Xarici təşkilatlarla əməkdaşlıq gücləndirilir
23.11.2023 [11:10]
Noyabrın 20-də Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda əvvəlcə Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Tədbir Prezidentin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib.
Konfransda Hərəkata üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri olub. Həmçinin xüsusi qonaq qismində yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri konfransda iştirak edib.
Bakı üzv ölkələrin yaxınlaşmasına töhfə verəcək
BMT Baş katibinin birinci müavini Əminə Məhəmmədin konfrans iştirakçılarına müraciəti səsləndirilib. BMT rəsmisi Qoşulmama Hərəkatına üzv ölkələri qadınların hüquqlarının qorunması istiqamətində fəal olmağa çağırıb. O deyib ki, qadınlar hərəkətverici qüvvə kimi cəmiyyətdə böyük rol oynayırlar.
Qoşulmama Hərəkatının Bakı konfransının üzv ölkələrin daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayan Özbəkistanın Baş nazirinin müavini Zulayho Mahkamova qeyd edib: “Qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasına, həmçinin qadınların səlahiyyətləndirilməsinə öz töhfəsini verəcək”.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurla ev sahibliyindən, təsisatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərindən söz açan Baş nazirin müavini Özbəkistanda 40 minə yaxın azərbaycanlının yaşadığını bildirib. O, dünyada gender bərabərliyinin təmin edilməsinin mühüm məsələlərdən olduğunu bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun Azərbaycandakı və digər ölkələrdəki nümayəndəliklərinin məqsədlərindən biri qadınların hüquqlarının qorunması və onların imkanlarının artırılmasıdır.
Bu görüş beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətlidir
Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü ifadə edən Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif bu görüşün üzv ölkələrin nümayəndələri üçün fikir mübadiləsi aparmaq, yaxından beynəlxalq əməkdaşlıq etmək baxımından əhəmiyyətini vurğulayıb. O, bütün sahələrdə qadınların fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Belə tədbirlərin təşkili vacibdir
Dünyada və ölkəsində qadınların hüquqlarının qorunması və bu sahədə mövcud problemlərdən danışan Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom konfransın əhəmiyyətini qeyd edib. O, bildirib ki, mövcud problemlərin müzakirəsi və həlli, beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün belə tədbirlərin təşkili vacibdir: “Əminik ki, Bakı konfransının yekununda qəbul edilən sənəd qadınların hüquqlarının qorunması və həyatın bütün sahələrində imkanlarının artırılmasına töhfə verəcək”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Bakı konfransı çox aktual mövzuya həsr olunub. Qadınlara hörmət mədəniyyətə, tarixə olan hörmətdir. O, tədbirin müxtəlif ölkələri təmsil edən qadınlar arasında vəhdətin qurulmasında önəmli rol oynayacağından əminliyini ifadə edib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Kashif Zaman, ICESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Ramata Almamy Mbaye və digər məruzəçilər Qoşulmama Hərəkatına üzv ölkələrdə qadınların səlahiyyətlərinin artırılması istiqamətində görülən işlərdən və görüləcək tədbirlərdən danışıb, təkliflərini səsləndiriblər.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.
Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən sədrlik edir. Ölkəmizin təsisata rəhbərliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb
Y.BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

