Azərbaycançılıq ideologiyasının təbliği hər zaman aktuallıq kəsb edir
28.05.2021 [10:05]
Bu ideologiyanın xaricdəki soydaşlarımız arasında geniş təbliğ olunması ölkəmizin dostlarının fəaliyyətinə də əlavə təkan verib
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrədir. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Lakin bu, bir həqiqətdir ki, istənilən işin uğurlu olması üçün dövlətlə yanaşı, qeyri-hökumət təşkilatlarının, o cümlədən ziyalıların, elm və mədəniyyət qurumlarının da üzərinə mühüm vəzifələr düşür.
Qəzetimizə açıqlamasında bu məqama toxunan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də bir ictimai birlik olaraq bu istiqamətdə davamlı addımlar atdıqlarını deyib. Fuad Hüseynzadə bildirib ki, dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir: “Tarix elə gətirib ki, 50 milyondan artıq azərbaycanlının beşdə birindən də azı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və azərbaycançılıq ideologiyası var. Yəni bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidir. Eyni zamanda, azərbaycançılığın əsas istiqamətlərindən olan gənclərin milli ruhda tərbiyəsi xaricdəki soydaşlarımızın da daim diqqət mərkəzində olmalıdır”.
Xaricdəki azərbaycanlı gənclər arasında milli ruhun qorunmasının onların Azərbaycan dilinə bağlılığından da keçdiyini deyən müsahibimiz bu sahədə atılmalı olan addımlardan da danışıb: “Maraqladır ki, bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin bir qismi Azərbaycan dilində danışa bilmir. Bu baxımdan da azərbaycançılıq ideologiyasının təbliğatı hər zaman aktuallıq kəsb edir. Hesab edirəm ki, xaricdəki soydaşlarımız arasında bu ideologiyanın təbliğ olunması ilə yanaşı, xarici ölkələrdə dünyaya gələn azərbaycanlı gənclərin doğma dilimizi öyrənmələrinə də xüsusi diqqət yetirilməlidir”.
F.Hüseynzadə onu da əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında soydaşlarımızın birliyi, azərbaycançılığın təbliği ilə bağlı çağırışlar edib: “Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Xüsusən azərbaycançılığın təbliği üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə “Həftəsonu məktəbləri”nin sayı artırılıb, onlara dərs vəsaitləri göndərilib. Bu sahəyə vətəndaş cəmiyyəti kimi töhfəmiz olsun deyə ötən il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının (indiki QHT-lərə Dövlət Dəstəyi Agentliyinin) dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsini icra etdik. Layihə dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideologiyasının aşılanması, eyni zamanda, soydaşlarımızın azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməsindən bəhs edirdi. Məqsədimiz azərbaycançılıq ideologiyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə vermək idi”.
Qeyd olunub ki, layihə çərçivəsində azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün ideoloji bünövrə olması, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda yazılar hazırlanıb: “Bu yazılar əsasında “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub. Bu kitab həm də azərbaycançılıqla bağlı dərs vəsaiti olsun deyə 5 qitədəki soydaşlarımıza göndərilib. Onu da deyim ki, layihənin icrası zamanı xaricdəki soydaşlarımız tərəfindən azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı maraqlı nəzəri və praltiki təkliflər irəli sürülüb. Bu təklifləri nəzərə alaraq xaricdəki azərbaycanlı uşaqlara virtual olaraq “Azərbaycançılıq dərsləri” keçməyi planlayırıq”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən illər ərzində azərbaycançılıq ideologiyasının xarici ölkələrdəki soydaşlarımız arasında geniş təbliği ölkəmizin dostlarının fəaliyyətinə də əlavə təkan verib. Azərbaycan haqqında həqiqətlərin xaricdə daha dərindən və geniş auditoriyaya çatdırılması istiqamətində görülən işlərin intensivləşməsi deyilənlərin əyani sübutudur. Elə qardaş Türkiyənin Dənizli şəhərində atılan addımları da bu konteksdən dəyərləndirmək olar. Belə ki, artıq bir neçə ildir Dənizlidə Azərbaycanın tanıdılması, həmçinin Xocalı soyqırımı haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırlması istiqamətində önəmli işlər görülür. Özü də bu işlərə yaşlı nəsil nümayəndələri ilə yanaşı, orta məktəb şagirdləri də qoşulublar.
Bu işdə Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi Sədat Sərdaroğlunun rolunu xüsusi vurğulamaq lazımdır. Məlumat üçün bildirək ki, Sədat Sərdaroğlunun təşəbbüsü və rəhbərliyi ilə 2016-cı ildə Türk Egitim Vəqfi Anadolu Liseyinin müəllim və şagirdlərindən ibarət “Xocalı çalışma qupu” adlı dərnək yaradılıb. S.Sərdaroğlunun Xocalı soyqırımından da bəhs edən “Vətənsiz çiçəklər” adlı bir romanı da çap olunub.
Qəzetimizə açıqlamasında öncə bu məqama toxunan S.Sərdaroğlu deyib ki, milli məsələlərimizi gələcək nəsillərə ötürərkən ədəbiyyat, kino və ya digər sənət sahələrindən də istifadə etməliyik. Onun sözlərinə görə, ermənilər dünyanı yalanlarına inandırmaq üçün sənətdən və ədəbiyyatdan çox səmərəli istifadə edirlər: “Biz də Azərbaycanın, həmçinin ümumilikdə, Türk dünyasının başına gətirilən faciələr haqqında gənc nəslə daha dolğun məlumatlar çatdırmalı, onların vətənpərvər ruhda tərbiyəsi üçün ədəbiyyat, kino, ümumilikdə sənət əsərlərindən istifadə etməliyik”.
O, Azərbaycan xalqının birliyini və bərabərliyini təmin edən azərbaycançılıq ideologiyasının bu baxımdan xüsusi önəm daşıdığını deyib. Elə S.Sərdaroğlunun təşəbbüsü və rəhbərliyi ilə qurulan “Xocalı çalışma qupu” adlı dərnəyin də bir növ azərbaycançılıq ideologiyasından qidalandığını, bu ideologiyadan mənəvi güc aldığını söyləyə bilərik: “Düşündüm ki, gənclərə, məktəbli və tələbələrə bir məlumatın daha effektiv şəkildə çatdırılması üçün məhz məktəblilərin özləri önə çıxmalıdır. Yəni baş verənləri bilmək və tanıtmaq üçün fəaliyyətimizə liseyimizin şagirdlərindən ibarət “Xocalı çalışma qrupu” dərnəyini yaratmaqla başladıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolana məktub yazdıq və təklifimiz müsbət qarşılandı”.
Yeri gəlmişkən, S.Sərdaroğlunun verdiyi məlumata əsasən, Dənizliyə səfər edənlərin, xüsusilə azərbaycanlıların diqqətini cəlb edən ilk yerlərdən biri şəhərin mərkəzində yerləşən, böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən Azərbaycan-Qarabağ Parkıdır: “Dənizlinin mərkəzi bölgəsində yerləşən parkın xüsusi bir özəlliyi də var ki, bu da orada heykəltaraş Osman Atmacanın hazırladığı “Xocalı Soyqırımı” abidəsinin olmasıdır. 4 noyabr 2016-cı il tarixində parkın açılışı ilə eyni gündə bu abidənin də açılışı olub. Qranitlə hazırlanmış bünövrədən və ay-ulduz içərisində olan Ana harayı heykəlindən ibarət abidənin açılışında Türkiyənin bir sıra ictimai-siyasi xadimləri, həmçinin Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edib. Hər il fevralın 26-da bu abidənin önündə anım mərasimi keçirilir”.
Vurğulayaq ki, faciənin 25-ci ildönümünə bir həftə qalmış dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş “Xocalıya ədalət!” kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib: “Hazırda “facebook” və “twitter”də “Xocalı çalışma qrupu” adlı səhifələrimiz var. Fəaliyyətimiz bu gün də davam edir və bütün heyətimizlə azərbaycanlı qardaşlarımıza dəstək veririk. Bu il sentyabrın 27-də işğalçı Ermənistanın qardaş Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribat, həmçinin Azərbaycanın Vətən müharibəsi haqqında da qrupumuzun sosial şəbəkə hesablarından ardıcıl olaraq paylaşımlar etdik. Onu da deyim ki, hazırda Dənizlidə təhsil alan azərbaycanlı tələbələr də Azərbaycan həqiqətlərinin Dənizli ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərirlər”.
Yeri gəlmişkən, hər il olduğu kimi, bu il də Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərə Dənizlidəki Azərbaycan-Qarabağ Parkında start verilib. Tədbirlərdə Dənizli vilayətinin valisi Ali Fuat Atik, Azərbaycanın Türkiyədəki Səfiri Xəzər İbrahim və Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan da iştirak və çıxış ediblər. Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi dəyərləndirən çıxışçılar erməni vəhşilərinin törətdiyi bu qanlı faciənin heç zaman unudulmayacağını söyləyiblər. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə tarixi hadisə kimi dəyərləndirilib. Bu tədbirlərə Sədat Sərdaroğlunun moderatorluğu ilə baş tutan “Xocalı soyqırımı və Qarabağ məsələsi” adlı onlayn konfransla yekun vurulub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27

