Xalqımızın zəngin mənəvi sərvəti
11.02.2023 [11:20]
Milli adət-ənənələrimizi qorumalıyıq...
Yeganə BAYRAMOVA
Hər bir milləti tanıdan və digər xalqlardan fərqləndirən ən vacib amillərdən biri onun adət-ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Ölkəmiz zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Azərbaycan hər zaman özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət-ənənələrimiz var. Bütün bunlar millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz mənəvi körpü rolunu oynamaqdadır
Mövzu barədə “Yeni Azərbaycan”a danışan sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, son illər Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində kifayət qədər böyük işlər görülüb: “Azərbaycanlılar bütün dövrlərdə mütərəqqi adət-ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hisslərini təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli-mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət-ənənələrimizin zənginliyini göstərir.
Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri var”.
Sosioloq qeyd edib ki, adət-ənənələr min illər ərzində formalaşır. Hər 50-100 ildən bir kimlərsə, bu adət-ənənəni dəyişdirərsə, onda 500 ildən sonra bu millətdən əsər əlamət qalmaz: “Hesab edirəm ki, adət-ənənələrə hədsiz dərəcədə ehtiyatla yanaşılmalıdır. Əlbəttə, müasirliyin əleyhinə deyilik. Ancaq bu müasirlik xalqın adət-ənənəsinin əleyhinə olmamalıdır. Müasirlik deyərkən, milli mentalitetimizə yad olan əxlaqın, müəyyən yaşam tərzinin, prinsiplərinin həyatımıza daxil olmasını qəbul edə bilmirəm. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq, o təməllər üzərində böyük mədəniyyət yaradıb. Ululardan bizə yadigar qalan bir çox adət və ənənələr var ki, onlar kiçik dəyişikliklərə uğrasalar da kökləri xalqımız tərəfindən qorunub. Bu gün də sözügedən adət-ənənlərimiz xalqımızın ümummilli dəyəri olaraq öz yerini qoruyub saxlamalıdır”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, ölkəmiz sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayır. Azərbaycan bundan sonra da nailiyyətlərə imza ataraq tarixin zamanına möhürünü vuracaq: “Təbii ki, sabitlik olmadan hansısa inkişafdan, rahat, firavan həyat tərzindən danışmaq, milli dəyərlərin təbliğindən söz açmaq qeyri-mümkündür. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur. Azərbaycan mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkəmizdə fərqli dini konfessiya nümayəndələrinin müxtəlif mədəniyyətlərə mənsub insanların birgə yaşadığı günümüzün reallığıdır. Heç vaxt onlara qarşı dözümsüzlük nümayiş etdirilmədiyi də bəllidir ki, məhz bu da tolerantlıq nümunəsidir. Azərbaycan dövlətinin, xalqımızın bu ölkə ərazisində yaşayan insanlara tolerant münasibəti qədim dövlətçilik ənənələrimizə sadiqlikdən irəli gəlir. Bu gün də öz dövlətçilik tarixinin, milli mədəniyyətinin, multikulturalizminin və tolerantlığının qorunması, təbliği və inkişafı üçün Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə həyata keçirir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır. Müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Bütün bunlar öz növbəsində dövlətin məqsədyönlü, düşünülmüş şəkildə uğurla idarə olunduğunu təsdiqləyir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

