Sözü qılıncdan kəsərli Lider
11.01.2023 [11:17]
Azərbaycanın 44 günlük informasiya müharibəsi siyasəti
Günel ABBAS
Azərbaycan erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Prezident İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə mühüm rol oynadı. Prezident İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Odur ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz iradəsi və potensialını nümayiş etdirdi. O bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sözünü dedi, bütün dünyaya göstərdi ki, heç bir halda torpaqlarının bir qarışından belə imtina etməyəcək: “Həmin müddətdə Ermənistanın saxta təbliğat maşını artıq keçmişdə qalmış münaqişə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edirdi. Son illərdə Ölkə Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaqla yanaşı, həm də qəbul etdirməyi də bacardı. Əslində, Vətən müharibəsinə qədər bizim qələbəmizin siyasi əsasları və elementləri artıq mövcud idi. Azərbaycan onun ardınca da hərbi qələbə qazanaraq torpaqları işğaldan azad etdi.
Çox mühüm bir məqamı da xatırlatmaq istərdim: Şuşa Bəyannaməsinin imzalandığı ərazi dağıntılardan ibarət idi. İki dövlət başçısının bəyannaməni imzaladıqları yerin fonu məhz Ermənistanın törətmiş olduğu dağıntılar idi. Bu tarixi hadisə dünya mediası, dünya ictimaiyyəti tərəfindən çox yaxından izlənilirdi. Ona görə də Ermənistanın vandalizminə məruz qalmış məkanın fon kimi seçilməsi təsadüfi deyildi. Cənab Prezident burada da strateji baxış sərgiləyərək Ermənistanın törətdiyi dağıntıların izlərini də dünyaya növbəti dəfə nümayiş etdirdi. Bir sözlə, Azərbaycanın beynəlxalq informasiya məkanında mövqelərini inamla qoruyaraq Ermənistanın təcavüzkar dövlət obrazını dünyaya tanıtmaqda davam edir. Ona görə də hərbi qələbəmizin ardınca informasiya mübarizəsində qazandığımız qələbəmizin əlamətləri də göz önündədir. Bundan sonra isə Ermənistanın həqiqətləri təhrifetmə istiqamətdəki fəaliyyəti ya tam nəticəsiz, ya da çox zəif olacaq”.
Deputat Cavid Osmanov isə bildirib ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsində ölkəmizin ən güclü silahlarından biri də onun informasiya mübarizəsi idi: “Azərbaycan həm hərb, həm də informasiya meydanında qalib gəldi. Elə informasiya müharibəsinə də Prezident İlham Əliyev rəhbərlik edirdi. İkinci Qarabağ müharibəsi dövründə Prezidentin dünya ölkələrinin 30-dan çox KİV-nə müxtəlif səviyyələrdə verdiyi müsahibələr bizə bu istiqamətdə də uğur qazandırdı. Dövlət başçısının ensiklopedik biliyə sahib olması, bütün sahələrə dair verilən sualları beynəlxalq hüquq normalarına uyğun formada, haqq və ədaləti qoruyaraq, səbrli və təmkinli şəkildə cavablandırması ciddi əhəmiyyətə malik idi. Prezident bəzən sual verənlərin qərəzli mövqelərini ifşa edir, onların özünü ittiham edirdi. Bu, bizə böyük uğur qazandırdı. Həmin dövrdə jurnalistlərimiz, bütün media orqanları da Prezidenti nümunə götürərək silaha sarıldı. “Silah” dedikdə burada jurnalistin peşə silahından - sözündən, qələmindən söhbət gedir. İkinci Qarabağ savaşında yüksək səviyyədə aparılan informasiya müharibəsi Azərbaycanın Zəfər çalmasına zəmin yaradırdı. Bütün bunların nəticəsidir ki, biz ədalətsizliklə idarə olunan dünyanı öz haqq işimizə inandıra bildik. Azərbaycan bütün dünyaya izah etdi ki, ədalətli müharibə aparır. İnformasiya müharibəsində düşmənin vandallığını ifşa edən Azərbaycan qələbə qazanmağa nail oldu”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

