Uğurlu vəhdət!
21.11.2023 [10:56]
Xalq və dövlət maraqlarının qorunması...
Bu gün qarşımızda dayanan ən vacib məqamlardan biri dövlət və ictimai maraqların təmin olunmasıdır. Çünki hər iki amil vətəndaşlarımız üçün mühüm əhəmiyyətə malikdir. Sevindirici haldır ki, vətəndaşlarımız hər zaman milli maraqları şəxsi maraqlardan üstün tuturlar. Rus mütəfəkkiri Çernışevski yazırdı: “İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür”. Belinski isə qeyd edirdi ki, “öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub ola bilməz”. Bu səbəbdən ictimai və dövlət maraqlarının müdafiəsi hər kəsin vətəndaşlıq borcudur.
Peşəsindən asılı olmayaraq hər kəs üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirərək ictimai və dövlət maraqlarının təmin olunmasında mühüm rol oynamalıdır. Çünki həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirilərsə, ideal cəmiyyətin formalaşması mümkündür.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən millət vəkili Nəsib Məhəməliyev bildirib ki, dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında qarşılıqlı anlaşma yaranarsa və bu nə qədər çox olarsa, o zaman ortaq maraqlar da artar. Onun sözlərinə görə, siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş bundan nəticə çıxarıb Azərbaycan dövlətinin maraqlarını qorumalıdır: “Sevindirici haldır ki, bu istiqamətdə aparılan təbliğatın müsbət nəticəsidir ki, hər kəs mənəvi dəyərlərə, dövlətə, onun atributlarına hörmətlə yanaşır. Dövlətin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparır. Hamı üçün dövlət maraqlarımızın müdafiəsi vacibdir. Bu işdə vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə də çox böyük vəzifə düşür. Ölkə başçısı da kütləvi informasiya vasitələrinin nümayəndələrilə görüşlərində mətbuatın daim milli maraqlardan çıxış etməli olduğunu ?üsusi vurğulayaraq diqqətə çatdırıb”.
Vətəndaşlar dövlətin yanındadır
Deputatın sözlərinə görə, Vətən müharibəsi Azərbaycan vətəndaşlarının Azərbaycan dövləti ilə həmrəyliyini bir daha təsdiq etdi: “Hər zaman vətəndaşlarımızın dövlətə dəstəyini müşahidə etmişik. Bu çox vacib amildir. Bugünkü uğurlarımızın əsas səbəblərindən biri də məhz dövlət və xalqın həmrəy olması, dövlət və ictimai maraqları tələb edən məsələlərdə bir-birinə dəstək olmasıdır”.
N.Məhəməliyev qeyd edib ki, bu gün Azərbaycan üçün ən vacib məsələ təhlükəsizliyinin tam bərqərar olması, Ermənistanla sülh müqaviləsinin imzalanması və işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma işlərinin davam etdirilməsidir: “Bu istiqamətdə aparılır. Vətəndaşlarımızın da dəstəyini müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasında iş adamlarımız aktiv şəkildə müraciət edir, dəstək olur, yeni layihələri təqdim edirlər. Bütün bunlar ondan xəbər verir ki, yeni mərhələdə həm Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının formalaşması, reinteqrasiyası, həm də bütövlükdə, Azərbaycan iqtisadiyyatının yeni inkişaf dönəminə daxil olduğu anda həmrəyliyi daha yaxından müşahidə edə biləcəyik”.
Hər şey Vətən üçün...
Deputatın fikrincə, əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Düşünürəm ki, kifayət qədər uğurlu işlər görülür, bunlar göz önündədir. İctimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə maarifləndirmə işləri aparılır və vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı yönündə addımlar atılır. İstər orta məktəbdə, istər ali məktəbdə, istərsə də hər hansı təhsil ocağında azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması üçün maarifləndirmə həyata keçirilir.
Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır və bu, prioritet məsələ hesab olunur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

