Əgər uşaq evə qaçmaq əvəzinə evdən qaçırsa...
15.10.2021 [10:32]
Cəmiyyətin inkişafı və uğurlu gələcəyi yetişən nəslin tərbiyəsindən asılıdır. Ölkəmizdə uşaq və gənclərin sağlamlığı, təhsili, inkişafı, eləcə də onların hüquqlarının qorunması dövlətin xüsusi diqqət mərkəzindədir. Bu gün uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, onların cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi yetişdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bunun nəticəsidir ki, son illər uşaq və gənclərimizin sorağı dünyanın dörd tərəfindən gəlir.
Uşaqların ən təhlükəsiz hiss etdiyi yer evi olmalıdır
Uşaq dünyaya gəldiyi gündən valideynlərinin üzərinə böyük məsuliyyət düşür. Körpənin qayğısına qalmaq, onu sağlam böyütmək, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirmək ən ümdə vəzifələri olmalıdır. Əfsuslar olsun ki, hər uşaq eyni şəraitdə və sevgi ilə əhatə olunan ailədə böyümür. Valideynlərindən yetəri qədər qayğı görməyən uşaqları sonradan düşdüyü mühit özü istədiyi kimi formalaşdırır. Heç şübhəsiz, yol kənarında maşın qaraldan, dilənən, bazarda alver edən uşaqlara tez-tez rast gəlirik. Üz-gözlərindən əzab, yorğunluq yağan bu azyaşlılar isti evlərindən qaçıb küçələrdə yaşamağa məcbur olurlar. Bəs onları bu addımı atmağa vadar edən səbəblər nələrdir? Kim öz isti yuvasından qaçmaq istəsin ki? Onların bir neçəsilə söhbətləşəndə öyrəndik ki, kimisi valideyn tərəfindən şiddətə məruz qaldığı üçün, kimisi valideynlər arasındakı anlaşılmazlıq ucbatından, kimisi də ətrafdakı pis qüvvələrin təsir dairəsinə düşdüyü üçün evdən qaçmalı olublar. Qorxduqları üçün də evə geri qayıda bilmirlər. Hər bir şəxsiyyətin formalaşmasında təlim-tərbiyənin vacibliyini vurğulayan psixoloq İlhamə Vəliqızının sözlərinə görə, valideynlər uşaqlara nə qədər sevgi ilə yanaşsalar, uşaqlar bir o qədər mənəvi və fiziki cəhətdən inkişaf etmiş olacaqlar. Onlar özlərini valideynlərinin həyatında əvəzolunmaz olaraq hiss etməlidirlər ki, sonra mənfi dairələrin təsirinə düşüb evdən qaçmağa cəhd etməsinlər: “Çox vaxt valideynlər soruşurlar ki, bizim uşaqları necə tərbiyə edək ki, cəmiyyətə faydalı, yararlı övlad olsunlar? Bu sualın cavabı elə valideynlərin özündə, yəni ailədədir. Düzgün tərbiyə ailədən başlayır. Uşaq və gənclər ayrı-ayrı yaş kateqoriyalarına aid olduqları üçün onların tərbiyə metodları da bir-birindən fərqlənir. Hər bir yaş dövrünün öz tərbiyə metodu var. Erkən yaşlarından övladlarımızı sevgi ilə böyütməli, onlara yalan danışmamağı öyrətməliyik. Uşaqların ən təhlükəsiz hiss etdiyi yer evi olmalıdır. Əgər uşaq evə qaçmaq əvəzinə evdən qaçırsa, özünü evində rahat hiss etmirsə, sizinlə heç bir məsələsini bölüşmürsə, ünsiyyət pozuqluğu yaranıbsa, aqressivdirsə, demək ki, sizdə artıq ailədaxili qopuqluq var. Çox vaxt belə başa düşürlər ki, sadəcə boşanmış və yaxud bir valideyni olmayan ailələrdə bu kimi hallara rast gəlmək olar. Qətiyyən, bu, hər iki valideyni yanında olan uşaqlarda da özünü göstərir. Həmin uşaqların valideynlərinə problemi izah edəndə deyirlər ki, uşağımızı hər bir şeylə təmin edirik. Soruşuram ki, bir yerdə əyləncəniz, məşğuliyyətiniz varmı? Yox. Hamı evdədir, amma heç kim bir-birilə ünsiyyət qurmur. Evdə olmaq uşağın yanında olmaq demək deyil. Onun maddi tələbatını ödəmək, ehtiyacı olan mənəvi tələbatını ödəmək demək deyil. Sonra da valideynlər gileylənir ki, bütün həyatımı, cavanlığımı övladıma qurban verdim. O isə üstümə qışqırır, aylarla mənə baş çəkmir. Bax, bunların hamısı erkən yaşlarda uşaqlarla olan ünsiyyət pozulmasından irəli gəlir”.
Bədbəxt ailələrin xoşbəxt övladları olmur
Mütəxəssis bildirir ki, birinci növbədə ailədə ünsiyyət düzgün qurulmalıdır: “Bədbəxt ailələrin xoşbəxt övladları olmur. İlk növbədə, valideynlər öz problemlərini özləri həll etməlidirlər. Öz natamamlıqlarını övlad üzərindən tamamlamamalıdırlar. Bu, boşanmağa hazırlaşan valideynlərin öhdəliyinə düşən əsas və vacib məsələdir. 16 yaş üstü gənclərlə isə münasibətdə birbaşa dostluq əlaqələri qurulmalıdır. Ünsiyyətsizlikdən yaranan problemlər çox vaxt ağır fəsadlara gətirib çıxara bilər. Çünki öz ailəsində anlaşılmadığını düşünən gənclər “dostlarım məni evdəkilərdən daha yaxşı başa düşürlər” deyib daha sonra küçəyə, dostlara, sosial çevrələrə yönəlirlər. Unudurlar ki, həmyaşıdları da onlar kimi eyni dünyagörüşünə və təfəkkürə malikdirlər. Onlar böyüklər qədər təcrübəli ola bilməzlər axı. Əfsuslar olsun ki, bu kimi hal bəzən dostların yanlış yönləndirməsi ilə nəticələnir”.
Təbii ki, bu, mütəxəssisin fikridir. Hər zaman belə olmur. Çox vaxt eşidirik ki, ziyalı və mehriban ailənin övladı içkiyə qurşanıb, yaxud oğurluq üstündə həbs edilib. Bu zaman daha bir sual yaranır. Xoşbəxt mühitdə böyüyən övladın ailəsinə üzüdönük çıxmasında başlıca səbəb nədir? Uşaqların tərbiyəsində ailə, yoxsa cəmiyyət daha çox rol oynayır? Əlbəttə ki, ailədən alınan tərbiyə təməldir, amma ətrafdakı pis qüvvələrin təsir dairəsinə düşən övlad da yanlış seçimlər etməkdən qaça bilmir.
Valideynlər övladlarının seçimlərinə hörmətlə yanaşmalıdırlar
Uşaqların tərbiyəsində ailə qədər, məktəb də böyük rol oynayır. Şəxsiyyətin formalaşmasında, cəmiyyətə inteqrasiya olunmasında məktəbin rolu danılmazdır. Günün yarısını məktəbdə keçirən uşaq nəinki bilik, həm də davranış xüsusiyyətlərini qazanır. Bu baxımdan, orta məktəblərdə şagirdlərin sosial aktivliyini təmin etmək üçün dərnəklər fəaliyyət göstərməlidir. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar məktəblərdə idman dərsləri keçirilməməsi uşaqların uzun müddət hərəkətsiz qalmasına gətirib çıxardı. Şagirdlərin fiziki aktivliyini artırmaq, məktəbdən sonra da fiziki fəaliyyətlə məşğul olmasına nail olmaq lazımdır.
“Bununla yanaşı, 50 faiz məsuliyyət müəllimlərin öhdəsinə düşür. Müəllimlər mütləq şəkildə uşaqların davranışına nəzarət etməlidirlər. Uşağın davranışında hər hansı bir pozuntu və ya xoşagəlməz hallar hiss edərsə, bunu mütləq şəkildə direktordan əvvəl valideynə bildirməlidirlər. Uşağın valideyndən sonra ən çox vaxt keçirdiyi insan onun müəllimidir. Uşaq müəlliminin yanında özünü yaxşı hiss etməlidir. Həm evdə, həm də məktəbdə təhlükəsiz hiss etmirsə, o uşaq mütləq şəkildə rahatlığını, təhlükəsizliyini küçədə axtaracaq. Bu da pis şeylərə gətirib çıxaracaq”, - deyə İ.Vəliqızı vurğulayıb.
Uşaq və gənclərin fiziki cəhətdən inkişafı üçün onların seçimlərinə hörmətlə yanaşmalıyıq.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

