Yeni çağırışlarla üz-üzə...
15.10.2022 [10:38]
“Böyük Qayıdış” proqramının icrası davam edir
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Vətən müharibəsində qazanılan qələbə torpaqlarımızın erməni işğalından azad olunmasını təmin etdi. Bu qələbə həm də 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan yüz minlərlə vətəndaşımızın yenidən öz doğma yurd-yuvalarına qayıtması deməkdir.
Azərbaycan dövlətinin qısa zaman ərzində apardığı böyük quruculuq işləri onu deməyə əsas verir ki, həmin torpaqların əsl sakinləri yaxın illərdə öz yurdlarına qovuşacaqlar. Təbii ki, bunun üçün bəzi məsələlər öz həllini tapmalıdır. İlk növbədə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsizliyi, sabitliyi təmin edilməlidir. Digər tərəfdən isə Ermənistan öz təxribatçı əməllərindən əl çəkməlidir. Bu mənada, ən böyük təhdidlərdən biri Ermənistanın Azərbaycan ərazilərinə basdırdığı minalardır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında da bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır: “Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”.
Bununla bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan vəziyyət erməni vandalizminin ağır nəticələridir. Bununla belə, Azərbaycan dövləti bütün gücünü səfərbər edərək həmin torpaqların abadlaşdırılması, yenidən qurulması üçün fəaliyyət həyata keçirir. Partiya rayon təşkilatının sədri vurğulayıb ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər xarici ölkə nümayəndələrinin işğaldan azad olunan ərazilərdə törədilən vəhşilikləri öz gözləri ilə görməsinə imkan yaradır: “Bu məkanlara səfər edənlər erməni faşist ideologiyası, vandallığı, terrorçu siyasəti ilə bağlı həqiqətləri öz gözləri ilə görürlər. Otuz ilə yaxın bir müddətdə ermənilərin işğalda saxladığı ərazilərimizdə şumlama əməliyyatının həyata keçirildiyinin şahidi olurlar. Oktyabrın 5-də Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu da şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün uğurlu platformadır. Artıq Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Forumdakı çıxışında Prezident İlham Əliyev bildirdi ki, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Dövlətimizin başçısının bildirdiyi kimi, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: “Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. Görülən işlərin miqyası böyükdür. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşacaq layihələr deməyə əsas verir ki, sakinlər əzəli torpaqlarına tezliklə qayıdacaqlar”.
A.Süleymanov onu da əlavə edib ki, güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir: “Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksədilməsi və işlə təmini istiqamətində tədbirlər görməkdədir. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

