Azərbaycanın fəal parlament diplomatiyası...
31.07.2026 [10:45]
Beynəlxalq müstəvidə də yüksək dəyərləndirilir
Azərbaycanın xarici siyasət kursunda parlament diplomatiyasının da mühüm rolu var. Ümumən, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının artan nüfuzu artıq reallıqdır. Məhz bu tendensiyanın nəticəsidir ki, son illərdə qanunverici orqan vasitəsilə atılan addımlar Azərbaycanın dövlət strategiyasının mühüm komponentinə çevrilib. Parlament diplomatiyasının məqsədi dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır.
Azərbaycan parlamenti hər zaman dövlət başçısının yürütdüyü daxili və xarici siyasi kursu birmənalı şəkildə dəstəkləyir. Görülən məqsədyönlü işlər nəticəsində ölkəmizin beynəlxalq platformalardakı mövqeyi daha da sarsılmaz hala gəlib, dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dərinləşib. Hakimiyyətin mühüm qolu olan parlamentin işində beynəlxalq fəaliyyət prioritet istiqamət kimi ön plana çıxır. Milli Məclisin beynəlxalq fəaliyyəti dövlətin xarici siyasət prioritetlərinin qlobal müstəvidə müdafiəsi missiyasıdır. Bu istiqamətdə ikitərəfli və çoxşaxəli parlament təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində sistemli tədbirlər görülür. Eyni zamanda millət vəkilləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli maraqlarımızın təbliği istiqamətində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.
Milli Məclis bir çox nüfuzlu təşkilatların - ATƏT PA, MDB PA, Asiya PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA, İslam Əməkdaşlıq Təşkilatı PA, GUAM PA, Türk PA, Parlamentlərarası İttifaq və NATO PA-nın işində aktiv təmsil olunur. Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib. Eyni zamanda, Milli Məclis dünyanın bir çox ölkələrinin parlamentləri ilə əlaqələri genişləndirir.
Azərbaycanın parlament diplomatiyasını müxtəlif ölkələrin rəsmiləri də yüksək qiymətləndirir. Bu mövqe Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyaya rəsmi səfəri zamanı da vurğulanıb. Qeyd edək ki, Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb. Görüşdə qeyd olunub ki, Efiopiya ticarət, investisiya, turizm kimi sahələrdə Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərin Efiopiya üçün də uğurlu nümunə təşkil etdiyi vurğulanıb. Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının Azərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib. O, xüsusilə “ASAN xidmət” modelinin Efiopiyada da tətbiq olunması və Azərbaycanın bu məsələdə göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirərək, bu modelin artıq Efiopiyanın regionlarında qurulduğunu və bununla dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırıldığını diqqətə çatdırıb. Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini və ölkəmizin uğurlu təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirən Aqeqnehu Teşager ölkəsinin 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibliyi edəcəyini xatırladıb və bu sahədə də Azərbaycanın təcrübəsindən bəhrələnəcəklərini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyanın son illərdə bir çox sahələrdə nəzərəçarpan uğurlar qazandığını bildirib. O, ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Görüşdə parlamentlərarası əlaqələr də nəzərdən keçirilib. Parlament sədrləri, dostluq qrupları arasında qarşılıqlı səfərlərin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfələri vurğulanıb. Eyni zamanda, parlament komitələri, dostluq qrupları və parlament aparatları arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Efiopiya Federasiya Palatasının sədri Azərbaycanın fəal parlament diplomatiyası həyata keçirdiyini və bir çox beynəlxalq parlament təşkilatlarında aktiv təmsil olunduğunu bildirib. Spiker Sahibə Qafarova bu platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Aqeqnehu Teşager Milli Məclisin sədrinin səfərinin çox mühüm bir dövrə təsadüf etdiyini, bir müddət əvvəl Efiopiyada 7-ci parlament seçkilərinin uğurla keçirildiyini bildirib və seçkilərin nəticələri haqqında məlumat verib.
Bundan əlavə, Milli Məclisin sədri bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə də görüşüb. Görüşdə Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib. O, Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlərdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığını vurğulayıb.
O, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyərək, xüsusən neft-qaz sənayesi sahəsində layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətlərdə mövcud potensialdan səmərəli istifadə olunması hər iki ölkənin maraqlarına xidmət edir.
Milli Məclisin sədri bu səfərin Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib. O, respublikamızın inkişaf yolu haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması istiqamətində müstəsna xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun davamlı olaraq möhkəmləndiyini vurğulayıb.
S.Qafarova Azərbaycan ilə Efiopiya arasında dövlət başçıları səviyyəsində formalaşmış səmimi münasibətlərin və yüksəksəviyyəli qarşılıqlı təmasların ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Milli Məclisin sədri Baş nazirə, həmçinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində Azərbaycanın öz imkanları hesabına həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri barədə də məlumat verib.
Göründüyü kimi, son illər həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyini daha da möhkəmlənib. Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi də formalaşıb. Son illər parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə və toplantılara ev sahibliyi edib. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir və bu səfərlər qarşılıqlıdır. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19

