/ / Azərbaycanın bölgələrində pambıqçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanın bölgələrində pambıqçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
25.09.2020 [08:27]
Mütəxəssislərin fikrincə, pambıq yığımına start verilən regionlarda bu mövsümdə də məhsuldarlıq yüksək olacaq
Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Məlum olduğu kimi, 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Xüsusilə, ixracyönümlü və ənənəvi məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında irəliləyişə yol açıb. Məsələn, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirlərinin gücləndirilməsi, onlara verilən subsidiyaların, tədarük olunan məhsulun alış qiymətinin artırılması bu sahəyə marağı gücləndirib. Yeri gəlmişkən, hazırda respublikamızda pambıq yığımına start verilib. Bunu rayonların timsalında da əyani şəkildə görmək mümkündür. Faktlara diqqət yetirək.
Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayon ərazisində 2981 hektarda pambıq becərilib. Rayonda yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Verilən məlumata əsasən, rayonda pambıq yığımına hazırlıq başa çatıb - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilib. Rayonda sahələrin 90 faizində pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Məlumatda o da deyilir ki, pambıq yığımına 14 ədəd kombayn, 42 ədəd traktor, 83 ədəd qoşqu, 5 ədəd yükləyici, 12 ədəd çiləyici cəlb edəcək. Məlumat üçün qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.
Ucar rayonunda isə “ağ qızıl” yığımına başlanılıb. Sentyabrın 14-ə olan məlumata əsasən bir neçə gündə əl ilə 25 ton məhsul toplanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 5 inzibati ərazi dairəsində - Xələc, Lək, Yuxarı Şilyan, Boyat və Əlikənd ərazilərində 200 hektarda məhsul yetişdirilib. Artıq hər yerdə pambıq yığılır və bu işə 80 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Toplanan pambıq “P-Aqro” MMC-nin Ucar filialına təhvil verilir. Qeyd edək ki, yetişdirilən məhsulun 20 faizi əl ilə yığılacaq. Qalan sahələrin məhsulu isə maşınlarla toplanacaq. Bu məqsədlə 3 pambıqyığan kombayn hazır vəziyyətə gətirilib.
Neftçalalı pambıqçılar isə bu mövsüm hər hektardan 35 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar. Artıq rayonda pambıq yığımına başlanılıb. Sentyabrın 17-ə olan məlumata əsasən, pambıqçılar qısa müddətdə 427 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Bu il rayonda fəaliyyət göstərən 3 şirkətlə, ümumilikdə, 1207 mülkiyyətçi müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən rayonda 5 min hektar sahədə pambıq əkilib. Nümunəvi becərmə işləri aparıldığından sahələrdə bol məhsul yetişib. Təcrübəli pambıqçı Mürsəl Qafarov bu mövsüm 50 hektar sahədə pambıq becərib və bu günlərdə məhsul yığımına başlayıb. “Məhsulumuz boldur. İndi qarşıda duran əsas vəzifə yetişdirdiyimiz pambığı qısa müddətdə toplayaraq təhvil verməkdir. Bunun üçün bütün qüvvəmizi səfərbər etmişik. Gün ərzində 180-200 kiloqram məhsul yığırıq”, - deyə pambıqçı KİV-ə açıqlamasında bildirib.
Yığılmış məhsulu qəbul etmək üçün rayonda 3 pambıq qəbul məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə məhsul qəbulunu fasiləsiz həyata keçirmək üçün bütün zəruri hazırlıq işləri görülüb. Artıq ilk məhsul məntəqələrə daxil olmaqdadır. Rayonda cari təsərrüfat ilində pambıq sahələrinin məhsulunun 50 faizindən çoxunun kombaynlarla toplanılması nəzərdə tutulub. Bunun üçün 31 pambıqyığan maşın fermerlərin ixtiyarına verilib. Qeyd edək ki, neftçalalı fermerlər bu mövsüm pambıq sahələrinin hər hektarından 35 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar.Saatlı rayonunda da pambıq yığımına start verilib və qısa müddətdə sahələrdən 804 ton məhsul yığılaraq qəbul məntəqələrinə göndərilib. Sentyabrın 18-ə olan məlumata görə, kollardakı qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Ötən il respublika üzrə ən çox, 41 min 741 ton “ağ qızıl” istehsal edən saatlılı fermerlər cari ildə də plantasiyalarda bol məhsul yetişdirib və yığıma da ölkədə birincilər sırasında başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari təsərrüfat ilində Saatlıda 14 min 141 hektar sahədə pambıq əkilib. Fermerlər və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi becərə işləri apardığından bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə yetişmiş məhsulu qısa müddətdə toplayaraq tədarük məntəqələrinə təhvil verməkdir. Bunun üçün rayonda bütün zəruri tədbirlər həyata keçirilib. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, 100-dən çox traktor, 180-ə yaxın qoşqu texnikası və 50 pambıqyığan kombayn məhsul istehsalçılarının ixtiyarına verilib. Pambıq yığımı zamanı qarşıya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün rayonda xüsusi qərargah yaradılıb. Gün ərzində məhsul yığımı və digər məsələlərlə bağlı bütün məlumatlar qərargaha ötürülür və ortaya çıxan çətinliklər operativ aradan qaldırılır. Qeyd edək ki, bu il saatlılı pambıqçıları sahələrdən 42-43 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.
Pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri Yevlax rayonunda da məhsul yığımına başlayıblar. Ötən il hər hektardan orta hesabla 26,4 sentner “ağ qızıl” tədarük edən yevlaxlı pambıqçılar bu il hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar. 2020-ci ildə rayonda 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı isə “P-Aqro” MMC ilə bağlanan müqavilə əsasında olmaqla, ümumilikdə, 2330 hektar sahədə pambıq becərilib. Ümumiyyətlə, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Pambıq yığımı üçün rayonda 9 ədəd pambıqyığan kombayn, 22 ədəd pambığın daşınması üçün traktor, 51 ədəd pambığın daşınması üçün qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin hamarlanması üçün texnikalar hazır vəziyyətə gətirilib. Sentyabrın 18-də ilk olaraq “MKT İstehsal Kommersiya” MMC tərəfindən pambıq yığımına başlanılıb. “MKT İstehsal Kommersiya” MMC-nin aqronomu Zirəddin Həsənov KİV-ə açıqlamasında tarlalarda məhsulun ötən ildəkindən çox olduğunu bildirib. “Bu il 174 nəfər fermerlə 1780 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Bol məhsulumuz var. Sahələrin hamısını maşınlarla yığacağıq. Hər hektardan 32-35 sentner məhsuldarlıq gözləyirik”, - deyə o vurğulayıb. Kombaynla rayonda mövsümün ilk məhsul yığımına başlayan fermer Həsən Əhmədov da tarlaların vəziyyətindən razılığını ifadə edib: “Yüksək məhsuldarlıq gözləyirəm. Pambığın maşınlarla yığılması daha sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də bizə baha başa gəlir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram”.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.
Kürdəmir rayonunda da pambıq yığımı sürətlə davam edir və hazırda əl ilə məhsul toplanışı üçün hər gün sahələrə 200 nəfərədək işçi qüvvəsi çıxır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə 1997,5 hektarda pambıq yetişdirilib. Məhsul yığımına mütəşəkkil hazırlıqla başlanılıb. Az vaxtda əl ilə 86,6 tonadək “ağ qızıl” toplanılıb. Yığılan məhsul “Kürdəmir pambıq” Açıq Səhmdar Cəmiyyətinin rayondakı pambıq zavoduna təhvil verilib. Pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir və demək olar ki, bütün ərazilərdə əkilib. Hər yerdə, o cümlədən daha çox əkilən Kürqırağı ərazilərdə - Şilyan, Qarasu, Sor-Sor, Karrar və bir sıra digər ərzi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır. Yetişdirilən məhsulun 90 faizi maşınlarla yığılacaq. Bu məqsədlə 12 pambıqyığan kombayn tam hazır vəziyyətə gətirilib. Hava şəraiti əlverişli keçərsə, 12-15 günə texnika sahələrə çıxarılacaq.
Pambıq yığımının davam etdiyi rayonlar sırasında Ağsu da var. Hazırda əl ilə məhsul toplanışına 350-dən çox işçi qüvvəsi cəlb olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 600 hektar sahədə pambıq yetişdirilib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

