Güclü qadın, yoxsa...Əzilən qadın
06.03.2022 [10:08]
MÜŞFİQƏ
Qadınlar cəmiyyətin zərif üzvü kimi sevilir, seçilir və xüsusi münasibəti tələb edən həssas üzvüdür. Zərif olduqları qədər zəif deyillər, əksinə bəlkə də ən çətin işlərin öhdəsindən layiqincə gəlirlər. Amma bütün qadınlarımız güclüdürlərmi?
Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Bu gün Azərbaycan qadınının səsi dünyanın dörd bir tərəfindən gəlir.
Belə qüvvələrimizdən biri bu günlərdə Azərbaycanda Amerika Ticarət Palatasına ilk dəfə qadın prezident seçilən Nərgiz Nəsrullayeva-Müdüroğludur. Nərgiz xanım dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışıb və 25 illik təcrübəyə malikdir.
O, Harvard Kennedi Məktəbinin məzunudur. Landmark Biznes Mərkəzini təmsil edən qəhrəmanımız 45 milyard dollarlıq aktivi olan Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktorunun müşaviri vəzifəsində çalışır. “AmCham Azərbaycan”ın İcraçı direktoru 11 il ərzində Palatanın inkişafında mühüm rol oynayıb.
Qeyd edək ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verən “AmCham Azərbaycan” 1996-cı ildən ölkədə fəaliyyət göstərir. Hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 250 üzv şirkəti özündə birləşdirir.
Medalın digər üzü - sığınacağdakı qadınların acı taleyi
“Medalın digər üzünü də görmək lazımdır” deyiblər. Güclü, öz ayaqları üstə duran qadınlarımızla yanaşı, ailə-məişət zorakılığına məruz qalan və sığınacaqlarda yaşayan qadınlarımız da var. Bu gün onlar bayramlarını sığınacaqda keçirməlidirlər. Cəmiyyətdə baş verən cinayətlər, fiziki zorakılıq hallarının çoxalması onları sığınacaqlara sığınmağa məcbur edir. Onlardan kimisinin sevgiyə, kimisinin qayğıya, kimisinin də pul və işə ehtiyacı var.
2002-ci ildən bəri sığınacaqlar cəmiyyətdə baş verən cinayətlərin, zorakılığın qurbanlarının evinə çevrilib. Yüzlərlə qadının hekayəsinə şahid olub. Qəhrəmanlar dəyişsə də, hadisə yeri eynidir.
Belə qadınlarımızdan biri də Mehribandır. Mehriban həmin o dediyimiz medalın digər üzüdür. Onun taleyi sığınacağa üz tutan bir çox qadınların acı həyatına misaldır. Sığınacaqda qalan qadın bir müddət sonra evə qayıtmaq qərarına gəlsə də, körpəsinin gözü qarşısında əri tərəfindən bıçaqlandı. Uşağının əlindən alınması düşüncəsi belə ona ölümə bərabər idi. Acı sonluq baş verdi. Mehriban vəfat etdi, onu bıçaqlayan ər həbsə düşdü. Körpənin taleyi isə hələ bundan sonra yazılacaq...
Tənha qadın, susma danış!
Hazırda sığınacağa yerləşdirilən qadınlardan biri ilə sizi tanış etmək istərdik. Adı şərti olaraq Gülzar (Cəfər Cabbarlının qadın qəhrəmanlarından olan Gülzarın adına xitabən) seçilib. Gülzarın 54 yaşı var. Doğulub, boya-başa çatdığı Salyan rayonundan Cəlilabada gəlin köçən qadının başına həyatın olmazın oyunları gəlib: “Ailə qurandan sonra döyülməyə məruz qalmışam. İki körpə uşaqla hansı şəraitdə yaşayacağımı bilmirdim. Hələ zülmün içində bərkiməmişdim. Sonradan həyat yoldaşım öz xalası qızı ilə də evləndi. Uşaqları mənim əlimdən aldı, özümü də gətirib atamın evində qoydu. Bir müddət qohumların qapılarında yaşadım. Sonra yoldaşımın avtomobil qəzası keçirib vəfat etməsi xəbərini aldım”.
Gülzar deyir ki, keçmiş həyat yoldaşı dünyasını dəyişəndən sonra qaynı onun evini satıb özünü isə ruhi xəstəxanaya yerləşdirib. Daha sonra qocalar evinə sığınmalı olub: “Xəstəxanadan çıxandan sonra övladlarımın yanına getdim. Oğlum məni əvvəl qəbul etməsə də, sonra məni evə buraxdı. Bir müddət onlarla yaşadıqdan sonra vəziyyətin dözülməz olduğunu gördüm. Onların dolanışığı həddən artıq çətin idi. Özümü onlara yük kimi hiss etdim və yenidən Bakıya qayıtdım”.
Gülzar sığınacaq sayəsində özünə iş tapsa da, ahıl yaşında əzizlərindən, nəvələrindən uzaq ömür sürür.
Göründüyü kimi, hər qadının öz taleyi var. Mütəxəssislərin sözlərinə görə, problemlərin təməlində təhsilsizlik dayanır. Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Qadının cəmiyyətdə öz layiqli yerini tutması üçün təhsil alması mütləqdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

