Dini və milli tolerantlıq...
23.06.2023 [10:50]
Multikulturalizm həyat tərzimizdir...
Son dövlərdə dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xətlə inkişaf etməsi müşahidə olunmaqdadır. Qlobal problemə çevrilməkdə olan bu amil özündə olduqca mənfi təzahürləri əks etdirir. Belə bir hal insanlar arasında uçurum yaradır. Bütün bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Vurğulanmalıdır ki, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Əhalisinin böyük bir qisminin müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidər, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarını, dini rituallarını keçirilməsi üçün şərait yaradır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Ölkəmizdəki tolerant mühitlə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar həyata keçirilir. Millət vəkili qeyd edib ki, ölkəmiz həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində mühüm rol oynayır: “Ölkəmizdəki multikultural cəmiyyətdən söz açarkən qeyd etmək vacibdir ki, bu məsələ heç də kənardan göründüyü qədər sadə bir məsələ deyil. Əslində, bu mühitin formalaşmasına əsrlərlə vaxt lazımdır və bu amil mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi qatlara malikdir. Dözümlülük hər zaman müsbət amil kimi dəyərləndirilib. Eyni zamanda ölkəmizdə müşahidə olunan multikultural dəyərlərə hörmətin də əsasında daha çox bu nüans dayanır”.
Ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Millət vəkili deyib ki, respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğının Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini söyləyən millət vəkilinin fikrincə, bu siyasət sayəsində dövlət dini icmalara xüsusi ehtiram ilə yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir: “Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl əgər 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bugünədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində sözügedən mərkəz müstəsna rola və əhəmiyyətə malikdir. Ümumiyyətlə, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür”.
C.Məmmədovun sözlərinə görə, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi olduqca mühüm bir məsələdir. “Digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar ardıcıllığı ilə yanaşı, həm də dərin fəlsəfi məzmuna malikdir. Azərbaycan dövləti dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda möhtəşəm işlər aparır. Din sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş və hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq isə sözügedən sahənin daim dövlət himayəsinə və qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

