/ / “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib
“1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib
31.07.2026 [13:52]
AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş əziz şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan dilinin xalqımızın milli varlığının, mənəvi sərvətinin və müstəqilliyinin başlıca rəmzi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsinin dövlətimizin ana dilimizə verdiyi ali dəyərin təzahürü olduğunu diqqətə çatdırıb. Hüseyn Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində məqsədyönlü siyasətin uğurla davam etdirildiyini və Mərkəzi Elmi Kitabxananın da bu dəyərli irsin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ana dilimizin dövlətçilik tariximizin və milli həmrəyliyimizin təməl sütunu olduğunu qeyd edib. O vurğulayıb ki, hələ Sovet rejiminin sərt qadağaları dövründə Ümummilli Lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində rəsmi nitqini məhz ana dilində söyləmiş və milli özünüdərk prosesinin əsasını qoymuşdur. Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, Ulu Öndərin uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuş, dilimizin hüquqi müdafiəsi təmin edilmişdir. Bəxtiyar Nəbiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, o cümlədən ana dilimizə sahib çıxdığını vurğulayaraq, gənclərin ana dilini dərindən bilməsinin və qorumasının vacibliyini, həmçinin hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin ana dilimizin dövlət dili kimi bərqərar olunması və inkişafı istiqamətində imzaladığı tarixi fərmanların bu gün də dövlət siyasətinin ana xəttini təşkil etdiyini xüsusi vurğulayıb. Sonda o, dilimizin zənginliyini və qüdrətini gələcək nəsillərə ləkəsiz şəkildə ötürməyin hər bir azərbaycanlının müqəddəs vətənpərvərlik vəzifəsi olduğunu bir daha ifadə edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli təfəkkürün və suverenliyin başlıca təzahürü olduğunu vurğulayıb. O, müasir qloballaşma dövründə ana dilimizin saflığının qorunmasının və yad təsirlərdən mühafizə olunmasının vacibliyini qeyd edib. Göydəniz Qəhrəmanov qanunvericilik müstəvisində dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan söz açaraq, hər bir ziyalının və vətəndaşın bu prosesə öz töhfəsini verməli olduğunu bildirib. Göydəniz Qəhrəmanov əlavə edib ki, müasir dövrdə rəqəmsal məkanda və sosial platformalarda Azərbaycan dilinin düzgün tətbiqi, onun saflığının gözlənilməsi xüsusi diqqət tələb edən vacib məsələlərdəndir.
Daha sonra çıxış edən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin zəngin lüğət tərkibinə və dərin qrammatik quruluşa malik qədim bir dil olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi institutun əsas hədəfinin dilimizin tarixi inkişaf mərhələlərini araşdırmaq, terminologiyanı tənzimləmək və orfoqrafiya normalarını təkmilləşdirmək olduğunu diqqətə çatdırıb. Nadir Məmmədli latın qrafikalı əlifbaya keçidin dilimizin səs sisteminin və təbii ahənginin daha dürüst əks olunmasına geniş imkanlar açdığını qeyd edib. O bildirib ki, müasir dövrdə dilçilik elminin qarşısında duran başlıca vəzifələrdən biri də ana dilimizin elmi-nəzəri əsaslarını zənginləşdirmək və onu qloballaşan dünyanın tələblərinə uyğunlaşdırmaqdır. İnstitut direktoru vurğulayıb ki, kütləvi informasiya vasitələrində və rəqəmsal platformalarda dil normalarının pozulması hallarının qarşısının alınması üçün dilçilərin üzərinə böyük məsuliyyət düşür. Nadir Məmmədli diqqətə çatdırıb ki, yeni hazırlanan dialektoloji və izahlı lüğətlər dilimizin daxili imkanlarının üzə çıxarılmasında mühüm rola malikdir. Sonda o qeyd edib ki, dövlətin dil siyasətinə elmi dəstək vermək və ana dilimizin saflığını qorumaq AMEA Dilçilik İnstitutunun fundamental fəaliyyət xəttini təşkil edir.
Sonda çıxış edən AMEA Dilçilik İnstitutunun professoru Sayalı Sadıqova dövlət dilimizin terminoloji bazasının zənginləşdirilməsi və elmi üslubun inkişafının müasir dilçiliyin ana prioritetlərindən biri olduğunu bildirib. Professor vurğulayıb ki, latın qrafikasına keçid Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirib. Sayalı Sadıqova alimlərin üzərinə düşən mühüm vəzifənin ana dilinin elmi tutumunu artırmaq və terminoloji lüğətlərin müasir standartlara uyğun hazırlanmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, müxtəlif elmi sahələrdə işlənən yeni terminlərin ana dilimizin qrammatik qaydalarına uyğunlaşdırılması işi aramsız olaraq davam etdirilməlidir. Sayalı Sadıqova diqqətə çatdırıb ki, bəzi hallarda yersiz əcnəbi sözlərdən istifadə olunması dilimizin özünəməxsusluğuna xələl gətirir və bunun qarşısı elmi əsaslarla alınmalıdır. O əlavə edib ki, terminologiya sahəsində vahid standartların tətbiqi elmi ədəbiyyatların keyfiyyətini və oxunaqlığını əhəmiyyətli dərəcədə artırır. Sonda Sayalı Sadıqova vurğulayıb ki, gənc tədqiqatçıların bu sahəyə cəlb olunması terminoloji bazanın gələcəkdə daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54

