Azərbaycanda həyata keçirilən gender siyasəti qadın hüquqlarının qorunmasında mühüm rol oynayır
26.08.2021 [09:54]
Əldə etdiyi hərtərəfli inkişaf nəticəsində yerləşdiyi regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilmiş Azərbaycanda hüquq və azadlıqların müdafiəsi istiqamətində də ciddi nailiyyətlər əldə olunub ki, bu da, dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ölkəmizdə çoxşaxəli və davamlı islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yönündə görülən işlər qadınların da cəmiyyətdəki rolunun artırılmasını təmin edib.
Vurğulamaq lazımdır ki, Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ümummilli Liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. Yüzlərlə qadınımız yaradılan əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirib, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıdan qadınlara keçmiş Sovet İttifaqı dövründə ittifaqmiqyaslı fəxri adların verilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Ümummilli Liderimiz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmalarına şərait yaradıb.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir. Gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər.
Ölkəmizdə həyata keçirilən gender siyasəti ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının bütün qanunları və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Millət vəkilinin sözlərinə görə, bunlar, bütövlükdə, Konstitusiya müddəalarına əsaslanır: “Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncama əsasən, dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlandı. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edildi. Bu sənəd Dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tuturdu. Sözügedən Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti və istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlbetmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu”.
Millət vəkili deyib ki, Prezident İlham Əliyev hər zaman bu məsələ ilə bağlı çıxışlarında gender bərabərliyinin müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil etdiyini ifadə edib: “2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu missiyanın daha geniş və effektiv şəkildə həyata keçirilməsinə imkan verdi. Komitə ötən dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. 2006-cı ildən bu yana Komitə tərəfindən gender, ailə və digər bu kimi məsələlərlə bağlı mühüm layihələr həyata keçirilib. Bu gün də analojiməzmunlu layihələr davam etdirilməkdədir”.
Mili Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait, nəticə etibarilə, həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir: “Qadınlarımız ictimai həyatda fəallığı ilə seçilir. Bu gün Azərbaycanın seçkili orqanlarında-parlamentdə, bələdiyyələrdə qadınların sayı yüksək səviyyədədir. Onların fəaliyyəti üçün heç bir maneə yoxdur və ictimai-siyasi həyatda fəalllıqları təmin edilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və milli maraqlarımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini örnək sayır”.
Millət vəkili onu da qeyd edib ki, 2011-ci ildə reallaşdırılan və 2015-ci ilə qədər davam edən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsi regionlarda yaşayan qadınların ictimai fəal həyata cəlb olunmasında mühüm rol oynayıb. 2013-cü ildə həyata keçirilən “Yerli idarəetmədə Qadın liderliyi” layihəsi isə gender bərabərliinin qorunması, eləcə də qadınların ictimai həyatda yüksək mövqe əldə etməsi istiqamətində olduqca vacib əhəmiyyət kəsb edib. Bundan başqa, son illərdə də ölkəmizdə gender bərabərliyinin təminatı yönündə mühüm tədbirlər baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı həyata keçirilib. Sözügedən plana əsasən, regionlarda gender məsələləri ilə bağlı tədbirlər təşkil olunub, maarifləndirmə işləri aparılıb.
Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, səmərəli gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20

