XXI əsrin bacarıqları
27.01.2023 [10:32]
MÜBARİZ
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə səciyyələn indiki dövrdə Azərbaycanda da qarşıya yeni çağırışlar çıxıb. Bunlardan biri də yüksək İKT bacarıqlaına malik olan kadrların yetişdirilməsi ilə bağlıdır. Hazırda ölkə miqyasında həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində, aqrar sektorda, sənayedə elektron tətbiqlərin əhatə dairəsi sürətlə genişlənir. Yaxşı haldır ki, respublikamızda İKT bacarıqlarına malik kadrlara artan tələbatı qarşılamaq üçün təhsil proqramları yenilənir, orta və ali məktəblərdə təhsilalanlara dördüncü sənaye inqilabı ilə bağlı geniş nəzəri biliklər verilir və müvafiq vərdişlər aşılanır. Ölkə üzrə “STEAM Azərbaycan” (Science, Technology, Engineering, Art & Math) layihəsinin tətbiqinə başlanılması bu sahədə atılmış çox mühüm addımdır.
STEAM-in hədəfləri
Respublikamızda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM təhsil metodu Elmin (Science), Texnologiyanın (Technology), Mühəndisliyin (Engineering), İncəsənətin (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər bu kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihə 6-cı sinifdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur. Tədris proqramında layihəyə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat ayrılıb.
Genişlənən əhatə dairəsi
Qısa müddətdə ölkə üzrə STEAM-in əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, hazırda layihə ölkə üzrə 318 məktəbi əhatə edir. “Bu məktəblərin 126-sı regionlarda, 192-si isə Bakıda yerləşir. Həmçinin 22 STEAM mərkəzi mövcuddur. Hazırda 103 min şagird layihəyə cəlb olunub. 2026-cı ilə qədər isə onların sayının 280 minə çatdırılması hədəflənib”, - deyə layihənin rəhbəri əlavə edib.
2022-ci ildə Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala məktəblərində və digər ünvanlarda yeni STEAM mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin bu il Cəlilabad Peşə Liseyi, Qax şəhəri 2 nömrəli tam orta məktəb, Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey və Ağdam rayonu Baharlı kəndində yeni STEAM mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Ölkədə təhsialanlarda STEAM-ə marağı artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil olunur. 2022-ci il dekabrın birinci ongünlüyündə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı” keçirilib. Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, KİV nümayəndələri və xaricdən gələn qonaqlar iştirak ediblər.
SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Festivalda, ümumilikdə, 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-?i xarici ölkə, 442-?i isə yerli iştirakçılar olublar. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.
Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Bakıda yeni “STEAM İnnovasiya Mərkəzi”
Respublikamızda təhsildə yeni yanaşmalara yol açan və təhsialanlarda XXI əsr bacarıqları formalaşdırmağı hədəfləyən STEAM layihəsinin səmərəliliyini artırmaq məqsədilə zəruri infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. 5 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışı baş tutub. “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.
“STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər. Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

