Hədəfimiz ən yaxın zamandır
09.06.2023 [10:50]
“Böyük Qayıdış”ın tam reallaşdırılmasına doğru
Günel ABBAS
Baş verən geosiyasi proseslər, qlobal pandemiya və digər mənfi təsirlər fonunda ayrı-ayrı ölkələrin iqtisadi inkişafla bağlı ciddi problemlərlə üzləşdiyi heç kəsə sirr deyil. Ancaq respublikamız daxili resurslarına istinad etməklə və preventiv tədbirlər görməklə belə mənfi təsirləri önləməyə nail olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır.
Respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Belə ki, milli iqtisadiyyatda makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində rəqabətqabiliyyətlilik və məhsuldarlıq xeyli artıb, daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizin maliyyə müstəqilliyinin təmin olunması böyük uğurdur: “Hazırda Azərbaycan dünya miqyasında donor təşkilatlarından, beynəlxalq maliyyə qurumlarından asılı olmayan azsaylı ölkələr sırasında yer alır. Respublikamızın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Müqayisə aparsaq görərik ki, ayrı-ayrı ölkələr məcburiyyət qarşısında qalaraq borclanma siyasətinə əl atırlar. Azərbaycan isə əksinə, xarici borcun azaldılması strategiyasını qəbul edib.
Azərbaycan iqtisadiyyatında neft-qaz amili xüsusi yer tutur. Dövlət başçımızın qeyd etdiyi kimi, son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Uğurlu enerji siyasəti sayəsində ölkəyə gələn vəsaitlərin bir hissəsi məqsədyönlü şəkildə neft və qazdan kənar sahələrin inkişafına yönəldilir. Bu da öz bəhrəsini verir. Artıq ölkə üzrə ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür”.
Deputat qeyd edib ki, uğurlu inkişaf Azərbaycanı özünün əsas hədəfinə çatmasına - iqtisadi müstəqilliyə nail olmasına imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkənin siyasi müstəqilliyini şərtləndirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Bildiyiniz kimi, dövlət başçısının imzaladığı müvafiq sərəncamla təsdiqlənən sənəddə yeni strateji mərhələdə ölkəmizdə reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” kimi mühüm prioritetlərdir”.
Onun sözlərinə görə, artıq “Böyük Qayıdış” milli prioritetinin həyata keçirilməsinə başlanıb: “Ölkənin perspektiv planlarında təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Bu mənada, “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək. İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri yeni yanaşmalar əsasında reallaşdırılır. Həmin ərazilərdə tamamilə yeni, müasir standartlar əsasında layihələrin icrası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri Prezident İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunub. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət göstərəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

