Orta məktəblərdə din tədris olunmalıdırmı?
25.07.2023 [11:15]
Günel ABBASOVA
Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır.
Komitə sədrinin sözlərinə görə, Həyat bilgisi fənninin içərisində dinlə əlaqəli xüsusi dərs keçilmir, sadəcə müəyyən bilgilər var. O qeyd edib ki, ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır.
Ehtiyac var?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var: “Azərbaycan cəmiyyətində bu mövzu geniş müzakirə olunur. Yanaşmalar fərqlidir. Mən əvvəl də demişdim ki, Azərbaycan məktəblərində dinlər haqqında məlumat verilməsinə ehtiyac var. Bu məsələ qaldırılanda bəzi insanlar məktəblərdə dini fənlərin tədris ediləcəyini güman edirlər. Xeyr, burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri formalaşsın”.
Onun sözlərinə görə, əks halda gənclər zərərli mənbələrə müraciət edirlər: “Mən sosial şəbəkələri davamlı olaraq təhlil edirəm. Demək olar ki, bütün dinlər, təriqətlər sosial şəbəkələrdə fəal təbliğat aparırlar. Onların çox böyük izləyiciləri var. Biz gənclərə özümüz bu bilgiləri vermədikdə, onlar informasiyaları ayrı-ayrı, xüsusilə də zərərli mənbələrdən alırlar. Bu da bəzi gənclərin beyinlərinin zərərli fikir və təlimlərlə çirklənməsinə aparıb çıxarır”.
Millət vəkili qeyd edib ki, sözügedən məsələ ilə bağlı geniş məlumatların verilməməsi acı nəticələrlə üzləşməyimizə səbəb ola bilər: “Bu gün belə fikirlər səsləndirilir ki, məktəblərdə “Həyat bilgisi” dərsi keçirilir və orada verilən məlumatlar yetərlidir. Mənim fikrimcə isə əslində verilən bilgi yetərli deyil. Biz gənclərimizə daha geniş məlumat verməliyik. Biz bunu etməsək, onun acı nəticələri ilə birmənalı olaraq üz-üzə qalacağıq. Düşünürəm ki, bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Gec-tez bu məsələyə gələcəyik. Nə qədər ki, çox gənc yad düşüncə və ideologiyalarla zəhərlənməyib, biz sözügedən prosesə başlamalıyıq. Bu gün qəbul etsək də, etməsək də Azərbaycan cəmiyyətində xüsusən gənclər, yeniyetmələr arasında dindarlaşma prosesi olduqca sürətlə gedir. Əsas zərərli təriqətlərin, dinlərin haqqında məlumatlar verməliyik ki, onlarda immunitet formalaşsın. Hesab edirəm ki, bunun üçün bizim imkanlarımız var. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Oranı bitirən gənclərimiz orta məktəblərdə bu fənləri tədris edə bilərlər. Biz bu işə pilot layihələrlə başlayıb prosesi yoxlaya, daha sonra digər istiqamətlərdə addımlarımızı ata bilərik”.
Din xadimləri nə deyir?
İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, 1997-1998-ci illərdən belə o vaxt Təhsil Nazirliyində dini dərslərin tədris olunması təklifi var idi: “O gündən bu günə qədər ölkəmiz böyük bir məsafəni qət elədi, amma hələ də bu məsələ problem olaraq qalmaqdadır. Xüsusi qeyd etmək istərdim ki, ilahiyyat dərsləri yük deyil, əksinə yükü azaldan dərslərdir. Bu dərslər insanın mənliyinə, mənəviyyatına, ruhuna, vicdanına, sevgisinə xitab edir. Ona görə də bu dərsi digər dərslər kimi görmək uyğun deyil. Əslində, bu dərslər bizə çox şeylər qazandıra bilər. Ən böyük üstünlük budur ki, yeni nəsil öz milli kültürünə, milli-mənəvi dəyərlərlərinə, xüsusilə də mənəviyyatına bağlı olaraq formalaşacaq. Hansı ki bu mənəvi dəyərlərin təbliği ilə böyüyən nəsil 44 gündə Qarabağı bizə qazandırdı”.
Onun sözlərinə görə, məktəb dövlətin beyni sayılır: “Əgər bizim məktəblərimizin içərisində mənəviyyatı yüksək olan uşaqlarımız çox olacaqsa, bu o deməkdir ki, gələcəyimiz də daha parlaq olacaq. Düzdür, İlahiyyat universitetində bu biliklər öyrədilir. Ancaq bu təhsil ocağı yeni açılıb, öz müəllimlərini, kontingentini, tələbələrini cəlb edir, yavaş-yavaş yetişdirir. Universitetə yeni qəbul olmuş bir çox tələbələr var ki, onlar illərlə çox əziyyət çəkirlər. Bu mənada orta məktəbdə biz dinlə, mənəviyyatla uşaqlarımızı tanış etsək, onlar özlərini ilahiyyata hazırlamış olarlar. Yəni, sabah ilahiyyat fakültələrinin qapısını açsalar, daha dərin məlumata sahib ola bilərlər. Eləcə də məktəblərimizlə universitet arasında xüsusi bir körpü yaranar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

