zənginləşərək Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir.
Ümumiyyətlə, sirr deyil ki, xalqın həyatının təşkilinin ali forması, fundamental antropoloji təsisat dövlətdir. Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar dünya tarixinin səhnəsindən silinmişlər. Bəzi tədqiqatçılar milli dövlət ideyasını beynəlxalq münasibətlərin hakim konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə nə qədər tələssələr də, əslində, biz milli dövlət modelinin müəyyən modifikasiyası ilə qarşılaşırıq. Hər bir dövlətin vətəndaşına aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül tapmış müasir sisteminin əsasını suveren dövlətlər təşkil edir. Milli dövlət öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə çatmasına nail olmağa çalışır. Məhz belə qavrama prizmasından yanaşaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onların sosial rifahına təminat verməyə qadirdir.
Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün milli dəyərləri özündə ehtiva edir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Ulu Öndər Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda, müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü. Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, dünyada yaşayan azərbaycanlıların maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti – müstəqil Azərbaycan dövlətini qoyurdu.
Ölkəmizin tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Ulu Öndərin siyasi xəttini ardıcıl olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ötən 17 ilə yaxın müddətdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunmasını, gənclərin vətənpərvərlik tərbiyəsini, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini və s. məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməsi dövlət başçısının Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların vahid azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən mühüm tədbirlər həyata keçirib.
Beləliklə, bu gün müstəqil dövlətimiz azərbaycançılıq ideologiyasına əsaslanmaqla daha da güclənməkdə və yeni-yeni uğurlar qazanmaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

