Media şayiə platformasına çevrilməməlidir
03.03.2023 [10:46]
İctimai və dövlət maraqlarının qorunmasında medianın rolu
Hər bir cəmiyyətin ən başlıca məqsədlərindən biri də ictimai və dövlət maraqlarının qorunmasıdır. Elə ona görədir ki, bu maraqların müdafiəsinin təmin edilməsi hər zaman aktuallığını qoruyub saxlayır. Ölkəmizdə də dövlət, milli və ictimai maraqların müdafiəsi prioritet təşkil edir. Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Bu gün isə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
İctimai və dövlət maraqlarının qorunmasının təbliğ edilməsində, insanlar arasında bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılmasında medianın xüsusi yeri və rolu var. Çünki siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlətin maraqlarını qorumalıdır. Təsadüfi deyil ki, dövlət başçımız da çıxışlarında bu məsələ haqqında dəfələrlə söz açıb. Ölkə rəhbəri xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərində daim mətbuatın milli maraqlardan çıxış etməli olduğunu aktual məsələ kimi vurğulayıb.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan media eksperti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət medianın vəzifəsinin birbaşa olaraq ictimai maraqlara xidmət etmək olduğunu diqqətə çatdırıb. A.Həsrət deyir ki, bəzi məqamlarda media dövlət maraqlarına zidd davranmamalıdır, davrana bilməz: “Media dövlətin xidmətçisi deyil. Bu, belə qəbul edilir və bütün dünyada belədir. Media əlbəttə ki, dövlətin kursunu bu və ya digər şəkildə zədələməyəcək fəaliyyətlə məşğul olmalıdır. Buraya ümumi təhlükəsizlik, dövlət sirri, ümumiyyətlə isə, cəmiyyətdə bu və ya digər şəkildə qarşıdurmalara səbəb olacaq məsələlər aiddir. Yəni, bu, o demək deyil ki, birbaşa dövlətin nəzarətində olmalıdır, yaxud dövlətin göstərdiyi yolla getməlidir, sadəcə olaraq, dövlət maraqlarının təhlükəyə düşürülməsinə yol verməməlidir. Medianın davranışları elə olmalıdır ki, dövlət təhlükəsizliyi məsələsi də zərər görməsin”.
Ekspert cəmiyyəti maraqlandıran istənilən məsələ ilə bağlı informasiyanın medianın üzərindən, üstəlik də media etikası çərçivəsində, qanunlar çərçivəsində yayımlanmasının cəmiyyət üçün böyük xidmət olduğuna diqqət çəkib: “Digər tərəfdən, cəmiyyətin informasiya əldə etmək hüququ var və bunu da çağımızda daha çox media üzərindən etmək imkanları var. Belə bir şəraitdə vətəndaşların bilmək, öyrənmək hüquqlarının təmin edilməsi baxımından medianın vəzifəsi ən üstün vəzifədir. Yəni, media mənbəyindəki ictimai faydalı informasiyanı əldə edib, geniş auditoriyaya ötürəcək bir vasitədir. Bu baxımdan, medianın vəzifəsi, əlbəttə ki, ictimai maraqlara yüksək səviyyədə xidmət etməkdir”.
A.Həsrət medianın bütün dünyada özünütənzimləmə üzərində olduğunun qəbul edildiyini vurğulayaraq medianın kənar, üçüncü bir qüvvə tərəfindən idarə olunmasının, tənzimlənməsinin qəbuledilməz olduğunu bildirib: “O cümlədən də Azərbaycan Respublikasında Konstitusiya çərçivəsində medianın işinə dövlət qarışmır, media özü-özünü tənzimləyir. Bəs, necə tənzimləyir? Dövlət bunun üçün qanunları çıxarıb, həmin qanunlar birmənalı olaraq media ictimaiyyətinin iştirakı ilə qəbul edilib. İndi bizdə ümumi, geniş həcmli Media haqqında Qanun var, bu qanun əsas qanunumuzdur. Bundan başqa, medianın tənzimlənməsində iştirak edən əlavə qanunlarımız da var. Əlavə olaraq, medianı özünütənzimləmə, idarə etmə qurumları fəaliyyət göstərir. Onların başında bir nömrəli təşkilat olaraq Mətbuat Şurası dayanır. Ondan başqa, ayrı-ayrı jurnalist birlikləri və digərləri. Bu təşkilatlar medianın özünütənzimləmə qurumlarıdır. Onlar əlbəttə ki, medianın bütün məsələlərini tənzimləmirlər, hərəsi öz profilinə uyğun məsələlərdə medianın tənzimlənməsində iştirak edir. Amma bütün bunlar baş verərkən medianın müstəqil fəaliyyətinə bu və ya digər şəkildə müdaxilədən söhbət gedə bilməz”.
Ekspert deyir ki, media hər şeydən əvvəl qızışdırıcılıqdan uzaq olmalıdır, şaiyə yaymaq üçün platformaya çevrilməməlidir, verilən xəbərin (yazı, görüntü və s.) məsuliyyət hissi arxa plana keçirilməməlidir: “Hər hansı bir jurnalist və ya media qurumu efirə, oxucusuna, tamaşaçısına, dinləyicisinə nəyisə təqdim edərkən onun doğura biləcəyi nəticələri də əvvəlcədən götür-qoy etməlidir. Elə informasiya var ki, onun təqdim edilməsi cəmiyyətdə qarşıdurma yarada bilər, insanları bir-birinə qarşı qoya bilər, yaxud elə həssas informasiyalar var ki, onların verilməsi insanlara mənfi təsir edə bilər. Bu məqamlar media etikası çərçivəsində də öz həllini tapıb. Yəni media məsələlərə dağıdıcı deyil, qurucu kontekstindən yanaşmalıdır”.
“Deyilənlərdən əlavə, düşünürəm ki, media özünün həqiqətən də yüksək dəyərlərə söykənən xidməti, fəaliyyəti ilə cəmiyyətin önündə olmalıdır. Yəni, “mən jurnalistəm” deyib ortalığa düşən, yeri gəldi-gəlmədi jurnalist olduğunu gözə soxan adamlar media adından çox ciddi təhlükə təşkil edir. Özünə jurnalist deyən, jurnalistika ilə məşğul olan adamlar bundan çəkinməlidirlər. Digər tərəfdən, media xəbər və ya şərhlər, başqa materiallar yayarkən mütləq və mütləq bu informasiyadan insanların nə əldə edəcəyini düşünməlidir. Əgər cəmiyyət veriləcək informasiyadan ciddi zərər görəcəksə, belə bir ehtimal varsa, fikrimcə, jurnalistlər o cür informasiyaların yayılmasından çəkinməlidirlər. Cəmiyyətə faydalı ola biləcək, insanların əhvali-ruhiyyəsini yüksəldəcək, mövcud problemlərin həllinə xidmət edəcək informasiyaların tirajlanmasına çalışmaq lazımdır”, - deyə A.Həsrət fikirlərinə yekun vurub.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

