Rusiyada internet çökərsə...
15.03.2022 [11:18]
Nicat
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsir sahəsi artmaqda davam edir. Qadağalar həm də informasiya texnologiyaları sahəsini əhatə edir. Texnologiyanın işıq sürətilə inkişaf etdiyi bir vaxtda bu qadağanın tətbiqi Rusiya interneti ilə bu və ya digər səbəbdən əlaqəli fəaliyyət göstərən bəzi digər ölkələrin də ciddi narahatlığına səbəb olub. Sanksiyanın ölkəmizin texnologiya sahəsinə də təsirinin olacağı istisna edilmir. Belə ki, ekspertlərin verdiyi məlumatlarda bildirilir ki, Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Elə bu, həm də digər səbəblərdən Rusiya qarşı tətbiq olunan sanksiyaların texnologiya sahəsini də əhatə etməsi ciddi təhlükələr və risklər yaradır. Rusiya internetinin tam bağlanması ilə öləmizin texnologiya sferası üçün də ağlagəlməz məsələlər oratya çıxır.
Mövzu ilə bağlı apardığı təhlilin nəticələrini bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, Azərbaycan üçün ciddi təhlükələr və risklər realdır: “Rusiya İnternetinin (RuNet) qlobal şəbəkədən tam ayrılması ilə bağlı bizi gözləyən təhlükələrdən bir neçə gün öncə yazmışdım. Rusiya interneti ilə bağlı təhlükələr getdikcə artır. Bu gün də daha bir qlobal internet şirkəti olan LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb. Yəni, bununla da Rusiyanın internet trafiki xeyli zəifləmiş olacaq. Gözlənilən təhlükələr baxımından riskləri və təhlükələri bir qədər də araşdırdım. Baxıram ki, təhlükələr və risklər daha ciddidir və hədsiz çoxdur. Rusiya internetinin tam bağlanması ilə bizdə də ağlagəlməz məsələlər ortaya çıxır”.
Mütəxəssis Rusiya internetinin tam çökəcəyi halda Azərbaycanda hansı problemlərin yaşana biləcəyini açıqlayıb.
“1. Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Son dövrlərdə bu servis əsasən Cloud vasitəsilə göstərilirdi. Eyni zamanda, lisenziyalar da Rusiyanın onlayn mühiti ilə bağlıdır. Düşünmək olar ki, RuNet-də çöküş olsa, bizim dövlət və özəl sektorda əsas maliyyə təsərrüfatını idarə edən 1C işləməyəcək; 2. Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir. Aktiv olaraq bu emaildən, həmçinin Rusiyanın digər e-mail serverlərindən istifadə edərək müxtəlif servislərə qoşulanlar da var ki, Mail.ru-nun dayanması ilə bizim xeyli sayda istifadəçilərimiz həm emaildən, həm də bu emailə bağlı olan servislərdən məhrum ola biləcəklər; 3. Yandex üzərində də ölkəmizdən xeyli servislər alanlar var. Xeyli sayda vətəndaşıalrımızın emailləri Yandex hostinqinə bağlıdır və bunun üzərindən müxləlif onlayn servislər alınır. RuNet-in çöküşü ilə bunların hamısı risk altına düşəcək; 4. Müşahidə etmək olar ki, bəzi internet mağazalar fiziki olaraq Rusiyadakı resurslara bağlıdır. Bu mağazalardan edilən alış-verişdə ödənişlər Azərbaycan banklarında aparılsa da, müraciətlər Rusiya İP-lərindən yönləndirilir. Belə olan halda isə, Rusiya internetində yaranan problem bizim bu tip internet mağazalara da təsizrsiz ötüşməyəcək”.
İT mütəxəssisi ən maraqlı və ən düşündürücü məqamın isə bizim .az domeninin ehtiyat (backup) DNS name serveri ilə bağlı olduğunu vurğulayıb: “Bir qədər araşdrıma ilə görmək olar ki, bizim milli domenin ehtiyat serveri, müharibənin ən qızğın yerində, Ukraynadadır. Xatırladıram ki, .az domeninin DNS serverləri Azərbaycan İnternetinin fəaliyyət göstərməsi üçün ən vacib resurslardan biridir. Onun sıradan çıxarılması, elə Azərbaycan internetini rubilnikdən söndürmək kimi bir şeydir. Düşünürəm ki, bu resursun indiki anda Ukraynada yerləşməsində informasiya təhlükəsizliyimiz üçün ciddi risklər var. Adətən ən azı iki ehtiyat server olur. Bildiyim qədər o birisi də Estoniyadadır, hansı ki, indiki yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, elə onu da riskli zona hesab etmək olar. Fikrimcə, əgər bizim milli resurs, DNS server müharibənin getdiyi bir ərazidədirsə, istənilən an o yox ola bilər.
Bu isə, düşünürəm ki, təhlükəsiziliyimiz üşün ciddi təhdiddir”.
“Aidiyyatı qurumların bunu nəzərə alması, ehtiyat serverlərin digər daha sakit olan Avropa ölkələrinə köçürülməsi daha doğru olardı.
Yeri gəlmişkən, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin, digər aidiyyatı dövlət qurumlarının gözlənilən təhlükələr və risklərlə bağlı dövlət və özəl sektor üçün, sadə istifadəçilər üçün tövsiyyələr verməsi doğru olardı”, - deyə O.Gündüz təkliflə çıxış edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

