Paytaxtımızda III dəfə...
02.12.2023 [11:10]
İnnovasiya Sammiti keçirilib
Azərbaycan İKT məhsullarının ixracı üzrə haba çevrilə bilər
Günel ABBAS
30 noyabr - 1 dekabr tarixlərində “Bakı Konqres Mərkəzi”ndə “İnMerge İnnovasiya Sammiti” baş tutub. Artıq III dəfədir ki, təşkil olunan regional tədbirin məqsədi Azərbaycan və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır. Sammitdə əsas müzakirə mövzuları elektron ticarət, maliyyə texnologiyaları və telekommunikasiya olub. Eləcə də panel müzakirələri və “B2B” formatlı görüşlərin keçirilməsi, eyni zamanda yerli və regiondan gələn komandaların startaplarının təqdimatı da həyata keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sammitin açılış mərasimində çıxış edərək bir sıra əhəmiyyətli məqamlara toxunub. Nazir bildirib ki, Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə haba çevrilməsi üçün işlər aparır: “İKT məhsullarının ixracı üzrə habla yanaşı, “outsorsing hub”, innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən, biznes habına əhalisi çox olan bir çox ölkələr çevrilir. Amma Azərbaycanda əhalinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən bizə innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas komponenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100% yüksəksürətli internət təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri, investorlar və mələk investorlarla onların sayının artırılması üçün danışıqlar aparırıq. Biz beynəlxalq şirkətlərə müraciət etmişik. Onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq”, - deyə o qeyd edib.
İnnovasiya bir ölkənin iqtisadiyyatının şah damarıdır
İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək: “Bunlar, mövcud sektorların rəqəmsallaşdırılmasının sürətləndirilməsi və vətəndaşların rəqəmsal bacarıqlarının gücləndirilməsidir. 1-ci hədəf əsas iqtisadi sektorları rəqəmsallaşdırmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməyi, yeni rəqəmsal bizneslərdən dəyər qazanmağı nəzərdə tutur. Biz rəqəmsal tətbiqlər vasitəsilə dəyər yaradan yeni bizneslərin yaradılmasına diqqət yetirəcəyik. 2-ci hədəflə isə biz bütün yaş qruplarında rəqəmsal savadlılığı artırmaqla ümumi daxili məhsulun artımını sürətləndirməyi hədəfləyirik. Bu məqsədləri dəstəkləmək üçün biz rəqəmsallaşma vasitəsilə hökumət əməliyyatlarının səmərəliliyini artıracağıq. Bundan əlavə, biz ümummilli innovasiyalara sərmayə qoymağa sadiqik. Biz yeni texnologiyaların mənimsənilməsinin və qlobal inkişafı yaxından izləməyin vacibliyini dərk edirik”, - deyə o qeyd edib.
“Yaşıl enerji”yə keçid
ABŞ-ın “Tesla” korporasiyasının həmtəsisçisi və baş texnologiya direktoru Cefri Brayan Straubel sammitin ikinci günündə çıxış edərkən bildirib ki, işlənmiş akkumulyatorlardan dəyərli metalları toplayıb litium-ion batareyaları düzəldilir: “Bu bizim dünyanın təbiətinə verəcəyimiz ən önəmli töhfələrdəndir. Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biri olsa da, bu gün bərpaolunan enerji sahəsində də çox mühüm layihələr reallaşdırır. Son illərdə Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı reallaşdırdığı layihələr, həmçinin ölkəyə elektromobil idxalının artımı bunun sübutudur”.
Onun sözlərinə görə, neft sənayesində mühüm yeri olan ölkələrin əsas prioritetlərindən biri karbon emissiyasının azaldılması istiqamətində addımlar atmaqdır: “Burada əsas məqam karbon emissiyasının azaldılmasıdır. Bu isə texnologiyalar sayəsində mümkün olan bir prosesdir”.
Bütün dünyada “yaşıl enerji”yə keçidin önəmini vurğulayan Cefri Brayan Straubel Azərbaycanın bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib.
“Geniş yayılmış elektrikləşdirmə sürət qazanır, bu da litium-ion batareyalara olan tələbatı artırır. “Tesla”dakı missiyamız bu prosesi sürətləndirməyə kömək etmək və elektrikli avtomobillər ətrafında həyəcan yaratmaq idi. Bunu görmək çox xoşdur, lakin hər şey çox tez baş verir və tədarük zəncirini qabaqlayır”, - deyə şirkətin baş texnologiya direktoru əlavə edib.
Yeni biznes imkanları formalaşır
ABŞ-ın “Apple” şirkətinin qurucularından bir Stiv Voznyak isə Stiv Cobsla biznes əlaqələrindən danışıb. O, bildirib ki, S.Cobs onun icad etdiyi kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu deyib.
S.Voznyak hələ xəbər olmayan dövrdə öz kompüterini yaratmağa başladığını qeyd edib və deyib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb: “Mən bu sahəyə marağımı uşaq yaşlarından inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi barədə düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm”.
O qeyd edib ki, əvvəlcə “Apple 1” kompüterini yaradıb: “S.Cobsu “Apple”in yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncə sevən yeniyetmə idi, həyatı dəyişən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunu yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmağı təklif etdi”.
“S.Cobs bu ideyanı verməsəydi, mən elə bu günə qədər də güclü mühəndis olaraq qalmışdın. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma “Apple 1” satışa buraxılanda “Apple 2” artıq hazır idi. Ümumiyyətlə, fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndis olmaq önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik”, - deyə qonaq fikrini tamamlayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

