/ / Azərbaycanın bölgələrində pambıqçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanın bölgələrində pambıqçılığın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
25.09.2020 [23:39]
Mütəxəssislərin fikrincə, pambıq yığımına start verilən regionlarda bu mövsümdə də məhsuldarlıq yüksək olacaq
(əvvəli ötən sayımızda)
Məhsul yığımına mütəşəkkil hazırlıqla başlanıldığından qısa vaxtda əl ilə 180,2 ton “ağ qızıl yığılıb. Toplanan məhsul “P-Aqro” MMC-nin Ağsu qəbul məntəqəsinə təhvil verilir. Rayonun pambıq əkilən əksər cənub ərazilərində, o cümlədən Ləngəbiz, Çaparlı, Ərəbmehdibəy və bir sıra digər ərazi bölgələrində ağır zəhmət bahasına yetişdirilən pambığın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Qeyd edək ki, 400 hektarda məhsulun pambıq yığan maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə 3 ədəd kombayn hazır vəziyyətə gətirilib.
İmişlidə də pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə sahələrdən 53 tondan çox məhsul yığıblar. Hər gün sahələrdən 13-15 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük edilən məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il imişlili pambıqçılar 7 min 923,8 hektar sahədə pambıq əkiblər. Ötən il sahələrdən 19 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib. Bir neçə gündür ki, rayonda pambıq yığımına başlanılıb. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq. Bunun üçün 33 kombayn saz vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib. Mirili kənd sakini fermer Elxan Məmişov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 22 hektar pambıq sahəsinin hər hektarından 48 ton məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 22 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada qulluq etdiyimdən bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Sahədə qozalar tam açılmadığından hələlik yığıma başlamamışam. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq, - deyə fermer bildirib. Qeyd edək ki, bu il imişlili pambıqçılar becərdikləri sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.
Bir neçə gündür ki, Salyanda da pambıq yığımına başlanılıb. Sentyabrın 22-ə olan məlumata görə, sahələrdən 277.6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari təsərrüfat ilində rayonda 5 min 10 hektar sahədə pambıq əkilib. Bunun da 775 hektarı Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunun son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ərazi vahidində indiyədək 30 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub. Kənddə fəaliyyət göstərən fermer Elşən Zülfüqarov uzun illərdir ki, təsərrüfatın bu sahəsi ilə məşğul olur. Məhsul istehsalçısı ötən il 20 hektar pambıq sahəsinin hər hektarından 35 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm 28 hektar sahədə pambıq becərmişəm və bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Kolların yarpaqlarının tökülməsi üçün sahədə defolvasiya işlərini başa çatdırmışam. Yaxın günlərdə məhsul toplanışına başlayacağam. Becərdiyim sahənin hər hektarından ən azı 30-35 sentner məhsul götürəcəyimə əminəm. 2018-ci ildə dövlət tərəfindən pambığın bir tonunun hər növ üzrə alış qiymətinin 50 manat artırılması məhsul istehsalçılarının ürəyincə olub. Bundan ruhlanan fermerlər yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün işin surətini günbəgün artırırlar”, - deyə fermer bildirib. Bu il rayonda pambığın yarıdan çoxunun maşınlarla yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 24 ən müasir pambıq yığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 1770 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir. Qeyd edək ki, bu il rayonda 15 min tondan artıq “ağ qızıl”ın istehsal edilməsi nəzərdə tutulub.
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır. 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Artıq Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb edilməsi nəzərdə tutulur. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmağı, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər. Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
Biləsuvarda da pambıq yığımına başlanılıb. Az vaxtda sahələrdən 250 tondan çox məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Rayon Aqrar Dövlət İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 10 min 61 hektar sahədə pambıq əkilib. Mütəxəssislər builki hava şəraitinin həm çiyidin vegetasiyası, həm becərmə, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən də Biləsuvarda pambıq əkini üçün əlverişli şəraitin olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu mövsüm tarlalarda bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 20-25 ton məhsul yığılır. Təcrübəli fermer Fazil Musayev bildirib ki, ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq xeyli artırıb. Məhsul istehsalçısının dediyinə görə, cari ildə hər hektardan orta hesabla 30-35 sentnerdən çox pambıq toplamaq mümkün olacaq. Pambıq kollarında qozaların 30 faizinin açılması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın vaxtlarda sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq işləri görülüb. 49 ədəd pambıqyığan kombayn və 300 ədədə yaxın maşın-mexanizmi hazır vəziyyətə gətirilib. Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 32-33 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar. Ötən il məhsul istehsalçıları sahələrdən 30 min 700 ton xam pambıq tədarük ediblər.
Pambıq tarlalarında məhsul yığımına başlanılan rayonlar sırasında Cəlilabad da var. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib. Xatırladaq ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilmişdi. Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 24,8 sentner təşkil edib. Bu il Cəlilabadın pambıq sahələrindən 1300 ton “ağ qızıl”ın yığılması nəzərdə tutulub.
Yeri gəlmişkən, Beyləqan rayonunda da pambıq yığımına başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.
Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib. Rayonda pambıq yığımına 45 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Hazırda isə pambıq yığımı əl ilə aparılır. Rayon pambıqçıları 9762 kiloqram məhsul toplayaraq tədarük məntəqələrinə təhvil veriblər. Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.
Zərdab rayonunda da pambıq yığımı davam edir və artıq bir neçə gündür ki, pambıqyığan kombaynlar da sahələrə çıxarılıb. Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 2520 hektarda pambıq yetişdirilib. Tarlaların 1800 hektarının məhsulu texnikanın qüvvəsi ilə yığılacaq. Hazırda məhsul yığımına 8 pambıqyığan kombayn, 11 traktor və 22 qoşqu cəlb olunub. Az vaxtda maşınlarla 77 ton pambıq yığılıb. Qeyd edək ki, rayonda strateji məhsul olan pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Əl ilə yığım üçün hər gün 1300 nəfərdən çox işçi sahəyə çıxır. Bu günədək rayon üzrə, ümumilikdə, 272,3 ton “ağ qızıl” toplanıb ki, bunun 226,9 tonu “MKT-İK” MMC, 45,4 tonu “P-Aqro” MMC tərəfindən tədarük olunub. Bölgənin daha çox pambıq əkilən Bəyimli qəsəbəsində, Şahhüseyinli, İsaqbağı, Körpükənd, Şəftəhal, Şıxbağı ərazi dairələrində yığım daha mütəşəkkil aparılır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

