Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

31.07.2026 [12:40]

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşıladı.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonra digər prezidentlər çıxış etdilər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalandı.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31