Həmrəyliyin uğurlu formulu
03.10.2023 [11:49]
Uzaq hədəflərə hesablanmış böyük ideologiya
Günel ABBAS
Azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, milli dövlətçiliyin inkişafında milli ideologiyanın yeri və rolu danılmazdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, milli mənafeyin, dövlətçilik maraqlarının qorunmasında, qarşıya qoyulan hədəflərə çatmaq üçün milli həmrəyliyin təmin edilməsində məhz xalqın vahid ideologiya əsasında birləşməsi həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan müasir Azərbaycan dövlətinin inkişafında da milli ideologiyanın - azərbaycançılıq ideologiyasının rolu xüsusi olaraq qeyd edilməlidir. Beləliklə, hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi zamanı milli məfkurənin qorunub gələcək nəsillərə ötürülməsi, milli kadrların yetişdirilməsi və o vaxtkı ittifaq dövlətinin strateji vəzifələrinə təyinat alması, o cümlədən milli-mənəvi dəyərlərin qorunması dövrün ən aktual məsələlərindən sayılırdı.
Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində respublikamızda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz təsbitini tapması, eləcə də milli hərbi kadrların yetişdirilməsi üçün infrastrukturun yaradılması, milli ədəbi dilin, incəsənətin və bu kimi digər sahələrin inkişafı istiqamətində atılan mühüm addımlar milli ideologiyanın qorunub saxlanılmasında müstəsna rola malik oldu. Atılan uğurlu addımlar sonradan vahid milli ideologiyaya çevrilən azərbaycançılıq ideyasının ideoloji əsaslarını təmin etmiş oldu.
Həm təbliğ edilir, həm öyrənilir
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası yalnız ideologiya deyil, həm də elmdir. Deputatın sözlərinə görə ki, bu ideologiya təbliğ olunmaqla bərabər, həm də öyrənilir: “Azərbaycançılıqla bağlı bir çox əsərlər, elmi məqalələr çap olunub. Bəs bu ideologiyanın nəinki Azərbaycan xalqı tərəfindən, Heydər Əliyev ideyalarına sadiq olan insanlar tərəfindən öyrənilməsinin, təbliğ olunmasının səbəbi nədir? Bu ideologiyanın əsasını vətənpərvərlik, Azərbaycançılıq, birlik, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycanlıların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakı və həmin ölkələrə töhfələr verməsi təşkil edir. Bu həm də azərbaycanlıların həmrəyliyinin ideologiyasıdır. Azərbaycançılıq ideologiyası dünən də var idi, bu gün də var. Nə qədər Azərbaycan var, bu ideologiya da inkişaf edib möhkəmlənəcək.
Azərbaycançılığı təbliğ etmək, Azərbaycanın milli-mənəvi dəyərlərini dünyaya çatdırmaq, bütöv, müstəqil azərbaycanlıları bir yerdə görmək Heydər Əliyevin ən böyük arzusu idi. O, istər respublika daxilində, istərsə də xarici ölkələrdə daim öz çıxışlarında Azərbaycan diasporunun təşkilatlanmasına, təşəkkül tapmasına, azərbaycanlıların bir məqsəd uğrunda birləşməsinə böyük əhəmiyyət verirdi. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlıların qurultayının çağrılması, onun hakimiyyətdə olduğu illərdə dünya azərbaycanlılarının birliyi uğrunda təşkilatlanmanın xeyli sürətlənməsi, dünya ölkələrində fəaliyyət göstərən tanınmış azərbaycanlıların respublikamıza dəvət olunması, onların mükafatlandırılması, tanıdılması təşəkkül tapmışdı. Bu gün Ulu Öndərin qoyduğu yol Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir”.
Azərbaycançılıq ideologiyasının səmərəsi
T.Rzayev qeyd edib ki, Azərbaycançılıq ideologiyasının səmərəsini, faydasını 44 günlük Vətən müharibəsində aydın şəkildə gördük: “Dünya azərbaycanlıları bir yumruq kimi birləşdilər, 44 gün ərzində Azərbaycanın haqq səsinin dünyaya yayılmasında fəal iştirak etdilər, Ordumuza, xalqımıza böyük dəstək verdilər. İstər mətbuat səhifələrində, istər televiziyalarda Azərbaycan həqiqətlərini, uğurlarını, Azərbaycanda gedən prosesləri dünya xalqlarına çatdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Həmin günlərdə hər bir ölkə sakini, həmçinin dünyanın ən ucqar guşəsində yaşayan azərbaycanlı belə, müharibədə iştirak etməyi, erməni faşistlərinə qarşı mübarizə aparmağı özünün şərəfli vəzifəsi hesab etdi. Bununla əlaqədar xeyli müraciətlər oldu. Bu birlik daxildə də özünü bariz şəkildə göstərdi. Həmin dövrdə bir nəfər belə, cəbhədən yayınmadı, fərarilik etmədi. Hər bir kəs torpaq, vətən, Azərbaycançılıq uğrunda mübarizə aparmağı öz şərəfli vəzifəsi hesab etdi.
Ulu Öndərimizin vəsiyyət etdiyi, qarşıya qoyduğu vəzifə məhz bu idi. Çətində, dar gündə azərbaycanlılar bir yerdə olmalı, birləşməli, Azərbaycanın inkişafı, tərəqqisi, müstəqilliyi, azadlığı uğrunda birgə mübarizə aparmalıdırlar. Əlbəttə ki, bu ideyalar bu gün yaşayır, qalibdir. Ölkəmizin Prezidenti cənab İlham
Əliyev dünya azərbaycanlılarının birliyi uğrunda əldə olan bütün vasitələrdən istifadə edir. İstər Dünya Azərbaycanlılarının qurultayları, istərsə də hörmətli Prezidentimizin xarici ölkələrə səfəri zamanı Azərbaycan diaspor təşkilatları ilə görüşməsi, tanınmış insanların Azərbaycana dəvət olunması, onların mükafatlandırılmaları, tanıdılmaları istiqamətində çox ciddi işlər gedir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı, dövlət rəhbəri, dünyada yaşayan hər bir azərbaycanlı Heydər Əliyevin ideyalarına sahibdir. Bu ideyaların yaşaması, qalib gəlməsi üçün özlərinin mübarizliyini əsirgəmirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideologiyasının təbliği - “Heydər Əliyev ili” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

