Milli dəyərlərin ideoloji təməli
14.02.2023 [10:30]
Azərbaycançılıq ideologiyası - xalqımızı birləşdirən dəyər!
Mübariz Abdullayev
Azərbaycançılıq xalqımızın ideologiyası olmaqla dövlətimizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra O, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdıraraq, bunu belə ifadə edirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən diaspor, lobbi quruculuğu məsələlərinə xüsusi diqqətin ayrılması böyük sevinc və fəxarət hissi ilə qeyd edilməlidir. Bu yerdə ölkə başçısının 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi xüsusi vurğulanmalıdır. Belə ki, bu əlamətdar hadisə diaspor quruculuğu işinə yeni nəfəs verməklə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmış oldu. Qurultayın keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət idi. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından böyük əhəmiyyətə malik olan bir tarixi hadisə kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu günə qədər bu istiqamətdə xeyli sayda uğurlu addımlar atması, dünya azərbaycanlılarının vahid bir amal uğrunda mütəşəkkil qaydada həmrəylik nümayiş etdirməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirməsi hər kəsə bəllidir. Görülən işlərin miqyası olduqca genişdir. Bütün bunlara baxmayaraq, unutmaq olmaz ki, bu sahədə qazanılan uğurların, əldə olunan nailiyyətlərin davamlı xarakter alması, daha da inkişafa nail olunması üçün dövlətlə yanaşı, qeyri-hökumət təşkilatlarının, o cümlədən ziyalıların, elm və mədəniyyət qurumlarının da üzərinə mühüm vəzifələr düşür.
Sevindirici haldır ki, bu günə qədər dövlət tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən azərbaycançılıq ideyasının təbliği istiqamətində xeyli sayda müsbət nəticələr əldə edilib. 44 günlük Vətən müharibəsi dövründə dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz milliyətindən, irqindən, dinindən asılı olmayaraq Azərbaycanın haqq işində sözün bütün mənalarında bir olmaq, həmrəy olmaq nümunələrini bütün dünyaya nümayiş etdirdi. Xalqımızın birliyi dünya ictimaiyyətinin diqqətinə Ermənistan tərəfindən 30 ilə yaxın bir müddət ərzində uydurulan yalanların əsl mahiyyətini, nəyə xidmət etdiyini, digər bir tərəfdən, Azərbaycan həqiqətlərini aydın şəkildə çatdırmış oldu.
Tarixən humanizm, insanlıq, milli dəyərlərə sadiqlik kimi bir çox prinsiplərə malik olan Azərbaycan vətəndaşları - xalqımız bu gün də zərurət yarandığı anda bütün sahələrdə öz imkanlarını səfərbər edirlər. Qardaş ölkədə yaşanan faciəvi hadisələrin nəticələrinin aradan qaldırılmasında birbaşa iştirak etmələri kimi. Məlum zəlzələnin baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan dövləti ilə bərabər, bütün sadə vətəndaşlarımız da qardaş Türkiyəyə öz dəstəklərini ən müxtəlif yollarla ifadə etməyə başladılar. Hazırda vətəndaşlarımız Türkiyəyə öz imkanları daxilində, könüllü şəkildə maddi yardımlar göstərməyə davam edirlər. Bununla yanaşı, könüllülərdən ibarət bir qrup gənc də qardaş ölkəyə yollanıb. Onlar baş vermiş təbii fəlakət hadisəsi nəticəsində yaralanan şəxslərə lazımi dəstəyin göstərilməsində, görülən işlərdə türk qardaşlarımızla çiyin-çiyinə xidmət aparırlar.
Bütün bunlar bir daha Azərbaycan dövlətinin iradəsini, xalqımızın həmrəyliyini, birliyini bir daha nümayiş etdirir. Tarixən humanizm, insanpərvərlik kimi ümumbəşəri prinsipləri özünün əsas ideoloji prinsiplərindən biri olaraq müəyyən edən xalqımız, heç şübhəsiz, bundan sonra da öz gücünü, iradə və əzmini ortaya qoymağa qadirdir.
Dövlət başçımızın da söylədiyi kimi, biz birlikdə güclüyük!
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

