Nümunəyə çevrilən xalq həmrəyliyi
23.12.2022 [10:13]
Nicat Dilqəmli
Həmrəylik və milli birlik ideyası xalqların vahid, ümumi, ortaq bir məqsəd və ya məqsədlər ətrafında birləşməsində böyük əhəmiyyətə malikdir. Qloballaşan dünyada doğulduğu, yaşadığı coğrafi məkandan asılı olmayaraq Vətənə bağlılıq hissləri, həm də fərdlərin şəxsiyyət kimi formalaşmasını müəyyənləşdirən əsas göstəricilərdən biri hesab edilir. Bu yerdə həmrəyliyin Azərbaycan nümunəsi böyük fəxarət hissi ilə qeyd edilməlidir. Dövlət müstəqilliyi qazanıldıqdan sonra diaspor quruculuğu sahəsində ölkəmizdə mühüm işlər həyata keçirilib, yüksək nailiyyətlər əldə edilib. Azərbaycanda diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hər zaman ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların birliyi, onların təşkilatlanması kimi məsələləri xüsusi olaraq diqqət mərkəzində saxlayıb.
Sevindirici haldır ki, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Məqsədyönlü siyasətin uğurlu nəticəsi 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha nümayiş etdirdi. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın vahid bir amal uğrunda birləşməsi parlaq qələbəni şərtləndirən əsas amillərdən biri oldu.
Vətən müharibəsi dövründə olduğu kimi, sonrakı mərhələlərdə də - istər işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-bərpa-quruculuq işlərində, istərsə də digər əhəmiyyətli məsələlərdə dünya azərbaycanlıları yüksək həmrəylik nümunəsi nümayiş etdirirlər.
Yeri gəlmişkən, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası artıq iki həftəyə yaxındır davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər.
“Təəssüflər olsun ki, hələ də rus sülhməramlıları müşahidə-monitorinq missiyasının yataqlara daxil olmasına əngəl törədir. Verəcək bir cavabları olduğunu düşünmürəm. Çünki yataqlarda aparılan müşahidə qanunsuz istismarın çapını ortaya çıxaracaq. Bu da növbəti dəfə ekoloji terrorda iştirak edən tərəflərin gün üzünə çıxması ilə nəticələnəcək”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında aksiyada müşahidəçi qismində iştirak edən politoloq Tural İsmayılov səsləndirib. T.İsmayılov Şuşa-Xankəndi yolundakı aksiyada növbəti dəfə iştirakından da bəhs edərək təəssüratlarını bölüşüb: “Keçirilən aksiyanı müşahidə etdim. Aksiya iştirakçıları böyük əzmlə tələblərini səsləndirirlər. Bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına növbəti dəfə nümayiş etdirirlər. Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatları söhbət milli maraqlardan gedən zaman necə birlikdə olmağı hər kəsə yaxşı nümayiş etdirdilər. QHT-lər tərəfindən milli birlik modeli bütün dünyaya ən uğurlu şəkildə nümayiş olundu”.
Politoloq onu da qeyd edib ki, istənilən halda, vətəndaş cəmiyyətinin milli məsələlərdə fəallığı və iradə nümayişi qeyri-hökumət təşkilatları sahəsində aparılan islahatların nəticəsidir: “Çünki bu sahədə böyük işlər görülüb, agentlik təkmilləşdirilib və QHT-lərin inkişafı üçün dövlət tərəfindən yardımlar ayrılıb. QHT sektorunda aparılan uğurlu islahatların nəticəsi bu gün özünü aydın şəkildə göstərir. Eyni zamanda vətəndaş cəmiyyətinin inkişafında ardıcıl dövlət dəstəyi bu gün bəhrəsini verməkdədir”. Tural İsmayılovun sözlərinə görə, bu gün qeyri-hökumət təşkilatları bir çox sahələr üzrə uğurla fəaliyyət göstərirlər: “Həmçinin QHT-lər şəffaflığın təmin olunmasında da mühüm rol oynayırlar. Bu gün vətəndaş iştirakçılığının genişlənməsi, QHT-lərin millətin, dövlətin taleyi üçün vacib məsələlərdə tək yumruq olması Azərbaycanda vətəndaş cəmiyyəti institutunun bütün dünyaya örnək model kimi inkişaf etdiyini söyləməyə əsas verir. Aksiyanın siyasiləşdirilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatların heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Aksiya müşahidəçisi kimi görürük ki, burada heç bir siyasi şüarlar səsləndirilmir. İnsanların burada toplaşmasının mahiyyəti isə siyasi deyil. Aksiya ekofəalların və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiyamıza qarşı həyata keçirilən terrora etirazını ifadə edir. Günlərdir yüzlərlə insan ekoterrora etiraz etsə də, dünya bu etirazları görməyəcək qədər ədalətsiz olduğunu bir daha göstərmiş olur”.
İstər Şuşa-Xankəndi yolundakı aksiya, istərsə də digər addımlar həm Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçilərinin uğurla fəaliyyət göstərdiyini, həm də həmrəyliyimizi növbəti dəfə daha aydın şəkildə ifadə edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

