Şərqlə Qərbi birləşdirən tranzit ölkə
31.03.2022 [10:06]
Beynəlxalq əhəmiyyətli yeni amillər yaradır
Taleh Ağaverdiyev
Dünya birliyinə inteqrasiya dövrün, zamanın tələbidir. Azərbaycan isə müstəqillik illəri ərzində özünün irimiqyaslı layihələri ilə, demək olar ki, bütün postsovet ölkələrini geridə qoyaraq dünyanın aparıcı dövlətləri sırasında layiqli yerini tutmağı bacarıb.
İndi sabitlik adasını tapmağın son dərəcə çətin olduğu, müharibələrin qızışdığı, adi və dinc həyat tərzini məhv etdiyi, dünyanın müxtəlif ölkələrini geosiyasi barrikadaların bu və ya digər tərəfini seçim etməyə məcbur edən bir dünyada, Azərbaycan özünə faydalı olan gündəliyi həyata keçirən, iqtisadi və siyasi sabitliyinin əsaslarını gücləndirən dövlətin nümunəsidir.
Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Gənc ölkə olmasına rəğmən, Azərbaycanın yürütdüyü balanslı siyasət ABŞ-ın və Avropa İttifaqının diqqətini cəlb edir.
Bu gün Ukraynada baş verən məlum hadisələri nəzərə alsaq, Avropa üçün vacib məsələlərdən biri də enerji təhlükəsizliyidir. Bu baxımdan, Aİ Azərbaycanı enerji təchizatının şaxələndirilməsi baxımından əsas dövlətlərdən biri hesab edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri Avropaya enerji resurslarının fasiləsiz çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan rəhbərliyinin çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti sayəsində bu gün Rusiya, ABŞ, Avropa ilə münasibətlərdə hər hansı disbalansdan danışmaq olmaz. Buna görə də indiki şəraitdə dünya liderləri, güc mərkəzləri üçün fikri tələb olunan və önəmli olan siyasətçilərdən biri məhz Prezident İlham Əliyevdir.
Azərbaycan öz siyasətində regional əməkdaşlığa da geniş üstünlük verir. Azərbaycan Prezidenti, əslində böyük bir region üçün yeni “bölünməz təhlükəsizlik” sisteminin memarlarından biridir və bu region cari onillik ərzində özünü təmin edən ekosistemə çevrilə bilər.
Son bir neçə ildə Azərbaycan region ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə qaldırıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri tarixi maksimuma çatıb, ölkələrimiz arasında tarixi sənəd - Şuşa bəyannaməsi imzalanıb. Bu gün qlobal və regional təhlükəsizlik məsələlərində iki dövlətin və bilavasitə ölkə rəhbərlərinin səyləri getdikcə daha mühüm rol oynayır.
Bu il Azərbaycan və İran iki ölkə arasında yeni kommunikasiyaların qurulmasına dair anlaşma memorandumu imzalayıb. Beləliklə, Azərbaycan və İran faktiki olaraq regionun iqtisadi xəritəsini kökündən dəyişəcək: Avrasiya, Azərbaycan, İran, Türkiyə və sonradan Avropa ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin əsası qoyulub. Bu memorandum Azərbaycan diplomatiyasının ciddi nailiyyətidir. Ölkələrimiz arasında münasibətlərə zərbə vurmaq üçün çox cəhd edən qüvvələr var idi, lakin Bakı və Tehran xalqlarımızın mənafeyinə xidmət edəcək tam etimad paradiqması qurdular.
Bundan əlavə bu il Azərbaycan və Rusiya arasında ölkələrimizin strateji tərəfdaşlığını yeni səviyyəyə çıxaran tarixi Moskva Bəyannaməsi imzalandı. Eyni zamanda, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir, bu ölkəyə ən böyük qaz ixracatçısıdır.
Azərbaycan bütün qonşuları ilə münasibətləri qarşılıqlı fayda prinsipi əsasında qurur və həmişə seçdiyi mehriban qonşuluq siyasətinə sadiq qalır. Təbii, belə münasibətlər qonşu ölkələrdə yüksək qiymətləndirilir və gələcəkdə həmin ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha möhkəm təməllər üzərində qurulmasına və inkişafına öz töhfəsini verir.
Azərbaycanın bütün dünya güc mərkəzləri ilə öz xarici siyasətinin bütün perimetri boyunca qurduğu maraqlar balansı və geoiqtisadi maraqlar bu gün Bakıya dünya və region üçün bərabər məsafəli və faydalı oyunçu və tərəfdaş olaraq qalmağa imkan verir. Bir sözlə, Azərbaycan bizimlə qonşu olan və öz inkişaf prioritetləri olan bütün xalqların rifahına xidmət edəcək beynəlxalq əhəmiyyətli yeni amillər yaradır. Prezident İlham Əliyevin təşəbbüsləri hamının mənafeyinə xidmət edir. Bizim ölkədə anlayırlar ki, müasir dövrdə dünyadan təcrid olunmuş bir dövlətin rifahı qeyri-mümkündür - bağlar və qarşılıqlı asılılıq həddindən artıq çoxdur. Ona görə də hamı ümumi rifahı düşünməlidir. Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin qeyd-şərtsiz dəstəklənməsi onu deməyə əsas verir ki, bu həqiqət artıq çoxlarına aydın olur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

