Dövlət və cəmiyyət: Birlikdə daha yaxşı gələcəyə doğru
22.07.2022 [10:37]
MÜBARİZ
Bir sıra hallarda ictimai və dövlət maraqları bir-birindən təcrid edilərək onların antaqonist mahiyyət daşıdığı vurğulanır. Əslində isə bu iki məfhum arasında hansısa sərhədlər çəkmək və fərqləndirmələr aparmaq doğru deyil. Uğurla inkişaf edən Azərbaycanın timsalında biz ictimai və dövlət maraqlarının vəhdət təşkil etdiyinin və bir-biri ilə uzlaşdığının şahidi oluruq. Ölkəmizdə dövlət tərəfindən yaxın və uzaq hədəflərə hesablanan məqsədyönlü siyasət həyata keçirilir və milli maraqlarımız yüksək səviyyədə təmin edilir. Deyə bilərik ki, ictimai və dövlət maraqlarının məharətlə uzlaşdırılması, onların unikal vəhdətinin təmin edilməsi Azərbaycanın davamlı inkişafının, ölkədəki uzunmüddətli sabitliyin və sarsılmaz həmrəyliyin əsas təkanverici qüvvəsi qismində çıxış edir.
İctimai iştirakçılığa çağırış
Biz ayrı-ayrı ölkələrin timsalında dövlətlərin sanki öz ətraflarında çəpərlər çəkdiyinin şahidi oluruq. Belə qapalı dövlətlərdə siyasi rəhbərliklə cəmiyyət arasında təmaslar məhdudlaşdırılır, qərarlar gizli şəkildə qəbul olunur və onların icrası zamanı cəmiyyətin iradəsi nəzərə alınmır. 18 ildir ki, Azərbaycan dövlətinin sükanını inamla idarə edən Prezident İlham Əliyev ictimaiyyət arasında olmağa, regionlara səfərlərə getməyə, problemlərlə yerindəcə tanış olmağa, məlumatları ilk mənbələrdən almağa üstünlük verir. Bu da dövlətin daxili siyasətinin səmərəliliyini artırır, ictimai və dövlət maraqlarının yüksək səviyyədə qorunmasını təmin edir. Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması mücərrəd deyil, konkret, real məzmun daşıyır. Biz daim dövlətin, şəxsən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ən kritik məqamlarda - yanğınlar, təbii fəlakətlər zamanı çətinliklərlə üzləşən insanların yanında olduqlarına şahidlik edirik. İctimai və dövlət maraqlarının bundan yüksək səviyyədə qorunmasının hansısa bir digər nümunəsini tapmaq çətindir. Adi bir vətəndaşın, hansısa etnik azlığın mənafeyinin qorunması elə dövlət maraqlarının təmin olunması anlamına gəlir. Prezidentin Onun tabeçiliyində olan məmurlardan əsas tələbi belədir: Müxtəlif vəzifələr tutan məmurlar bunu özləri üçün üstünlük, əlavə imtiyazlar kimi qəbul etməməlidirlər. Dövlət başçımız Özünü xalqın birinci xidmətçisi sayır və məmurlardan da belə sadə, təvəzökar və məsuliyyətli davranış tələb edir.
Korrupsiyanın, rüşvətxorluğun əhatə dairəsinin daraldılması ictimai və dövlət maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə diqqəti ona yönəldib ki, bu kimi məsələlərdə yalnız inzibati metodlarla daha böyük uğurlar qazanmaq mümkün deyil. Yalnız ictimai nəzarəti gücləndirməklə, cəmiyyətin fəallığını artırmaqla neqativ hallara, məmur özbaşınalığına qarşı mübarizədə səmərəliliyi artırmaq mümkündür. Dövlətimizin başçısı cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bu sahədə əslində yeni bir gündəlik müəyyənləşdirdi. Dövlət və ictimai maraqların qorunmasında bütün cəmiyyət aktiv iştirak etməlidir. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı: “Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir”.
Möhkəm hüquqi baza
Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. “İctimai bilgilərə çatım haqqında” (2005-ci il,1 yanvar), “İnformasiya əldə etmək haqqında” (2005-ci il, 30 sentyabr), “İctimai iştirakçılıq haqqında” (2014-cü il, 1 iyun) qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addımlar kimi qeyd etmək mümkündür.
Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri vətəndaşların ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlətin idarə olunmasında iştirak hüququnu və bu hüququ reallaşdırmağın yollarını özündə ehtiva edir. Əsas Qanunun 58-ci maddəsinə görə, hər kəsin siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ var. Vətəndaş cəmiyyətini təmsil edən təsisatların qərarların qəbul olunmasında iştirakı, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinin hüquqi əsasları da müvafiq qanunvericilik aktlarında əks olunub. “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununda ictimai iştirakçılığın 6 forması nəzərdə tutulub. Bunlar aşağıdakılardır: Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında ictimai şuralar, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı ictimai müzakirələr, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün yazılı məsləhətləşmə.
İctimai şuralar
Respublikamızda ictimai və dövlət maraqlarının təmin olunması üçün ictimai nəzarətin həyata keçirilməsi daha çox dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunur. Dövlət dəstəyindən bəhrələnən və maliyyə vəsaiti ilə təmin olunan ayrı-ayrı qeyri-hökumət təşkilatları ölkə üzrə ictimai və dövlət maraqlarının təmin olunmasında vətəndaş fəallığının artırılmasına nail olmaq məqsədilə çoxsaylı layihələr reallaşdırırlar və geniş maarifləndirmə tədbirləri həyata keçirirlər.
Son vaxtlarda isə qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin nəzdində İctimai Şuralar formalaşdırılıb. İctimai Şuralarda qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, həmkarlar ittifaqlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri təmsil oluna bilərlər. İctimai Şuralar bu və ya digər icra orqanlarının həyata keçirdiyi fəaliyyətlə bağlı müəyyən qiymətləndirmələr aparır və bu barədə ictimaiyyəti məlumatlandırırlar. Bir sıra qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Məsələlər üzrə Dövlət Komitəsinin nəzdindəki İctimai Şuralar aktivliyi ilə fərqlənirlər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

