UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir
19.12.2020 [00:06]
Azərbaycanın bu qurumla yüksəksəviyyəli münasibətlərinin nəticəsidir ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib
(əvvəli ötən sayımızda)
Bu cür görüşlər və əməkdaşlıq sazişləri sayəsində Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada daha geniş təbliğinə əlavə imkanklar açıb. Eyni zamanda UNESCO vasitəsilə dünya ölkələri ilə elm və təhsil sahəsində mübadilə imkanları yaranıb. Belə ki, 28-29 noyabr 2008-ci il tarixində UNESCO üzrə Azərbaycan Milli Komissiyası, UNESCO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilib. 24 noyabr 2010-cu il tarixində UNESCO-nun baş qərargahında AMEA-nın o zamankı prezidenti M.Kərimov və UNESCO baş direktorunun elm məsələləri üzrə müavini Qreçen Kalonji arasında “Azərbaycan Respublikası Hökuməti və UNESCO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə” imzalanıb.
Bakıda yaxın zamanlarda Elm və Texnologiya muzeyinin açılması və UNESCO ilə yaxından əməkdaşlıq nəzərdə tutulur. UNESCO-nun indiki baş direktoru Odre Azule Azərbaycan Prezidentinə ünvanladığı 19 iyul 2019-cu il tarixli məktubunda “UNESCO-nun uğurlu görünən gələcək Bakı Elm və Texnologiya Muzeyinə texniki yardım göstərməyə hazır olduğunu” qeyd edib.
Təhsil sahəsinə gəlincə, 24 avqust 2005-ci il tarixində Bakı şəhərində “UNESCO-Azərbaycan: gələcəyə körpü” mövzusunda keçirilmiş beynəlxalq konfrans çərçivəsində UNESCO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
UNESCO və Azərbaycanın təşkilatçılığı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır
Bu məqamda qeyd edək ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin əsas tərəfdaşlarından biri də UNESCO-dur. “Bakı prosesi” çərçivəsində 2009-cu ildən etibarən hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları zamanı dünyanı narahat edən aktual mövzular müzakirə edilir. 2011-ci ildən etibarən təşkil edilən və UNESCO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu isə bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir.
30 iyun-10 iyul 2019-cu il tarixində isə Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası təşkil edilib. Sessiyanın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESCO-nun baş direktoru Odre Azule iştirak ediblər. UNESCO-ya üzv olan ölkələrin qatıldığı bu sessiya zamanı Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Ümumdünya İrs Siyahısına daxil edilib.
Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarına daxil edilib
Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm işlər görür. Onun yorulmaz fəaliyyətinin və Azərbaycan hökumətinin apardığı mədəniyyət siyasətinin nəticəsidir ki, bir sıra maddi və qeyri-maddi irs nümunələrimiz UNESCO-nun Ümumdünya İrs, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili qorunmaya ehtiyacı olan abidələr siyahılarına daxil edilib.
Qeyd edək ki, Ümumdünya Mədəni İrs Siyahısına artıq Azərbaycandan “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.
Onu da vurğulamaq yerinə düşər ki, UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır.
Yeri gəlmişkən, işğaldan azad edilən ərazilərdə mövcud olan bir çox abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün də Azərbaycan tərəfi iş aparır. Belə ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov mətbuata açıqlamasında deyib ki, bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan Xudafərin körpülərinin UNESCO-nun ilkin siyahısına daxil olunması üçün artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlanılıb. Bundan əlavə, Azərbaycan memarlığının incilərindən hesab edilən Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün fəaliyyət göstəriləcək.
Eyni zamanda, Şuşa şəhərinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanıb. Qeyd edək ki, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Şuşa Tarixi-Memarlıq Qoruğuna daxil olan abidələrdən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən 72 mühüm sənət və tarixi abidə, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Hazırda nazirlik tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.
Həmçinin yuxarıda da vurğulandığı kimi, dekabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.
Bundan başqa Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi də müzakirə olunub və bu mədəni element UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
İşğalçı Ermənistanın tarixi abidələrimizə qarşı vandallığı və digər təxribatçı fəaliyyətlərinə UNESCO rəhbərliyi də biganə qalmayacaq
Yeri gəlmişkən, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan öz “ənənəsinə” sadiq qalıb. Belə ki, düşmən ölkə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasından bir neçə həftə öncə təxribat törətməyə cəhd edib. Ermənilər UNESCO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə ediblər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyasının ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq olaraq layiqli cavab verilib.Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev qurumun baş direktoru Odre Azule ilə görüşündə bildirib ki, 30 illik erməni işğalı nəticəsində mədəni və tarixi abidələr, kilsələr, türbələr, tarixi binalar, muzeylər tamamilə dağıdılıb, mədəni irs nümunələri, əlyazmalar və artefaktlar talan edilərək Ermənistana daşınıb. Görüşdə məscidlərimizin və inanc yerlərimizin qəsdən tövləyə çevrilməsinin təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının dini inanclarına qarşı təxribat olduğu xüsusi vurğulanıb.
Eyni zamanda, Azərbaycanın təkcə öz ərazisində deyil, bütün dünyada mədəni irsin qorunması üçün əməli fəaliyyət göstərdiyi, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun Fransada, Vatikanda, İtaliyada, Almaniyada və digər ölkələrdə xristian məbədlərinin və abidələrinin bərpasına maliyyə dəstəyi verdiyi UNESCO-nun baş direktorunun diqqətinə çatdırılıb, öz ərazisində yerləşən, özünün irsi olan mədəni və dini abidələri dağıtması barədə Ermənistan tərəfindən yayılan fikirlərin cəfəng, UNESCO-nu çaşdırmaq üçün atılan siyasi addım olduğu vurğulanıb. O.Azule UNESCO-nu siyasiləşdirmək cəhdlərinin qəti əleyhinə çıxdığını, mədəni irs abidələrinin dağıdılmasının yolverilməz olduğunu bildirib. Baş direktor Azərbaycanın mədəni irsinin bərpası üçün UNESCO-nun dəstək verməyə hazır olduğunu qeyd edib.
Sonda onu da vurğulayaq ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinqin nəticələri ilə bağlı UNESCO-nun və ISESCO-nun baş direktorlarına müraciət edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

